Ceyhun Məmmədov-Zaman adlı məfhuma məktub

  
  Xoş gördük zaman!

  Hər şey mükəmməl ola bilər deyə bir fikrin olmasına şüphəm var. İndicə dərindən bir ah çəkdim. Bəlkə də sənə görədir hər şey. Ancaq mənim yaşamaq səbəbim sən deyilsən. Çox tələsdirirsən bizləri. Heç gözləmədiyim dərəcədə sürətlə addımlayıram. Yorulduğumu müəyyən dəqiqələrində hiss etmək gücündə oluram. Dünyaya gəldiyimiz andan bizə sarılırsan. Ölənə qədər yapışıq əkizlər kimi ayrılmırsan bizdən. Nə bilim, yəqin ki, mənim əks tərəfimsən. Mən elə sənəm, ya da sən elə mənsən demək ixtiyarına sahib ola bilərəm. Bütün dərdləri, xoşbəxtliklərin şahidi olursan. Ya da elə bütün dərdlərin, sevincimizin tək səbəbkarı sənsən. Bunu deməyim ehtimaldır. Ancaq acı bir tərəfi budur ki, səni ölümlü etmək istəyirəm. Əslində bu mənim üçün acı tərəf deyil. Lakin, bunun kədərli olduğuna inananlar var. Sənsizliyi təsəvvür edə bilməyəcək şəxslər bu dünya da yaşayır. Axı sənin əqrəblərinin qırıldığını bilmək, niyə də bizi sevindirməsin?! Doğrusuna qalsa saatlar aldadıcıdır. Bunu özündə bilirsən. Çünki, sən bizim beynimizdə mövcudsan. Yəni, “Hipotalamusun” “Supershmatic Çekirdeyində” yaşayırsan. Saatlar sənin övladların deyil. Ona görə ki, onları sənin adınla insan övladı yaratmış oldu. Nəyə görə? Sual versən. Cavabımı belə səsləndirə bilərəm: Özlərinə əzab verərək daha çox pul qazanmaq üçün. İnsanlar əslində bilmədən, ya da bilərəkdən özlərinə can sıxıntısından əzab verməyi sevirlər. Ən böyük düşmənimizdir can sıxıntısı. Düşündülər ki, bu sıxıntıdan qurtulmaq üçün saatları yaratmaq olar. Yəni, ən azından belə düşünürəm onların adından. Deyəsən, sən də mənim üçün bir düşmənsən. Lakin, səni bir düşmən kategoriyasına salmaq istəmirəm. Ona görə ki, mənim menyumda belə bir xüsusiyyət mövcud deyildir.
  Təriflənməyə layiq deyilsən! Sevdiyimiz şəxslərlə birgə olanda “Dopamin” çox ifraz edirik. Və sən də bundan təsirlənərək sürətini artırmış olursan. Nəyə görə belə edirsən ki?! İstəmədiyimiz an da çox zəif sürətlə gəlib-keçirsən. Lakin, sevdiyimiz şəxs yanımızda olanda sürətini həddin artıq artırmış olursan. Məncə etmə belə. Qoy zövq ala bilək doyunca.
  Sənin barəndə çox yaza bilərəm. Bilirəm, indi bunları oxumuş olursan böyük həvəslə. Və gülürsən elə deyilmi?! Kəlimələrimin çox hissəsini sənə aid etməyəcəm. Çünki, buna layiq deyilsən. Öldükdən sonra bizimlə olacağına inanmağım gəlmir. Çıxıb getməlisən, biz dünyamızı dəyişdimiz an da. Bir tək sözüm qaldı sənə. İcazə ver ən azından uşaqlar öz uşaqlıqlarını sürətlə yaşamış olmasınlar.
  Sağol! Səni heç zaman sevməyəcəm. Ömrümün sonuna qədər sənə nifrət edəcəm, buna heç şüphən olmasın.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür