CEYHUN MƏMMƏDOV-ÇAY VARMI ÇAY?!

  
  Niyə çox yalnızıq?! Kafka haqqsızmı idi?! Yox deyəcək qədər səhv edə bilmərəm. Demişdi ki, “Mənim yalnızlığım insanlarla doludur”. Bəlkə də cümləni saatlarca təhlil etmək olar. Bilirəm, ətrafımızda çox insanlar var. Halbuki, bilinməyən bir saatda özümüzü yalnız hiss etməyə başlayırıq. Və zamanın qollarında özümüzə sarılırıq. Gözümüzün qabağına elə xatirələr gəlir ki, sanki dünyanın mərkəzində təkliyə məhkum olmuşuq. Beynimizin daxilində yerləşən “Hipokampus” bəzən çox acı verici xatirələri yada salır. Xəyali görüntü gözünün qabağına dikəlmiş olur. Nə qaça bilirsən nə də ki, onu silmək gücündə olursan. Bu da beynin sənə təqdim etdiyi özəllik. Ancaq qorxma yad birisi deyil. Beynin işləmə sistemini öyrəndikcə qəribə bir hala düşürsən. Lakin, onu qəbul etməyi bacarmaq gücündəsən. İnanmıram ziyanımıza işləyəcək bir işlər görmüş olsun. Niyə vecsiz ola bilmirsən tam şəkildə?!
  Səmimi olmağa çalışırıq, dürüstlüyə söykənmişik. Amma gəl gör ki, bu qarşı tərəf üçün yararlı olmur, bəzən. Səni təbii olaraq qəbul etmək gücünə malik olmur bütün insanlar. Filmlər izləyirik, kitablar oxuyuruq və ordakı müsbət səhnələri görərkən dünyada da belə bir xüsusiyyətlərin daima olmasına inanmağa başlayırıq. Ordakılar da bu həyatda reallaşır. Amma qısa müddətlik olur. Ancaq özümüzü aldatmaqdan başqa bir işə yaramır bu fənnimiz. Deyəsən öyrəşirik yavaş-yavaş pis xüsusiyyətləri görməyə. Bəlkə də elə bir dövr gələcək ki, cinayətlərə belə reaksiya verməyə halımız olmayacaqdır. Dünyanı diri vəziyyətdə sağlamağa çalışmamalıyıq. Ona görə ki, o onsuzda nəfəs alacaq vəziyyətdədir. Biz insanlığa nəfəs verməliyik. Mən çox inanmaq istəyərdim ki, “Leyla ile Mecnun” serialındakı o şirin məhlələrdən biri indi də mövcud olmuş olsun. Absurd komediya idi. Amma fəlsəfəyə də, elmə də müəyyən qədər giriş mövcud olmuşdu. İsmail abi kimi qəlb sindromuna yaxalansaq güvənə biləcəyimiz, dərdimizi danışacağımız səmimi bir insan həqiqətən üzdə olarmı?! Abi, buralar söküldü çoxdan. Bir “Erdal Bakkal” kimi səmimi dükan yoxdursa ora daxil olanların 100-də 75% səmimi insanlar olmayacaqdır. Böyük, modern dükanların əvəzinə kiçik  bakkalı üstün görürəm. Çünki yanından keçərkən qanımız isinməlidir. Önəmli olan çox ərzaq almaq deyildi. Əsas məsələ daha çox səmimi ünsiyyətdə olub mənəviyyatımızı doydurmaq idi. Dükana daxil olarkən satıcının üzündən zəhrimar yağırsa, nəyə lazımdır axı o cür səmiməyətsiz dükan. Ona görədir üzərimizdəki yalnızlıq. Ortamın səmimiliyi pozulduqca öz üzərimizdəki üzə saxta üzlər geyindiririk. Ya çox pul qazanmaq üçün ya da ki, alqışlanmaq dərdi ilə yanırıq. Yalnızlığı sevmirik, sadəcə özümüzə məcburən sevdirməyə çalışırıq. Çünki yalnızlığımız insanlarla doludur. Baxma statistik göstəricilərə. Onlar sadəcə siyasətçilərə lazım olan dərs planı kimi bir şeydir.
  Daha çox bir-birimiz ilə üz-üzə söhbət edə bilərik. Mən simit alaram, sən isə çay sifariş edərsən. Musiqi zövqlərimizi yoxlayarıq. Hamının dilində olan zarafatlardan yox, daha çox fəlsəfi, özümüzə uyğun zaraflaşarıq. Lap unutmuşdum. Kitab oxuyarıq, söz oyunu oynayarıq. Daha yalnız olub gəminin gəlməsini gözləməməliyik. Hər gün eyni vaxtda uzaqlara əl sallamaq yorucu deyil də, amma nəfəs boğucudur. Gəl, biz sahildə əyləşib martılara simit ataq. Susasaq ordan abimizə səslənək. Daha, ey... Bura gəl, tez ol demiyək. Səmimi, gülüş dodağımızda olaraq, çay varmı çay? Söyləyək.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür