Ceyhun Məmmədov-Olmaq ya da ölmək
İnsan bir günəş
olmaq istər
Qara buludlara
qalib gəlmək üçün.
Sevgi olmaq istəyərsən
Diləyin,
yalnızlığı bir göz qırpımında öldürməkdir.
Bəzən gecəyə
dönməyi arzulayarsan
Çünki o, gecə
yarısında pəncərə qarşısındadır.
Zamanın özü
olmağı düşünərsən
Saatları
dayandırıb, insanların tələsmədiyini izləyərsən.
Bir dənə yol olarsan
Sırf hamı
düzgünlüyü tapsın deyə, amma boş xəyallar.
Silah olmağı
arzulamaram
Uşaqların ölmələri,
dünyanın boğulmuş hala keçməsidir.
Göyərçin olaram
Qəfəs axtarmaq
üçün yox,
Dünyanı sülhə
çevirmək olar tək diləyim.
Bir kibrit
olmaq istəyərəm
Bütün saxta sənədləri
yandırmaq üçün.
Musiqi olmağı
düşünürəm
Kənar səsləri
eşitməyim deyə.
Sərnişinsiz bir
qatar olmağı diləyərəm
Buralardan çox
uzağa,
İnsanlar
olmayan bir şəhərə gedib-qayıtmamaq üçün.
Mən bir Tanrı
da olmaq istərdim
Bəlkə onda daha
dərin başa düşərdim onu mən.
Özün olmalısan,
başqa insanlar qarışmasın sənə
Toxunmasın sənə
şeytanlar, azdırmasın səni dinlər.
Böyük bir səssizlik
olmaq istərdim
Tanrının
musiqilərindən biri məsələn.
Bu həyatda ya
olmaqdır ya da ölmək
Başqa çarən
yoxdur,
Nəfəs almaq,
halbuki heç zaman dərd deyildi.
Dözülməz olan
özümüzük
Ya düşmənik, ya
da dost öz-özümüzə qarşı.
Bir çarəsi var
indi
Ya olmaq, ya
da ölmək.
Yorumlar
Yorum Gönder