Kayıtlar

Temmuz, 2017 tarihine ait yayınlar gösteriliyor

Dunkirk/Theme song-Danışan bir musiqidir

Resim
    Hiss etmək... Hiss etmək... Daha dərindən musiqini hiss etmək “Limbik Sistem” in üzərində xüsusi rollar oynayır. Duyğularımızı yaradan və tənzimləyən bu sistem musiqi dinlədiyimiz anlarda da bizi kədərli və yaxudda şən bir hala salmış olur. Məsələn: Özünüzü buludların üzərində hiss etmək istəyirsinizsə, onda meditasiya melodiyalarını, pozitiv enerjili pianinolar dinləməyinizi tövsiyyə edirəm. Əgər buludları da dəlib keçmək istəyirsinizsə. O zaman Hanz Zimmerin musiqilərini mütləq şəkildə dinləməlisiniz. Onda siz özünüzü kainatın dərinliklərində hiss edəcəksiniz. Sanki ordakı ulduzlardan birinə toxunurmuşcasına. Bunu daha çox “Insterstellar” filmi üçün olan musiqilərində edə bilərsiniz. Sizə elə bir xəyali görüntülər qurmağınıza yardım edəcək ki, uçub da yerə enməməyi istəyəcəksiniz.   Bu başqa bir musiqidir. Burda səmaları gəzməyəcəksiniz. Müharibə saatının ən qızmar dəqiqələrində özünüzü hiss etmək dərəcəsində ola bilərsiniz. Torpağın üzərində əyləşib vərəqə n...

Ceyhun Məmmədov-Beynin səni mükafatlandırır

Resim
    Hər bir xüsusiyyətdə insanlar iki yerə ayrılır. Bəs nədəndir bu qrup halına düşmələr?! Niyə?! Sadəcə bir təşkilat yoxdur?! Sual, bəsit bir cavabı özündə daşıyır. Qısacası, təxminən 90% insan dünya idarəçisi olmağa meyillidir. Ya uşaqlıqdan qalma bir xəyallardır, ya da ki, gördükləri və qarşılaşdıqları mənzərələr bunu ona təşəbbüs edirlər. Və beləliklə bununla müxtəlif cür dinlər, siyasi partiyalar, qurumlar, bir sözlə təşkilatlar meydana gəlirlər. Özüdə insanın fərdi fikri əsasında. Bir təşkilatı yaradan şəxs öz fərdi fikirləri ilə insanları yaratdığı quruma meyilləndirməyə çalışır. Öz qaydaları, öz xisləti bu yerdə dayanmış olur. Baxın bu cür şəxslər, heç kimi vecinə almayacaqdır. Acınacaqlı bir halın olduğunun fərqindəyəm. Amma bu həqiqi anlamı daşıyır. Elə insanların etdikləri əməllər sadəcə öz mənəviyyatını doydurmaq üçündür. Xarici və daxili aləmə nəzər yetirsək paradoksları görmüş oluruq. Amma xarici tərəf həqiqi deyil. Sadəcə görüntü naminə, qarşı tərəfə mənfi d...

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür

Resim
    Deyirlər ki, dünya təkçə sənin ətrafında dönmür. Elə burdan başlayır yanlış düşüncələr. Bəli, dünya elə sənin ətrafında dönür. Kvant fizikasına görə elektronların hərəkəti insanın baxış bucağına görə dəyişir. Və sənin arxanda qalan əşyanın mövcudluğu o zaman olmur. Çünki, sən onu görmürsən. Bir cismi görməməyin, o elektronun varlığının üzərindən xətt çəkmiş olur. Mövcudluq bəsit bir anlayış deyil. Onu anlamaq üçün Dekart kimi düşünməyə ehtiyacın yoxdur əslində. Çünki o, özü üçün bir anlayış formalaşdırdı. Sən də gecikmədən xislətində yatan həqiqəti özün üçün üzə çıxartmalısan.   Dünya sənin ətrafında dönür. Sən öldükdən sonra həyat mövcud olmayacaqdır. Qısacası sən özün elə həyatsan.   Zamanamı ehtiyacın var idi?! Tərsliyə bir bax, zamanın da sənə ehtiyacı var. Halbuki anlamadın ki, zaman elə sən özünsən. Beyninin daxilində işləyən bir sistem var. O, sənə bir zamanı tanıdır. Bu hissə “hipotalamusun supershmatic çekirdəyidir”. Bər-bəzəkli saatını yerə at. ...

Ceyhun Məmmədov-Zaman adlı məfhuma məktub

Resim
     Xoş gördük zaman!   Hər şey mükəmməl ola bilər deyə bir fikrin olmasına şüphəm var. İndicə dərindən bir ah çəkdim. Bəlkə də sənə görədir hər şey. Ancaq mənim yaşamaq səbəbim sən deyilsən. Çox tələsdirirsən bizləri. Heç gözləmədiyim dərəcədə sürətlə addımlayıram. Yorulduğumu müəyyən dəqiqələrində hiss etmək gücündə oluram. Dünyaya gəldiyimiz andan bizə sarılırsan. Ölənə qədər yapışıq əkizlər kimi ayrılmırsan bizdən. Nə bilim, yəqin ki, mənim əks tərəfimsən. Mən elə sənəm, ya da sən elə mənsən demək ixtiyarına sahib ola bilərəm. Bütün dərdləri, xoşbəxtliklərin şahidi olursan. Ya da elə bütün dərdlərin, sevincimizin tək səbəbkarı sənsən. Bunu deməyim ehtimaldır. Ancaq acı bir tərəfi budur ki, səni ölümlü etmək istəyirəm. Əslində bu mənim üçün acı tərəf deyil. Lakin, bunun kədərli olduğuna inananlar var. Sənsizliyi təsəvvür edə bilməyəcək şəxslər bu dünya da yaşayır. Axı sənin əqrəblərinin qırıldığını bilmək, niyə də bizi sevindirməsin?! Doğrusuna qalsa saat...

Ceyhun Məmmədov-Qaranlıqdan Huzura

Resim
  +Xilas etmək, insanları yəni xilas etmək nə qədər doğrudur Zero? - Öncə doğrunun nə olduğuna göz gəzdirmək lazımdır . Unutma ki, doğrular dəyişkən olur , yanlışlar kimi. Onlar məkana və zamana görə dəyişirlər. +İnsanlara yardım etməliyik? -Yarımçıq köməklik daha çox fayda verər. Qalan hissəsini insan özü tamamlamalıdır ki, özünü aciz hiss etməsin.   Düşündüyüm qədər səssiz yaşamıram. Planlarının olması bəlkə də doğru bir addım deyildir həyat üçün. Təqvimə baxmadan yaşamı sürdürməyimiz mümkündür. Xəyallar qurmaq lazımınca faydalımı idi?! Buna şüphə ilə yanaşdığıma əminəm. Görə bilmirik rəngləri. Deyəsən hər səfər nələrəsə aldanırıq. Nələrinsə bizdən asılı olması nə qədər doğru ola bilərki?! Beynin işləmə sisteminə diqqət edəndə ancaq müdaxilədən başqa çarəmizin olmadığına şahidlik yaranır. Bəlkə də hər şeylə barışmalıyıq. Barışıq, insan varlığında olmalıdır.   -Bir gün geriyə dönə bilməyəcəyimiz qatara minəcəyik. Zənn etdiyim qədər qatara qarşı gözlə...

Ceyhun Məmmədov-Həblər

Resim
    Günəş öz sarı saçlarını üzümə toxundururdu. Niyə? də həyatı sevmək gücündə olmayım deyə bir sual gəmirirdi beynimi. Məsələn: Yaşıl yarpaqların arasında itə bilərdim. Yağış damlaları altında hüceyrələrimi hər dəfə sevindirmək gücünə malik olardım. Simasında dərin bir kədəri olan qadına papatya gülü hədiyyə etmək şərtində olardım. Mövcud olan 24 saat ərzində ancaq gülümsəməm ola bilərdi. “Bəlkə də bunlar müddətlikdir, daimi olmur” deyərək belə düşüncəyə sahib olmağım bədbəxtçilikdir yoxsa bir uğurdur?! Deyəsən bu hissəyə aid olan cavabı dəqiq bilmirəm. Metro daxilində irəlliləyərkən düşündüyüm bir çox mövzular olur. Bəzən bu eyni anda, bəzən isə ayrı-ayrı günlərdə mövcud olur. Keçən səfər reyslərin səsinə fikir vermədən düşündüyüm fikirlərdən biri bu idi: Nə üçün ölüm mövcuddur? Və indi də bu hissəyə bunu əlavə edək: Niyə kainatın məhv olmasına şahidliyi hər kəs edə bilməz?   Qalstuklu insanları sevmirəm. Nifrət etmək qabiliyyətim yoxdur, sadəcə sevməmək hissəsinə...

Ceyhun Məmmədov-Mən Ölüməm

Resim
     Həyatla olan təması təmin edən beyin olduğuna heç şüphəm yoxdur. Beləliklə, duyğu və duyğusal hərəkətləri tənzimləyir “Limbik Sistem”. İnsanlığı bizə təqdim edir “Prefrontal Korteks”. “Epifiz” vəzisi daxilində yerləşən “Şüur” bizə dünyanı tanıdır. Beynimizin üst tərəfində yerləşən “Poriyetal Lob” isə sağ və sol yarımkürəyə ayrılaraq bizim üçün ayrı-ayrı xüsusiyyətləri üzərimizdə tətbiq etmiş olur. Belə ki, sağ yarımkürə eşitməyi və bədənimizi idarə etməyi təmin edərkən, sol yarımkürə isə lazım olan yetənəkləri və dil funksiyalarını idarə etmiş olur. Bununla bitmir hələ. “Okspital Lob” beynimizin ən arxasında yerləşmişdir və gözlərdən gələn bilgiləri idarə edir. Beyində işləyən bu və digər hissələr, loblar bizə həyatla təmasımızı yaradır. Bəs ürəyin bədənimizdəki xüsusi rolu nədir?! Hisslərdə rol oynamır, həyatı anlamağa yardım etmir bəs nə işə yarayır?! Beyini yaşadır deyə bilərəm. Əgər o qan ponpalamasa onda beyin dayanacaqdır və həyatdan ayrılmaq zamanı gəldiyi...

Ceyhun Məmmədov-Dərin nəfəs al

Resim
  D ərin nəfəs almaq qərarına varmağım üçün 2 saniyə bəs etdi. Burun ilə nəfəs alıb ağız vasitəsi ilə havaya aldığın nəfəsi buraxmaq insanı rahatladırdı. Ən azından məni rahatladırdı deyə bilərəm, əminliklə. Burda məsələ içindəki mənfi enerjini çölə atmaq idi. Sanki təsəvvür edirdin ki, həmin an mənfi xüsusiyyətlər daxilindən çölə çıxırdı və sən özünü rahatlaşmış hiss edirdin. Hay-hay… Hay-hay… Amma müddətlik idi, bu rahatlığı təmin etmək. Başa düşdüm ki, bütün məsələ nə düşündüyündədir. Çoxdan başa düşmüşdüm demək gücündəyəm əslində. Ancaq mənə maraqlı olan tərəfi bu idi: Bunları dərk etmişəmsə niyə hələ də, bəzən sıxıntılar hiss edirəm?! Və sonra anladım. Beyindəki “Epifiz Vəzisi” daxilində yerləşən “Şüur” bizimlə bir oyun oynayır.   Zaman keçdikcə öz-özümü aldatmağı gözəl bir ünsur hesab etdim. Əslində indi də bu fikirlə bağlı bir şeylər dəyişməyib. Bütün məsələ dar günlərdə beynimi aldatmaqdır. Çətin vaxtlarda insanın işinə çox yarayır. Ancaq elə rol qurmalısan ki, so...

Ceyhun Məmmədov-DMT

Resim
    DMT, epifiz vəzisi və ya digər bir adı olan pineal bez tərəfindən ifraz olunur. İfraz olunma prosesi yuxu gördüyümüz zamanda baş verir. Bundan əlavə ölüm anında da yəni ürəyin dayanmasından sonra beynin 7 saniyə aktiv olduğu müddətdə də DMT yüksək miqdarda ifraz olunmuş olur. Bu an qara tunel, ağ işıq kimi görüntülər görmüş olacayıq. Hətta Tanrılaşmada bu zaman gedir.   Xüsusi maddələr satılır, sırf olaraq DMT ifrazı üçün. Hətta bu maddələr bəzi ölkələrdə qadağandır. Çünki onlar yüksək dərəcədə DMT ifraz edirlər. Bu cür maddələrə psixotrop maddələr deyə bilərik. Bunlardan əlavə də hipnoz vasitəsi ilə DMT ifraz edib mürəkkəb bir halüsinasiyalar görməyimiz mümkündür. Ancaq bu biraz təhlükəli haldır. Ümumi götürəndə bu sadə bir vəziyyət deyil. Əslində siz insanların Tanrı rolu haqqında bildikləriniz tamamilə real bir nüanslara toxunur. Bunun üçün sadəcə dar düşüncədən uzaqlaşmaq lazımdır. Beyninizin 10 faizdən daha çox işlək vəziyyətdə olduğuna əmin olmalısınız...