Ceyhun Məmmədov-"Yorulmaq"
Yoruldum, boş gülüşlərin zamana xərclənməsindən
Çox yoruldum, buludların arasına qarışan sözlərdən.
Biraz uzağa,
Nəfəsimi dinləyə biləcəyim yerlərə aparmalıyam
bədənimi.
Qaçaraq küləyə qarşı
Geridə qoymalıyam boğucu sarılarımı.
Çiyinə yüklənmiş sualları toplamaq
Və sonda ruhu sığallamaq cavablar ilə.
Nəfəsimin bir tanrı nəfəsi olduğunu dərk etmək
Duaları buludlara yox, bədənə üfürmək.
Düşüncə olaraq yaşamaq
Anlamsızların arasından çıxmaq
Unutmamaq ki, peşmançılıq keçmişlərə dayanar.
Bəzən boş vermək,
Dəyişməmək və özünü görünməz qandallardan
xilas etmək
Və özünlə dartıb çəkmək digər insanları.
Bu dünyanın görüntüsünü yaşamaq
Sonda pozulacaq görüntüyə şahid olmaq.
Yorumlar
Yorum Gönder