Ceyhun Məmmədov-DMT
Xüsusi maddələr satılır, sırf olaraq DMT
ifrazı üçün. Hətta bu maddələr bəzi ölkələrdə qadağandır. Çünki onlar yüksək dərəcədə
DMT ifraz edirlər. Bu cür maddələrə psixotrop maddələr deyə bilərik. Bunlardan əlavə
də hipnoz vasitəsi ilə DMT ifraz edib mürəkkəb bir halüsinasiyalar görməyimiz
mümkündür. Ancaq bu biraz təhlükəli haldır. Ümumi götürəndə bu sadə bir vəziyyət
deyil. Əslində siz insanların Tanrı rolu haqqında bildikləriniz tamamilə real
bir nüanslara toxunur. Bunun üçün sadəcə dar düşüncədən uzaqlaşmaq lazımdır.
Beyninizin 10 faizdən daha çox işlək vəziyyətdə olduğuna əmin olmalısınız. Sərhədsiz
düşünməyi mütləq şəkildə bacarmalısınız. Atom zərrəciklərinə çevrilərək onları
idarə altına almalısınız. Bir həyat var, o uzaq bir şəhərlərdə deyil əslində. Və
sonra Tanrı var. O, da səmada deyil. Güzgüyə baxdığın an, bunların hamısını əslində
görmüş olursan. Zaman da sənsən... Ölüm də sənsən... Kainatın mövcudluğu da sadəcə
səndədir. Beynin sənə rollar hazırladığını və bu rolları özün seçməli olduğunu
unutma. Ya da sən özün bir rol hazırlamalısan beyninin köməkliyi ilə. Bu həyatdakı
reallıq yuxuya söykənir. “Lucid Dreaming” ilə yuxunu idarə edə bildiyin kimi,
bu həyatın da sükanı əslində heç real olmayacaq qədər əlinə toxunur. Molekullar
arasındakı əlaqə bunu sənə aldadıcı obrazda təqdim edir. Mövcudluq... Mövcudluq,
bir yuxu konsepti daxilində gerçək hesab ediləcəkdir.
Yorumlar
Yorum Gönder