Ceyhun Məmmədov-"Soyuq yanvar"

Soyuq yanvar və sən yoxsan
Beşinci fəsil də bitti, amma yenə də yoxsan.
Yenə çürümüş qələm və yanmış vərəqlər
Gözlərivi unutmamaq, hər dəfə yazdıqca şeir.
Sənsiz vaxtlara öyrəşmək və tək başına sevmək
Yoluxucu da olmasa yenə də xəstəlikdir.
Görüşmək, hər gecə vaxtsız xəyallarla
Səni bəzəmək, uzaq məsafələri yad edərək.
Yanvar qadınım, görəsən səndə üşüyürsən?!
Yoxsa oralarda, isti bir əllər var?!
Unutdurmaq, keçmiş xəyalları məcburən silmək
Və sən etdiyim ən gözəl doğrulardan birisən.
Səncə necə silim,
Sanki xəyalları edama sürükləyirmiş kimi.
Məncə özləri sağollaşarlar
Sənin sağolların kimi.

Əlvida, beşinci fəsillərin ən soyuq yanvarı...

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür