Ceyhun Məmmədov-Qaranlıqdan Huzura
+Xilas etmək,
insanları yəni xilas etmək nə qədər doğrudur Zero?
-Öncə doğrunun nə olduğuna göz gəzdirmək lazımdır. Unutma ki, doğrular dəyişkən olur,
yanlışlar kimi. Onlar məkana və zamana görə dəyişirlər.
+İnsanlara
yardım etməliyik?
-Yarımçıq köməklik
daha çox fayda verər. Qalan hissəsini insan özü tamamlamalıdır ki, özünü aciz
hiss etməsin.
Düşündüyüm qədər səssiz yaşamıram.
Planlarının olması bəlkə də doğru bir addım deyildir həyat üçün. Təqvimə baxmadan
yaşamı sürdürməyimiz mümkündür. Xəyallar qurmaq lazımınca faydalımı idi?! Buna
şüphə ilə yanaşdığıma əminəm. Görə bilmirik rəngləri. Deyəsən hər səfər nələrəsə
aldanırıq. Nələrinsə bizdən asılı olması nə qədər doğru ola bilərki?! Beynin
işləmə sisteminə diqqət edəndə ancaq müdaxilədən başqa çarəmizin olmadığına
şahidlik yaranır. Bəlkə də hər şeylə barışmalıyıq. Barışıq, insan varlığında
olmalıdır.
-Bir gün geriyə dönə bilməyəcəyimiz qatara
minəcəyik. Zənn etdiyim qədər qatara qarşı gözləntimiz olmamalıdır. Onsuzda
hamı üçün biletlər alınıb. Bizlər, indi sadəcə bu bileti müddətlik unudub həyatdan
zövq almalıyıq.
+İşığı çox
sevirik, qaranlığı dərk etmədən. Hər zaman qara tuneldə od qalayıb işığı özümüz
üçün təmin edirik. Halbuki, bütün məsələ qaranlığa qərq olub çıxışı tapmaq
olmalıdır. Ona görə ki, müddətsiz bir işıq qara tunelin çıxışındadır. Elə
deyilmi Zero?!
-Doğrudur! Biz
özümüz bir qaranlıq olmalıyıq ki, çıxışı tapa bilək. Huzurumuz bundan sonra
başlanılır.
Yorumlar
Yorum Gönder