Ceyhun Məmmədov-Dərin nəfəs al

  Dərin nəfəs almaq qərarına varmağım üçün 2 saniyə bəs etdi. Burun ilə nəfəs alıb ağız vasitəsi ilə havaya aldığın nəfəsi buraxmaq insanı rahatladırdı. Ən azından məni rahatladırdı deyə bilərəm, əminliklə. Burda məsələ içindəki mənfi enerjini çölə atmaq idi. Sanki təsəvvür edirdin ki, həmin an mənfi xüsusiyyətlər daxilindən çölə çıxırdı və sən özünü rahatlaşmış hiss edirdin. Hay-hay… Hay-hay… Amma müddətlik idi, bu rahatlığı təmin etmək. Başa düşdüm ki, bütün məsələ nə düşündüyündədir. Çoxdan başa düşmüşdüm demək gücündəyəm əslində. Ancaq mənə maraqlı olan tərəfi bu idi: Bunları dərk etmişəmsə niyə hələ də, bəzən sıxıntılar hiss edirəm?! Və sonra anladım. Beyindəki “Epifiz Vəzisi” daxilində yerləşən “Şüur” bizimlə bir oyun oynayır.
  Zaman keçdikcə öz-özümü aldatmağı gözəl bir ünsur hesab etdim. Əslində indi də bu fikirlə bağlı bir şeylər dəyişməyib. Bütün məsələ dar günlərdə beynimi aldatmaqdır. Çətin vaxtlarda insanın işinə çox yarayır. Ancaq elə rol qurmalısan ki, sonra xatırlayanda doğru olmadığına şüphə etməyəsən.
  Hisslər aldadıcıdır deyə bilərəm bioloji fakt olaraq. Onsuzda xoşbəxtlik, kədər bunlar bioloji bir ünsurlardır. Bəs nəyə görə hissləri aldadıcı hesab etməliyik?! Çünki, beynimizin içində “Limbik Sistem” vardır. Duyğu və duyğusal hərəkətlərimizi tənzimləyən bir vasitə. Özü 4 yerə ayrılır. Amigdala, hipokampus, hipotalamus, talamus. Onların hər birinin üzərimizdə ayrı-ayrı işləri var. Biraz özünüzdə maraqlanın deyə sizə ətraflı bilgi verməyəcəm. Amma bir dəqiqə. “Neyronlar” layihəsinin 9-cu bölümündə bu haqqda ətraflı məlumat vermişəm. Bunun üçün həmin bölümü dinləməlisiniz, əgər dinləməmisinizsə. Yalnız səbəblər axtardığım üçün, orda da səbəbsiz heç nəyi izah etməmişəm. Uzun sözün qısası, güvənməyin bu beyninizə. Hər şey qarşılıqdır. Bu xüsusi teoremi öz üzərinizə tətbiq edə bilərsiniz. Beyniniz sizi aldadır. Bunun üçün ona qarşılıq verin. Aldatmasanız, həyat mürəkkəb görünəcək gözünüzə. İndi isə dərin nəfəs al və daxilindəki mənfi enerjini çölə at.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür