Səmimi dərəcədə söhbət edəcəyiniz biri olmalıdır. Hansı ki , həmin şəxsə rahat şəkildə , çəkinmədən daxilinizdə olan bəzi mövzuları ona danışıb rahatlaya bilərsiniz. Bu şəxslər 2 , 3 nəfər ola bilər. Məsələn : Xoşa gəlməyən bir hadisə baş verdi. Həyat ehtimallarla zəngindir , unutmayın. Və siz həmin 3 dostunuzla artıq uzaqlaşmalı olursunuz şəhərdən. Bütün yol boyu darıxmaqdan sizi uzaq tutacaq şəxslər onlar olmalıdırlar. Birinizə bir şey olsa o dəqiqə əl-ayağa düşməlisiniz. Əgər soyuq fəsilin daxilindəsinizsə onda söhbətləriniz bir-birinizi isitəcək tək vasitə olmalıdır. Birlikdə gülüb birlikdə kədərlənəcəyiniz dostlardan danışıram. Dost kəliməsi də önəmli faktordur yaşamınızda. Necə ki , “ Bumer” filmində bunu çılpaqlığı ilə bildirmişdilər. Filmin birinci hissəsi 2003-cü ildə yayımlanmışdır. İkinci hissənin yayımlanması 2006-cı ildə reallaşmışdır. Dram janrında olan filmin senaryo müəllifləri Pyotr Buslov , Denis Rodimin adlarını daşıyan şəxslərdir. Film sizə özünüz olm...
Müəllim və rüşvət bir-birinə yaraşmayan sözlərdir. Amma bəzi müəllimlər deyəsən rüşvət sözünü özlərinə yaraşdırıblar. Tələbələrin bəziləri də "şirinlik verirəm" deyərək, deyəsən özlərinə təsəlli verməyə çalışırlar. Əslində müəllimi şirinləşdirən tələbələr olur. Heç bir tələbə müəllimə rüşvət verməsəydi, şirinləşmədə baş tutmayacaqdı. Rüşvət alan müəllimin, dərs demə dərəcəsi də çox aşağı olur. Elə aşağıdaki karikatura rüşvət alan müəllimlərə uyğun gəlir. Müəllimin vəzifəsi almaq deyil. Heç bir müəllim kağız pullar üçün biliyini satmamalıdır. Biliyivizi 5-10 manatlıq etməyin. Rüşvət alaraq bilik paylaşmaq olmur...
Deyirlər ki, dünya təkçə sənin ətrafında dönmür. Elə burdan başlayır yanlış düşüncələr. Bəli, dünya elə sənin ətrafında dönür. Kvant fizikasına görə elektronların hərəkəti insanın baxış bucağına görə dəyişir. Və sənin arxanda qalan əşyanın mövcudluğu o zaman olmur. Çünki, sən onu görmürsən. Bir cismi görməməyin, o elektronun varlığının üzərindən xətt çəkmiş olur. Mövcudluq bəsit bir anlayış deyil. Onu anlamaq üçün Dekart kimi düşünməyə ehtiyacın yoxdur əslində. Çünki o, özü üçün bir anlayış formalaşdırdı. Sən də gecikmədən xislətində yatan həqiqəti özün üçün üzə çıxartmalısan. Dünya sənin ətrafında dönür. Sən öldükdən sonra həyat mövcud olmayacaqdır. Qısacası sən özün elə həyatsan. Zamanamı ehtiyacın var idi?! Tərsliyə bir bax, zamanın da sənə ehtiyacı var. Halbuki anlamadın ki, zaman elə sən özünsən. Beyninin daxilində işləyən bir sistem var. O, sənə bir zamanı tanıdır. Bu hissə “hipotalamusun supershmatic çekirdəyidir”. Bər-bəzəkli saatını yerə at. ...
Yorumlar
Yorum Gönder