Kayıtlar

Nisan, 2016 tarihine ait yayınlar gösteriliyor

Ceyhun Məmmədov-Bir mərkəz(Epifani)

Resim

Ceyhun Məmmədov-Bəlkə(Epifani)

Resim

Ceyhun Məmmədov-Sülh ağacı(Epifani)

Resim

Ağ qara - Ceyhun Məmmədov, 2016

Resim

Ceyhun Məmmədov-"Bir şəhər yaratmaq"(Epifani)

Resim

Ceyhun Məmmədov-"Obsessiv kompulsiv"(hekayə)-teaser

Resim
Ceyhun Məmmədov-"Obsessiv kompulsiv" Hekayə oxumaq üçün link: https://www.wattpad.com/241669297-ceyhun-m%C9%99mm%C9%99dov-obsessiv-kompulsiv-obsessiv

Ceyhun Məmmədov-"Epifani"(Album)-Teaser

Resim
Ceyhun Məmmədov-“Epifani”(Album) Daha çox düşünüb, daha çox dərinliyə varmaq. O, içindəki dərinlikdən müqəddəsliyivi çıxartmaq və sonra onu dərk etmək. Öyrəndikcə, həyata olan bucaqlarıvı dəyişmək və sonda anlamaq, dərk etmək. Başlanğıcda özüvü dərk etmək, həyatın sürətinə çatmaq və sonra onunla birgə irəlliləmək lazımdır. “Epifani” albomundakı şeirlər sizi içivizdəki dərinliyə, düşüncələrivizin xırdalığına varmağa vadar edəcək. Amma bunu “Epifani” yox siz edəcəksiz. Çünki “Epifani” albomundakı şeirlər sizə seçim verəcək. Və biz keçmişlərdən uzaqlaşaraq irəlliləməliyik. Elə uzaqlaşmalıyıq ki, keşmiş nöqtəyə çevrilsin. Hər zaman düşünərək inkişaf etməliyik. Çünki var olan hər bir şey düşüncənin sayəsindədir.

Ceyhun Məmmədov-“Biraz addımla”

Resim
Gözlərivi bağla, qayıt beşiyə qədər. Əgər bacarırsansa, xatırla birinci yaşıvı. Addımla keçmişin nöqtəsinə doğru Bəlkə gələcək üçün, Xoşbəxtlik qırıntıları taparsan orda. Yaxşı və pis xatirələr içində Tap çıxart o içindəki müqəddəsliyi. Bircə dəfə yalnız bax geriyə Keçmiçdən apar, üzüvü güldürən dəyərləri. Birdə heç vaxt qayıtma, dost Elə qal ancaq indi ki, nöqtə də. Sən xəyallarla dolusan axı Seç birini, bütün qapılar açıqdır üzüvə. Daha düş bəsdir Getmə, sürətli qatarla. Biraz addımla, daha dərin nəfəs al Bax gör necə gözəldir, Sənin görmək istədiklərin. Və sən yaşadıqca, həyatda parlayır Təbəssümün olduqca, həyatda gülümsəyir. Sən öldükcə isə Ölüm həyatı özü ilə daşıyır. Məncə bəsdir kollu yollar Çıx daha düz asfalt yolla addımla. Daha döyüşmə, sev və əzizlə Suallar sənin ruhun, cavablar isə yeni dünyan.

Ceyhun Məmmədov-"Hökmdar və insan"

Resim
İyrənc xəstəlik,              Şəhər təpədən-dırnağa obsessiv-kompulsiv olub. Hökmdar dövlət yox, millət olmalıdır. İnsanlar dövlətdən yox, dövlət insanlardan qorxmalıdır. Cəhənnəm ilə qorxudulduz, amma halbuki, Bura elə cəhənnəmdir, dolu fahişələrlə. Həyatın rəngini reklam edirlər Hansı rəngdən danışırsız, ölübdür bütün rənglər. Əsas qalib olmaq deyil, Sanki Hitlermi qalib oldu, sonunda aciz olub intihar edərək. Baxın görün nə iz qoydu Sonra düşünün siz nə iz qoyacaqsız deyə. Xeyir axtarırıq tozlu partalarda Gənc alim gördüm, universiteddə boşuna zaman yellədir. Nə sən xeyir verdin mənə, 11 il Nədə sənin ali dərəcən mənə verəcək 4 il. Başımızı qatırlar, özlərini düşünərək Cəmiyyətin kitab oxuması vacibdir, Ancaq birinci puldur, ona görə də kitablar pulludur. Lənət olsun kapitalizmin hər döngəsinə Bir dənə ideologiya göstər ki, beyin oğurlamasın. İşid tanrını səhv anladı Bəs inanclı mollalara nə oldu. H...

Ceyhun Məmmədov-"Danış"

Resim
Mənə gecələrdən danış , Səssiz üşüyüb, gözləri yuma bilməməkdən. Mənə pıçıltıdan danış İçində gedən söz müharibəsindən. Sarıların dəhşətindən danış Qısa şəkildə yuxuların olmamasından başla Sonra keç səhərlər də günəşi görməməyə. Ulduzları sevməyindən danış Onlara çatmağıvı, soyuq əllərin ilə toxunmağından danış. Həyatıvı iki hissəyə böl Səssiz və yorğun düşmüş. Tanrının duasından danış Ona çatmaq hissivi mənimlə bölüş. Daha sus bəsdir Uzun cümlələr deyəsən bitmir. Qısa danış, həyatıvın məzmununu ver mənə Yoxsa uzun cümlələr bədənivi qurudar. Solmuş gülüşlərivə biraz göz yaşı axıt Ölmüş ümüdlərin üçün buludlara bağır. Zəncirlə əllərivi, sözlərin ilə gözlərivi bağla Sonra gecə yarısında küçələrdə qaç Qoy binalardan işıqlar yansın, ətraf aydınlansın. Zamanı söndür, saatların səsini kəs At dənizlərə qoy boğulsun.

Ceyhun Məmmədov-"Yorulmaq"

Resim
Yoruldum, boş gülüşlərin zamana xərclənməsindən Çox yoruldum, buludların arasına qarışan sözlərdən. Biraz uzağa, Nəfəsimi dinləyə biləcəyim yerlərə aparmalıyam bədənimi. Qaçaraq küləyə qarşı Geridə qoymalıyam boğucu sarılarımı. Çiyinə yüklənmiş sualları toplamaq Və sonda ruhu sığallamaq cavablar ilə. Nəfəsimin bir tanrı nəfəsi olduğunu dərk etmək Duaları buludlara yox, bədənə üfürmək. Düşüncə olaraq yaşamaq Anlamsızların arasından çıxmaq Unutmamaq ki, peşmançılıq keçmişlərə dayanar. Bəzən boş vermək, Dəyişməmək və özünü görünməz qandallardan xilas etmək Və özünlə dartıb çəkmək digər insanları. Bu dünyanın görüntüsünü yaşamaq Sonda pozulacaq görüntüyə şahid olmaq.

Ceyhun Məmmədov-"Soyuq yanvar"

Resim
Soyuq yanvar və sən yoxsan Beşinci fəsil də bitti, amma yenə də yoxsan. Yenə çürümüş qələm və yanmış vərəqlər Gözlərivi unutmamaq, hər dəfə yazdıqca şeir. Sənsiz vaxtlara öyrəşmək və tək başına sevmək Yoluxucu da olmasa yenə də xəstəlikdir. Görüşmək, hər gecə vaxtsız xəyallarla Səni bəzəmək, uzaq məsafələri yad edərək. Yanvar qadınım, görəsən səndə üşüyürsən?! Yoxsa oralar da, isti bir əllər var ?! Unut durmaq , keçmiş xəyalları məcburən silmək Və sən etdiyim ən gözəl doğrulardan birisən. Səncə necə silim, Sanki xəyalları edama sürükləyirmiş kimi. Məncə özləri sağollaşarlar Sənin sağolların kimi. Əlvida, beşinci fəsillərin ən soyuq yanvarı...

Ceyhun Məmmədov-“Daralmış nəfəs”

Resim
Və səndən uzaqlarda deyildi əslində Elə səndə idi, o xoşbəxtlik güzgüsü. Mən sənə, sən mənə baxdıqca Niyə ayrılığı xatırlamalı idik?! Xoşbəxtliyi bitişdirmək istəyirdik Kədər ayırdı. Təbəssümlər intihar edirdi Ayrılmağın, təqvimimdə qırmızı halqaya alındı. İndi hər səhər günəş bir qara cism kimi Baxır səmadan kədərə bürünmüş varlığa. Səni buludlarmı aldı?! Öldün, qaldın yoxsa hələ də yuxu görürsən?! Mən səni görmürəm Görməyim üçün görəsən neçə addım atmalıyam Nə qədər nəfəs tükətməliyəm görəsən Sanki on bir mərtəbəli binanı ayaqla çıxıram. Nəfəsim daralır Sən uzaq nöqtəyə artıq çevrilmisən.

Ceyhun Məmmədov-"Bir bulud"

Resim
Analar qədər yorulur atalar Duanın anaya təsiri olmadığı kimi, atalarada təsirsiz ötüşür, Göylər, həm anaları, həmdə ataları götürür övladlardan. Övladlar üçün atanı və ananı yerdə saxlayan bir bulud olarda kaş Aparmazdı göylərə, elə hər zaman cavan qalardılar. Kaşlara nifrət edirəm, onlar insana təsəlli verməkdən başqa bir işə yaramırlar Lüğətimdən də çıxarda bilmirəm,   Çünki çətin bir gündə təsəllisiz qalmaqdan qorxuram. Niyə ataların saçı tökülür, bəlkə qabar olmuş əllər zədələyir saçları Bax görürsən yenə təsəlli tapdım. İllərin yorğunluğudur o saçlar, düşüncələr bircə-bircə salır onları yerə Analarında saçları ağarır, heç bir bulud belə kömək etmir, nə anaya, nə də ataya. O, gözlər ki, övladı uzağa qoya bilmir, O, sevinc ki, özgə əllərə rahat təslim etmir, Atanın və ananın qəlbindən daha çox sevən tapılmaz inan ki. Heç bir şəxs belə atadan daha çox sevə bilməz qızını Heç bir qadın belə, ana qədər kədərə bürünməz övladı üçün. Hərdən dərdi deməyin, atalara, ...

Ceyhun Məmmədov-“Foto”

Resim
Bizdən geriyə qalacaq olan fotolar Bəlkə gülmək üçün, bəlkə də kədər üçün. Bir məna axtarırsan?! axtarma Onsuzda puç olacaq, çünki həyatın sonu ölümdür. Gəl səssizliyə bürünək biraz Söndürək gözlərimizi, bağlıyaq qulaqlarımızı Bir neçə saatlığına sağollaşaq insanlarla. Pəncərəni bərk bağla, şəhərin səsi içəri daxil ola bilməsin Saatların da səsini kəs zənn edək ki, yoxdur zaman. Gəl , gəl indi sarıl mənə Qucaqla belimi birlikdə baxaq fotolara. Deyəsən təsəllimiz o olacaq Dur bir dənə də biz çəkək, gələcəkdəkilər üçün. Axı biz sabahları gözləyən varlıqlarıq Xəyallar qurub sabaha saxlayanlarıq. Biz yaratmaqdan daha çox sökməyi bacarırıq Öyrətmək həvəsi ilə yox, tənqid etmək ilə alışırıq. Bəziləri balıqların çəkilmələri üçün gözlədikləri qarmaq var Dənizin də yox oluşunu gözləyənlər var. Eh, nə isə çox danışdım Gəl, keçmişdən gələn fotolara baxaq Offlayaq , həyat bax budur deyək Nə edək bəlkə geriyə fotolardan başqa heçnə qoymayaq?!

"Zamanda gecikməmək”(hekayə)

Resim
-Emin Quliyev zəhmət olmasa ayağa qalx. Dekanlığa universitedi tərk etməklə bağlı ərizə yazmısan. Bunun səbəbini öyrənə bilərik? -Universitedə qəbul olanda, sənədləri gətirəndə mənə sual verməmişdilər niyə bu universitedə qəbul olmusan?! Ona görə də mənim fikrimcə  universitedi niyə tərk edirsən deyə sual verilməməlidir. Həmdə universiteddən çıxmağım fərdi məsəli daşıyır. Onu açıqlamaya bilərəm. Həmdə sizin üçün bir önəmi yoxdur. -Mən zamdekanam. Dekanın özüdə bu barədə səninlə danışacaq. Bizim üçün tələbənin seçimi önəmlidir. Ona görə də səndən cavab almaq istəyirdim. Dərsdə əlavə kitab oxuyub dekanlığa çağrılmağıva görə çıxırsan? -Qətiyyən ona görə yox. Mən onsuzda dərsdən kənar kitab indi də oxuyuram. Yəni sizlər mənə mane ola bilmərsiz bu barədə. Dekanın dediyi sözlərdə isə bir məna tapmadığıma görə bədii kitab oxumağa davam edirəm. -Bu barədə müzakirə etmiyəcəm səninlə. Tənəffüsdə dekanın otağına gəl...   Qəbul olarkən bu qədər əziyyət çəkməmişdim. Amma deyəs...