Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür
Dünya sənin ətrafında dönür. Sən öldükdən
sonra həyat mövcud olmayacaqdır. Qısacası sən özün elə həyatsan.
Zamanamı ehtiyacın var idi?! Tərsliyə bir bax,
zamanın da sənə ehtiyacı var. Halbuki anlamadın ki, zaman elə sən özünsən.
Beyninin daxilində işləyən bir sistem var. O, sənə bir zamanı tanıdır. Bu hissə
“hipotalamusun supershmatic çekirdəyidir”. Bər-bəzəkli saatını yerə at. Çünki,
o aldadıcıdır. Əsil zaman sənin beyninin daxilindədir. İnanmırsan?! Onda
beynini məşğul edəcək bir işlə məşğul ol və görəcəksən ki, zaman necə də sürətli
axır. Ya da sevdiyin bir şəxslə söhbət et. Dopamin ifraz etməyinə görə zaman
sürətlə axmağa başlayacaqdır.
Sən, mən və biz deyilən kəlimələr sadəcə ədəbiyyat
üçündür. Onlar burda mövcuddur. Ədəbiyyatdan kənar onlar varlıqlarını irəli
sürmürlər. Sadəcə təklik vardır. Bir... Bir... Bir...
Və elə ona görə də tək sən mövcud olduğun
üçün dünya sənin ətrafında dönür. Kvant fizikasına görə elektronlar həm burda həm
də başqa bir məkanda, eyni anda mövcud ola bilərlər. Sənin buna qadir olmağın
şüphəli deyil. Enerji axınına burax özünü. Beyninin qaranlıq tərəflərini
işıqlandır.
Öz dünyanda öz Tanrılığını et.
Maddənin formalaşması, beyninin sənə təqdim
etdiyi görüntüyə əsasən olur. Pikselli bir dünya. Yəni matriks kimi təsəvvür
et. Dalğaların qəbul edilməsi. Beynin bir kainatı simulasyon edir. Bir insanı
simulasyon etməsi elə də müəmmallı məsələ deyildir.
Ölmüşdük?! Bəlkə də keçmişdə öldük. İsrail
bir oyun oynayır. Ola bilməz ki, ölümü də onlar kəşf etsin?! Yuxu... Yuxu...
Yuxu... Öldükdən sonra şüurun sərbəst buraxılması. Ola bilər?! Başqa bir boyuta
daxil olaq.
Yorumlar
Yorum Gönder