Hər bir
xüsusiyyətdə insanlar iki yerə ayrılır. Bəs nədəndir bu qrup halına düşmələr?!
Niyə?! Sadəcə bir təşkilat yoxdur?! Sual, bəsit bir cavabı özündə daşıyır.
Qısacası, təxminən 90% insan dünya idarəçisi olmağa meyillidir. Ya uşaqlıqdan
qalma bir xəyallardır, ya da ki, gördükləri və qarşılaşdıqları mənzərələr bunu
ona təşəbbüs edirlər. Və beləliklə bununla müxtəlif cür dinlər, siyasi
partiyalar, qurumlar, bir sözlə təşkilatlar meydana gəlirlər. Özüdə insanın fərdi
fikri əsasında. Bir təşkilatı yaradan şəxs öz fərdi fikirləri ilə insanları
yaratdığı quruma meyilləndirməyə çalışır. Öz qaydaları, öz xisləti bu yerdə
dayanmış olur. Baxın bu cür şəxslər, heç kimi vecinə almayacaqdır. Acınacaqlı
bir halın olduğunun fərqindəyəm. Amma bu həqiqi anlamı daşıyır. Elə insanların
etdikləri əməllər sadəcə öz mənəviyyatını doydurmaq üçündür. Xarici və daxili
aləmə nəzər yetirsək paradoksları görmüş oluruq. Amma xarici tərəf həqiqi
deyil. Sadəcə görüntü naminə, qarşı tərəfə mənfi dərəcə də görünməsin deyə bunu
edirlər. Yəni ki, qarşı tərəfə onların vecində olduğuna inandırırlar. Bir qurum
yaradıb mən cəmiyyəti xilas edəcəm, gəlin mən tərəfə bildirməsi, sadəcə sizləri
aldatması deməkdir. Öz daxili aləmini zənginləşdirirlər həmin şəxslər. Onların
vecində deyilsiniz. Cəmiyyəti dəyişmək, dünyanı dəyişmək ancaq kitablarda,
filmlərdə və reklamlarda olur. Dəyişməyi,
korlamaqla əvəz etsək hə, o
zaman doğru olacaqdır.
Hanı mükafatımız?! Hansı cəhənnəmdədir?! Bir
paket dollarmı?! İri gözləri olan Hurilərmi?! Var mükafat. Beyin əslində bizi
mükafatlandırır. Ancaq bu saydıqlarım ilə yox. Huzuru, xoşbəxtliyi təmin etməyi
təmin edir. Hiss etməmisiniz?! Birinə yardım etdiyiniz zaman özünüzü şən hiss
etməyə başlayırsınız. Bax bu an o deməkdir ki,
sizlər dopamin ifraz edirsiniz. Bu da beynin sizə verdiyi mükafatlardan biri.
Ona görə də hər hansısa bir quruma qoşulub, ordakı şəxslərdən mükafat gözləmək
məntiqli addım deyildir. Onlar sənə huzuru təmin etməyəcəkdir. Əksinə olan-qalan
huzurunu da əlindən alacaqlar. Sənin xislətində hər şey var. Mükafatı da
öz-özünə əldə edə bilirsən. Heç bir insandan mükafat gözləmə. Və bu arada onu
da deyim ki, pulun özü mükafat halını daşımır. Əgər mükafat kimi təqdim edirlərsə,
onda bil ki, başını qatmaq üçündür.
Beynini qoru və ona sahiblən. Çalış o sənin
sahibin olmasın. Sən onun sahibi olmalısan. Çünki, buna layiqsən. Onu sev və
onun verdiyi mükafatların dəyərini bil. Həyatının hər anı enerji ilə dolsun.
Yorumlar
Yorum Gönder