Ceyhun Məmmədov-Mən Ölüməm
Ətraf doludur dalğalarla. Beynimizin bizə təqdim
etdiyi görüntülərin başlıca səbəbi dalğalardır. Burda işığın da adını çəkə bilərik.
Axı işıq da bir dalğadır. Gözlərimiz açıq olduğu zaman dalğa qəbul edilir və
beyinə ötürülmüş olur. Bütün görüntü burdan yaranır. Gözlərinizi qapasanız, heç
bir səs eşitməsəniz var olmadığınızı və həmçinin də həyatın və digər cismlərin
də var olmadığını həzm etməyi bacarmalısınız. Varoluş, “Şüur” açıq olduğu zaman
mövcuddur. Ölərkən, “Serebral Korteks”dən sonra “Şüurun” qapanması
varoluşumumuzu alt-üstmü edir?! Xeyr! Sadəcə ayılmağımızı təmin etmiş olur.
Ölümün digər üzü oyanmaqdır. Yuxu kimi təsəvvür
etsək əslində hamımız indi, varlığımızın yuxusundayıq deyə biləcəyik. Oyanmaq
istədiyimiz an işləmə sistemimizi çökdürməliyik. Bir dürtmələmi kimi düşünsək
ölümün mürəkkəbliyini məhv etmiş olacayıq. Bütün məsələ də ölümü sadəliyə gətirməkdir.
Zənn edirəm ki, ölümdən sonrakı prossesi bilməyimiz həyatı dərk etməyimizə səbəb
ola bilər. Uzaq nöqtələrdə, səmalarda gizli olan heç nə yoxdur. Min illərcə
Allahın göylərdə olduğu iddiası ilə qorxdunuz. Hal-hazırda da qorxanlar var.
Bir dəfə də sorğuya çəkmədiniz. Niyə oralarda gizlənsin ki?! Hansı kökə Allah,
Tanrı adlarını verdik?! Halbuki kiməsə və ya nəyəsə ad vermək onu varlıq kimi
tanıtmaq idi. Allah, Tanrı, Yaradan bunlar sadəcə bir adlardır. Və bu adların
kökü yaradıcı qüvvəyə dayanır. Bəs yaradıcının tanıdılması necədir?! İnsandır. “Big
Bang” hadisəsindən əvvəl isə o kim və ya nə idi deyə sual versək və cavab
axtarsaq, onda ölümdən sonra bir nəticəyə gəlib çıxarıq.
Mən Allaham
Mən kainatam
Mən həyatam
Mən ölüməm.
Nəfəs almaq yaşamaq deyildir. Yaşamaq, sonu dərk etməkdir. Bəlkə də zərrəciklərə parçalanmaq
üçün bir varoluşdur. Öldükdən sonra bədəndən ayrılan enerjiyə istədiyimiz adı
verə bilərik. “Ruh”, “Şüur”, “Atom” və s. Bütün məsələ həyatla təmasımızı
itirdikdən sonra enerjinin hara getməsindədir. Bəlkə də bir yerə getmirik.
Cismin ölməsi yox olmaq deyildir. Haralardasa bir doğma insanın hüceyrəsinə
toxunursan bilmədən. Amma enerjisinə toxuna bilirsən və yaxud da toxuna bilmirsən
deyə bir fikir hələlik bildirə bilmirəm.
Və bu düşüncə tərzim hələ də qaldı. Söhbət
bundan gedir: Sən öldükdən sonra həyat da var olmur.
Yorumlar
Yorum Gönder