"Zamanda gecikməmək”(hekayə)
-Emin Quliyev zəhmət olmasa ayağa qalx.
Dekanlığa universitedi tərk etməklə bağlı ərizə yazmısan. Bunun səbəbini öyrənə
bilərik?
-Universitedə qəbul olanda, sənədləri gətirəndə
mənə sual verməmişdilər niyə bu universitedə qəbul olmusan?! Ona görə də mənim
fikrimcə universitedi niyə tərk edirsən
deyə sual verilməməlidir. Həmdə universiteddən çıxmağım fərdi məsəli daşıyır.
Onu açıqlamaya bilərəm. Həmdə sizin üçün bir önəmi yoxdur.
-Mən zamdekanam. Dekanın özüdə bu barədə səninlə
danışacaq. Bizim üçün tələbənin seçimi önəmlidir. Ona görə də səndən cavab
almaq istəyirdim. Dərsdə əlavə kitab oxuyub dekanlığa çağrılmağıva görə
çıxırsan?
-Qətiyyən ona görə yox. Mən onsuzda dərsdən kənar
kitab indi də oxuyuram. Yəni sizlər mənə mane ola bilmərsiz bu barədə. Dekanın
dediyi sözlərdə isə bir məna tapmadığıma görə bədii kitab oxumağa davam edirəm.
-Bu barədə müzakirə etmiyəcəm səninlə. Tənəffüsdə
dekanın otağına gəl...
Qəbul
olarkən bu qədər əziyyət çəkməmişdim. Amma deyəsən sənədlərimi geri götürməyə
görə əziyyət çəkəcəm. Amma daha önəmi yoxdur. Mən bu universiteddəki tələbə
hissini artıq söndürmüşəm. Bu universiteddən çıxan kimi əsgərliyi iki il
saxlatdırmalıyam. Çünki vacib bir məsələni yerinə yetirməliyəm. Beynimdəki xəyalı
reallaşdıracam. Mütləq, amma mütləq bunu edəcəm. Bunları tez-tez beynimdə
düşünürdüm. Zamdekan otağı tərk etdikdən 10 dəqiqə sonra zəng vuruldu. İri-iri
addımlarla dekanın otağına doğru irəlliləməyə başladım. Artıq söz götürməyim
deyə qapısını döydüm. Ondan sonra gələ bilərsən deyə bir səs eşitdim.
-Salam.
-Salam Emin. Xoş gəlmisən.
-Çox uzatmıyacam. Sənədlərimi götürmək istəyirəm
artıq-Rahat şəkildə danışmağa başladım.
-Emin, niyə tərk
eliyirsən universitedi?-İlk sual
beynimə göndərildi.
-Zamdekana cavab vermişəm. O sizə demədi?
-Bayaqları burda idi. Dedi mənə hər şeyi. Ona
heç nəyi izah etməmisən. İki il oxumusan bəs indi neyliyəcəksən?
-Bu fərdi fikri demək istəmirəm sizə-İddialı şəkildə
cavab verdim.
-Diplomsuz keçinə biləcəksən?
-Artıq o kağız parçasına ehtiyacım yoxdur. Mənim
üçün onun önəmi itib-Gülümsəyərək cavab verdim.
-Bəs dövlət işinə necə düzələcəksən?
-Hmmm... Təbii ki, şirinlik vermiyəcəm. Ofisə
görüşlərə getmiyəcəm. İnternetdə elanlara baxmıyacam. CV-i düzəldib göndərmiyəcəm
iş yerlərinə.
-Anlamadım. Bəs neyləcəksən?-Dekan sözümü
yarımçıq saxlayıb sual verdi.
-Dövlət işinin də dəyəri itib gözümdə. Ona görə
də mənə dövlət işi lazım deyil.
-Qəribəsən. Yaxşı, özün bilərsən. Sabah sənədləri
verə bilərəm. Amma hələ vaxtın var yaxşı düşün bu barədə.
-Zamanda daha geri düşmək istəmirəm.
Sağolun...
Artıq
özümü tələbə kimi hiss etmirəm. Buna əminəm. İndi isə evə gedib isti kofe içərək
sonuncu cümlələri kompyuterdə yekunlaşdırmalıyam. Yeni tapmış olduğum işə isə
növbəti gündən gedəcəm. Onsuzda dövlət işi deyil, ona görə də hansısa bir sənəd
hazırlamıyacam. Deməli orda 3 aylıq fəhlə işləsəm. 15azn-dən hesablayanda 30
günə 450 azn edir, 90 günə isə 1350 azn. Əla, planlarımdan birini reallaşdıra biləcəm.
Lənətə gəlmiş 90 dəqiqələr axır ki, bitti mənim üçün. Bəzi müəllimlərin boş-boş
danışması isə boğaza yığmışdı məni. Hələ bir müəllim var idi. Açıq aydın
bildirir ki, gücnən bu otaqda dayanmışam. Məcburən vicdanını rahatlatmak üçün dərs
deyir. Lənət olsun təhsilə. Onsuzda bir qəpiyə dəymir. Təhsil var burda. Yoxdur,
olacağını da gözləmirəm. Savadımı lazımınca özüm artırıram. Onsuzda müəllim əslində
yol göstərən kimidir. Amma ehtiyacım yoxdur o yol göstərənlərə. Onsuzda bəziləri
çuxura aparır insanı. Bir-iki işimi kompyuterlə gördükdən sonra yatmağa
hazırlaşırdım ki, telefonuma zəng gəldi.
-Salam dostum. Mən onlarla danışdım. Mənə
dedilər 1000 manata başa gələcək.
-Əla razıyam. Üç aydan sonra sənə zəng edəcəm.
-Yaxşı, bəs üç aya qədər elə-belə görüşməyəcəyik?
-Yox, çünki hər gün işləyəcəm.
-Tamam. Uğurlar sənə.
-Çox sağol-Söhbəti yekunlaşdırıb, telefonu səssizliyə
qoyub, özümü yatağa atdım. Və məncə xoruldamağa başlamışdım...
Səhər
gec durdum. Elə durdum ki, artıq universitedə getmək vaxtı idi. Amma bir dəqiqə
dayanıb güzgü də özümə baxdım və gülməyə başladım. Axı mən daha tələbə
deyildim. Çünki bu gün sənədləri götürməyə gedəcəkdim. Dərslərə girməyəcəyimə
görə universitedə getməyə görə də tələsməməliyəm. Heç tələsmədən çörəyimi
yedim. Biraz uzandım. İnternətdə biraz gəzdim. Sonra əynimi dəyişməyə başladım
və bu zaman nifrət etdiyim saata baxdım. Artıq keşmiş tələbə yoldaşlarım
birinci dərsin ikinci 45 dəqiqəsində olduqlarını düşündüm...
Universitedə çatar-çatmaz düz dekanlığa getdim. Sənədlərimi artıq
hazırlayın deyə fikir bildirdim. Amma biraz gözləməli idim. Onu bilirəm ki,
artıq rektor ərizəmi imzalamışdı. Ərizəni imzalayanda nə qədər sual vermişdi mənə.
Hələ də suallar bircə-bircə qulağımda vızıldayır. Dekanlığın otağından çıxıb
sinifə daxil oldum. Müəllimdən icazə aldım ki, beş dəqiqəlik bir danışıq edə
bilərəm?! Sağolsun bu qoca müəllim icazə verdi ki,
yoldaşlarımla sağollaşım. Yoldaşlar, sizə bir iki məsləhət vermək istəyirəm. Həyat
əks təsirə bərabərdir. Sən onunla necə davransan oda səninlə o cür davranacaq.
Universiteddə o cür qaydaya tabedir. Amma mən sıxıldım. Universitedin bir dəyəri
qalmadı gözümdə. Onunla oynamaqdan bezdim. Mənə ağır zərbələr vurmamış bu universitedi
tərk etmək qərarına gəldim. Çünki zamanda artıq geri düşürəm. Universiteddə
itirdiyim vaxtları geri qaytarmaq üçün ağlımda ideyalar var. Onları gerçəkləşdirə
bilsəm zamanda qalib gələcəm. Bilirsiz yoldaşlar zaman dəyərlidir. Amma mən ona
nifrət edirəm. Çünki o insanı tələsdirir. Zamanı unuda bilməcəyivi bildiyin
üçün ona çatmağa çalışırsan. Mən onu silə bilmirəm həyatımdan. Ona görə də
onunla birgə qaçmağa qərar verdim. Məncə çata biləcəm ona. Nə isə. Çox
vaxtınızı almıyacam. Əgər zamana qalib gəlmək istəyirsizsə onda reallaşdırmaq
istədiklərinizi təxirə salmayın. Çünki mən təxirə salmadım. Bu universiteddən
gedirəm. Özünüzə yaxşı baxın. Sağolun...
Sənədlərimi
götürdükdən sonra universitedin qapısından elə çıxdım ki, sanki çürümüş bir
zamandan yeni zamana addım atırdım. Avtobusa əyləşib evə doğru getməyə
başladım. Evə çatan kimi ağlımda olan ilk şeyləri etməyi düşündüm. Öncə
kompyuterdə olan işimi tamamladım. Və sonra iş paltarlarımı hazırlayıb sabahkı
iş üçün müdürə zəng etdim. Hər şey əla idi. Məncə üç ay necə keçəcək heç bilməyəcəm.
Bircə dənə istədiyim pulu yığım. Lənət olsun o rəngli kağız parçalarına. Pula
necə də nifrət edirəm. Axı mən müddətlik xoşbəxtliyə layiq deyiləm. Mənə müddətsiz
xoşbəxtlik lazımdır...
3 ay sonra...
İsti
yay günləri başlamışdı artıq. Bu gün tikintidə görəcəyim son iş günü idi. Daha
doğrusu mən belə təyin etmişəm. Hələ daha çox fəhləlik edə bilərdim burda amma
istəmirəm. Bu gün sonuncu pulumu alacam. Və evdəki 1315 azn-nin üzərinə
qoyacam. Sabah artıq istəyimin ilk addımını atacam. Bunları düşünərək
patlarlarımı dəyişirdim. Sonra isə ustaya yaxınlaşdım və günün sonuncu pulunu
götürdüm. Usta ilə sağollaşdım və birdə gəlməyəciyimi bildirdim.
Evə
çatar-çatmaz 15 azni-də digər pulların yanına qoydum.
-Hazırdır?-Anam
birdən soruşdu.
-Hə anacan. Sabah gedirəm nəşriyyata.
-Kitabıda yazıb bitirmisən?-Anam təəccüblə
soruşdu.
-Üç ay
bunda qabaq bitirmişəm-İçdən bir sevincin gəldiyini hiss etdim...
Hər
şey hazır idi. Üç ay işlədim və pulumu yığdım. Bir aya nəşriyyat kitabımı hazır
etdi. Satışa çıxarkən çox həyacanlandım. Təəccüblü anlar oldu. Sən demə
kitabımı universiteddə mənə dərs demiş müəllimlərdən də alan olmuşdu. Hətta
zamdekan, dekan belə kitablarımdan almış oldu. Kitabım yaxşı satılırdı. Çox
razı idim. Artıq bu kitabla bağlı ikinci nəşri belə düşünürdüm. Keçmiş tələbə
yoldaşlarımdan da kitabı alanlar oldu. Hətta universitedin təşkilatçıları mənim
üçün tələbələrlə görüş təşkil etdilər. Mənim heç xəbərim yox idi. Bir gün
qalmış mənə universitedə gəlməyi təklif etmişdilər. Səbəbini dedilər, hər şeyin
hazır olduğunu bildirdilər məndə razılaşdım. 19 yaşımda ilk kitabım çoxlu sayda
satılmış oldu. Əlbəttə ki, piratlarda bundan istifadə etdilər. Amma bu çox
vecimə deyildi. Əsas odur kitabımdan çoxları mənəvi qida almağa başlamışdılar.
Deyəsən məşhur olmuşdum. Çünki kim görürdü şəkil çəkdirmək istəyirdi. Həmişə
metrodan istifadə edirdim. Hər dəfə bir neçə gənc əli ilə məni göstərib öz
aralarında danışırdılar. Qızlar uzaqdan əl edirdilər. 20 yaşım olan kimi eyni
kitab ikinci dəfə nəşr olundu. Bu dəfə də çox satıldı. “Zamanda gecikməmək”
adlı kitabım çox sevilmişdi. Artıq düşünürdüm ki, birinci istəyimi
reallaşdırmışam. Əsgərliyi isə iki il saxlatdırmışdım. Bunun bir ilini xərclədim.
İndi geriyə qaldı bir il. Məncə ikinci istəyimi reallaşdırıb sonra getməliyəm əsgərliyə.
İkinci istəyimə görə hazırlıqlara başlamışdım. Hər gecə kompyuter arxasında
oturub çəkəcəyim ilk kinonun senaryosunu yazırdım. Növbəti ayda artıq ilk
kinomu çəkəcəkdim. Və mən kinonu yayımladıqdan sonra əsgərliyə gedəcəkdim. Bu
belə mənim beynimdə qalmışdı. Mən gündən-günə istəyimə çatırdım. Bəlkə də
taleyim belə idi. Bəlkə də indi nə qururamsa o var idi. Ancaq hər nə isə onu
bilirəm ki, insan istədiklərini reallaşdırmaq gücünə malikdir. Öncə səbr, sonra
xəyal etmək və sonra istəyə doğru addımlamaq lazım idi. Məncə insan öncə xəyal
etməlidir, sonra o xəyalı reallaşdırmalıdır.
Çünki arzuların həyata keçirilməsi xəyaldan başlayır...
Yorumlar
Yorum Gönder