CEYHUN MƏMMƏDOV-GƏLİŞLƏRİNİN SƏBƏBİ ÖNƏMLİ İDİ

 
  Bu dünyaya niyə gəldilər?! Hər bir xüsusiyyətin səbəbi var. Özünü öldürərkən və yaxudda yaşadarkən belə səbəbi beynində gəzdirmiş olursan. Bəzən bunu üzə çıxartmaq gücündə olursan. Ancaq hərdən edə bilmirsən bu xüsusiyyəti. Lakin, yenə də heç nə səbəbsiz deyildir fikrini unutma. Tamam... Onda niyə bu dünyaya gəldilər?!
  Düşünsənə, bilinməyən bir vaxtda 12 dənə fərqli məkana enirlər və oralardaca gözləyirlər. Səhər yuxudan qalxırsınız, bəziləriniz işə bəziləriniz isə dərsə getmək üçün tələsirsiniz. Hələ heç bir səs-soraq mediyadan sizə gəlib çıxmayıbdır. İşinizə və yaxudda dərsinizə rahat şəkildə, özünüzə güvənən vəziyyətdə gedirsiniz. Qonaqların gəldiyindən xəbəriniz olmadan ünvanınıza çatırsınız. Bu gündə həmişəki kimi vaxtın eyni şəraitdə keçəcəyinə əminsiniz. Amma birdən həyəcan siqnalı çalır. Nə baş verdiyini hələ dərk etmirsiniz. İnsanlar iş yerlərini, məktəblərini tərk etməlidir deyə bir bildiriş alırsınız. Elə bu an qonaqların gəlməsi ilə bağlı videoları mediadan görürsünüz. Başa düşürsünüz ki, bu təlaş naməlum bir obyektin dünyaya gəlməsi ilə bağlıdır. Hamı bir-bir tələsməyə başlayırlar. Bu özünü qorumaq instinktidir bir növ. Hə, elədir. Qaçaraq, qonaqların sizə ziyan verməsindən qurtulmağa çalışırsınız. Halbuki, dünyaya niyə gəldikləri ilə bağlı bir fikriniz yoxdur. Onlar, eləcə orda boş-boş dayanıblar. Nə atəş açırlar nə də ki, insanları oğurlamış olurlar. Bəs indi biz neyləməliyik?! Onlarla ünsiyyətə keçmək məcburiyyətindəyik. Axı, bizə çox maraqlı gələcəkdir ki, onlar nə etməyə çalışırlar. Amma yaxşı olardı ki, ünsiyyətdən qabaq fanatizimə yönəli olmayaq. Lakin, bilirəm bu mümkün olmayacaqdır. Bəzi insanlar mütləq şəkildə müəyyən xüsusiyyətləri status olaraq qonaqların üzərinə geyindirəcəklər. Ən önəmli faktoru kənarı qoyub yalanla oynamamalıyıq. Vacib olan dillərini öyrənməliyik. Ya da ki, “Arrival” filmində olduğu kimi öz dilimizin xüsusiyyətində sözləri öyrətməyə başlamalıyıq. Və sonra görəcəyik ki, onların dili ilə artıq danışırıq. Filmdə bir “Osminoq” adı verilən dil yaradılır. Bəs niyə belə adlandırılır?! Çünki, onlar bir osminoqa bənzədilmiş olurlar. Xüsusi işarələr ilə danışırlar. Onların gəlişini anlamaq üçün sadəcə o işarələri öyrənmək tələb olunurdu. Bəs onların gəlişini öyrənə bildilərmi?!
  Silah! Onlar silah təklif edirdilər. Bilirəm, insanın beyninə ancaq alət yada düşmüş olur. Hər hansısa silah aləti. Amma onlar silah deyərək aləti nəzərdə tutmurdular. Bunu hər kəs anlamadı. Ancaq baş qəhramanımıza bu silah artıq yoluxmuşdu, onlar tərəfindən. Sonradan anlaması nələri dəyişə bilərdi?! Keçmişi?! Yoxsa gələcəyi?! Ya da ki, onların toplamından çıxan indiki zamanı?!
  Film başlayan kimi artıq hekayənin sonunu izləmiş olursunuz. Və belə bir silahın olması sıxıcı dərəcəli adlandırıla bilərmi?! Həyatınızdakı gələcək anları görə bilirsiniz bu silah vasitəsi ilə. İndiki zamanın mərkəzində hekayənizin sonunu izləmiş olursunuz. Məncə çox sıxıcı olardı. “Arrival” filmi fərqli bir atmosferə malikdir. Musiqi ilə gərgin vəziyyətə düşürsünüz. Filmin sonunda isə düşünmək, beyninizi daha çox işlətmək aurasına sahib olursunuz, həmin an. Film daha çox dilin nə qədər önəmli bir xüsusiyyətə malik olduğunu çatdırmağa çalışır. Bir şeyləri öyrənmək istəyirsənsə onda sual verməyi bacarmalısan. Əgər qarşındakı sənin dilini bilmirsə, o zaman ona özünə məxsus dilin ilə sözlər öyrətməlisən. Çünki, səbəbi bilməyin çox vacib amil olur. Ona öyrətdikcə bir də görürsən ki, onun özünə məxsus olan dili sən artıq öyrənməli olursan. Ona görə ki, vaxt azalır və beynini gəmirən sualın vacibliyi ön sıralardan düşmür. Onun üçün cavabı tapmağa tələsirsən. Sual nə qədər bəsit olsa da cavabı heç zaman mürəkkəbləşdirməyə çalışma.
  Dili bir silah halında təqdim edir film bizə. Və bu silahı işlədərkən nələrin dəyişəcəyi göz önündə olur. “Arrival” filmində deyildiyi kimi: Dil sivilizasiyanın təməlidir. İnsanları bir arada tutan bir növ yapışqan və çatışma əsnasında çəkilən ilk silahdır.

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür