CEYHUN MƏMMƏDOV-RA-HAT-LIQ

 
  Qırmızı xətt çəkməliyik altından həmin sözün. Hər saniyə o sözü xatırlamaqdan çəkinməməliyik. Səhər yatağımızdan qalxdığımız zaman onu təşkil etməliyik. Biz niyə önəmli xüsusiyyətləri bəzən arxaya atırıq?! Bəlkə də sadəcə istəyib də, hərəkət etməyi sevmədiyimizdən ola bilməzmi?! O, təkcə hormonlarla əlaqə deyil. Bioloji olaraq təmin edə bilirik onu. Amma hardadır bizim təkan verməyimiz?! Beş hərifli sözdür, ancaq bəzən nədənsə xatırlamağa çalışmırıq onu. Başqa bir vasitələrlə əvəzləyirik. Lakin, özünü götürüb sadalasaq necə də gözəl səsləndiyini hiss edə biləcəyik. Ra-hat-lıq! Ruhumuzun, bədənimizin dincəlməsi üçün önəmli xüsusiyyətdir. Onu nələr alır əlimizdən?! Və yaxudda kimlər?! Səbəbkar hardadır?! Çox bəsit cavab verə bilərəm. Güzgüdəki adamdır. Hər gün üzünü yuyarkən güzgüdən sənə baxan həmin o şəxsdir. Bizə mürəkkəb bir şeylər lazım deyil, əslində. Daha bəsit, sadə kadrlar gözümüzün qarşısına gətirməliyik. Məsələn: Yann Tiersen musiqilərində sadə şəkildə notları ilə nələrisə izah etməyə çalışdığı kimi. O, onun rahatlığıdır. Və bizim üçün də rahatlığı təmin edir. Dinləyərkən yorulmağa icazə vermir. Bax belə olmalıdır özümüzü sadəliyə doğru yönəltmək. Heç zaman gec olmadığına inanmalısan. Mürəkkəblikdə rahatlıq mövcud deyildir.
  Amelia, o bəs nə etməyə çalışırdı?! İnsanlara yardım edərək daxili aləmini rahatladırdı. Məncə hiss etmisiniz. Birinə yardım edərkən onun verdiyi rahatlıq hissi. Sanki, çiyinlərinizdən böyük bir yükü götürüblər. Göylərə uçacağınızı hiss etmiş olursunuz. Ra-hat-lıq, bax budur. Uçmağa doğru yönəlmək. Amelia sevgi axtarışına çıxmamışdı. Ancaq qarşısına çıxan sevgidən imtina etmədi. Bunu belə qələmə vermək olar. Rahatlığa yox demək ayıb olardı. Sevgi nə qədər bioloji bir hiss olsa da, yenə də enerji mənbəyinə çevrilə bilir. Göylərdə uçuram, ağırlıq hiss etmirəm sinəmdə dedinsə deməli rahatlığın təmin olunubdur. Amma bunu sevgi etmir, əslində. Onu qarşındaki şəxs etmiş olur. Sevgi müqəddəs deyil, müqəddəs olan sevdiyin şəxsdir. Tamam... Aranızda nə zamansa mübahisə olarsa və rahatlığınız yenə də pozulmazsa, bu o deməkdir ki, siz sadəcə zarafatlaşırdınız. Mürəkkəbliyə çevirməyin. Əgər özünü narahat hiss etmədinsə onda mübahisələrə sadə şəkildə bax, gülümsə məsələn. Onda düzgün seçim etdiyini görəcəksən.
  Amelia, filmin daxilində çox danışmaq yerinə çox izləməyi deyəsən sevirdi. Kənardan xəyallar quraraq o şəxsi izləyirdi. Bəlkə də bilirdi ki, nə zamansa rahatlıq özü onun qapısına gələcəkdir.
  Müxtəlif vasitələrlə rahatlığınızı təmin edə bilərsiniz. Amma öncə bu sözü sadalayıb onu dərindən hiss etmək gücünə sahib olmalısınız. “Amelia” filmində deyildiyi kimi: Həyat heç vaxt səhnələşmiyəcək bir oyunun sonsuz təkrarından ibarətdir.
  Unutmayın, bəzən bəzi vasitələr təkrar qalmalıdır.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür