Ceyhun Məmmədov-“Daralmış nəfəs”
Və səndən
uzaqlarda deyildi əslində
Elə səndə idi, o xoşbəxtlik güzgüsü.
Mən sənə, sən mənə baxdıqca
Niyə ayrılığı xatırlamalı idik?!
Xoşbəxtliyi bitişdirmək istəyirdik
Kədər ayırdı.
Təbəssümlər intihar edirdi
Ayrılmağın, təqvimimdə qırmızı halqaya
alındı.
İndi hər səhər günəş bir qara cism kimi
Baxır səmadan kədərə bürünmüş varlığa.
Səni buludlarmı aldı?!
Öldün, qaldın yoxsa hələ də yuxu
görürsən?!
Mən səni görmürəm
Görməyim üçün görəsən neçə addım
atmalıyam
Nə qədər nəfəs tükətməliyəm görəsən
Sanki on bir mərtəbəli binanı ayaqla
çıxıram.
Nəfəsim daralır
Sən uzaq nöqtəyə artıq çevrilmisən.
Yorumlar
Yorum Gönder