Ceyhun Məmmədov-"Bir bulud"
Analar qədər yorulur atalar
Duanın anaya təsiri olmadığı kimi, atalarada təsirsiz ötüşür,
Göylər, həm anaları, həmdə ataları götürür övladlardan.
Övladlar üçün atanı və ananı yerdə saxlayan bir bulud olarda kaş
Aparmazdı göylərə, elə hər zaman cavan qalardılar.
Kaşlara nifrət edirəm, onlar insana təsəlli verməkdən başqa bir işə yaramırlar
Lüğətimdən də çıxarda bilmirəm,
Çünki çətin bir gündə təsəllisiz qalmaqdan qorxuram.
Niyə ataların saçı tökülür, bəlkə qabar olmuş əllər zədələyir saçları
Bax görürsən yenə təsəlli tapdım.
İllərin yorğunluğudur o saçlar, düşüncələr bircə-bircə salır onları yerə
Analarında saçları ağarır, heç bir bulud belə kömək etmir, nə anaya, nə də ataya.
O, gözlər ki, övladı uzağa qoya bilmir,
O, sevinc ki, özgə əllərə rahat təslim etmir,
Atanın və ananın qəlbindən daha çox sevən tapılmaz inan ki.
Heç bir şəxs belə atadan daha çox sevə bilməz qızını
Heç bir qadın belə, ana qədər kədərə bürünməz övladı üçün.
Hərdən dərdi deməyin, atalara, analara
Çünki gecələr yuxusuz olmalarına səbəbkar olarsız.
Ey buludlar, sizə səslənirəm
Dəyməyin analara, atalara
Onlar övladların tamamlanmış, ayrılmaz hissələridir...

Yorumlar
Yorum Gönder