Ceyhun Məmmədov-Boşluq
Bir qış,
bir payız
Bir yay, bir
yaz
Darıxmaq bütün
fəsillərdə.
Arxaya dönüb
baxmaq
Və görmək ki,
Dəyişən sadəcə
rəqəmlər, bu şəhərdə.
Necə də gözəl
yağardı Bakıya xatirələr
Və səndən sonra
Bir
“yalnızlıq”, “darıxmaq” tikildi
Şəhərin elə düz
mərkəzinə.
Və həmin günü
Hər kəs sənə bənzədi,
nədənsə.
Yorulmaq, illərin
gətirdiyi fəsillərdən
Soyuq bir
insana çevrilmək
Güvəndikcə
insan varlıqlarına.
Bir boşluğu
hiss etməyi diləmək
Amma heç bir
ölüm olmadan.
Sənsizliyi
unutmaq yalan
Sadəcə öyrəşmək
ən səmimi doğru.
Göy üzündə
milyonlarca sən
Hər gecə əks
olunmaq pəncərəmə.
Səndən kiçik
xatırlatmalar,
Mənim öz-özümə
olan yalanımı
Hər zaman edir
ifşa.
Böyük bir
boşluğu
Diləmək üçün qəlbdən
bir inam.
Şəhərin ən
hündür binasından
Bağırmaq, bəlkə
eşidərsən deyə.
Sənə çatmaq
üçün böyük bir xəyal qurmaq
Və küçənin
ortasında divarlara yalan atmaq.
Verilən hər bir
təsəllinin
Olacaqdır, nə
zamansa hər bir cavabı.
Eyni şəhər, dəyişkən
fəsillər
Eyni yağış
damlası altında islanmaq
Amma ayrı-ayrı
küçələrdə hiss etmək.
İçindəki həzin
musiqinin səsini artırmaq
Və bəzən nə
özünü, nə insanları
Nə də ki, səni
dinləməmək.
Böyük bir
boşluq
Zamandan, insanlardan,
özündən
Və səndən
xaric.
Yorumlar
Yorum Gönder