Ceyhun Məmmədov-"Danış"
Mənə gecələrdən danış,
Səssiz üşüyüb, gözləri yuma bilməməkdən.
Mənə pıçıltıdan danış
İçində gedən söz müharibəsindən.
Sarıların dəhşətindən danış
Qısa şəkildə yuxuların olmamasından başla
Sonra keç səhərlər də günəşi görməməyə.
Ulduzları sevməyindən danış
Onlara çatmağıvı, soyuq əllərin ilə
toxunmağından danış.
Həyatıvı iki hissəyə böl
Səssiz və yorğun düşmüş.
Tanrının duasından danış
Ona çatmaq hissivi mənimlə bölüş.
Daha sus bəsdir
Uzun cümlələr deyəsən bitmir.
Qısa danış, həyatıvın məzmununu ver mənə
Yoxsa uzun cümlələr bədənivi qurudar.
Solmuş gülüşlərivə biraz göz yaşı axıt
Ölmüş ümüdlərin üçün buludlara bağır.
Zəncirlə əllərivi, sözlərin ilə gözlərivi
bağla
Sonra gecə yarısında küçələrdə qaç
Qoy binalardan işıqlar yansın, ətraf
aydınlansın.
Zamanı söndür, saatların səsini kəs
At dənizlərə qoy boğulsun.
Yorumlar
Yorum Gönder