Ceyhun Məmmədov-Felina yoxsa Fe, Li, Na?!

  Göy?! Yoxsa sarı?! Ya da bənövşəyi də ola bilər. Qırmızı rəngin də özünə məxsus aurası var. Sarıya çox baxanda göz qamaşdırsa da yenə də cazibəli rəngdir. Hansını seçək görəsən?! Bəlkə hər bir rəngdən müəyyən qədər istifadə edək?! Hətta rəngsiz olan hissələrdən də istifadə etmiş olarıq. Hə... Məncə bir çox rənglərdən ayrı-ayrılıqda əlavə edə bilərik.
  Gözlər dalğaları qəbul edib beyinə ötürür. Beyin də bizə müxtəlif rəngdə olan cismlər təqdim edir. Hansı ki, bu rənglər həyatımızda xüsusi rollara sahib olan bir vasitələrdir. Hətta insanlar 3 hissəyə ayrılır rənglər baxımından. Bunu filmlərə, seriallara görə demiş oluram. Deməli, 1-ci hissə ancaq rəngsiz filmləri sevənlərdir. 2-ci hissə isə həm rəngli həm də ki, rəngsiz filmlərə baxmağı sevən şəxslərdir. Sonuncu, 3-cü hissə də isə ancaq rəngli filmləri sevib rəngsiz filmlərə başları ilə yox işarəsini göstərən insanlardır. Bu qədər bizim üçün xüsusi yerdə dayanan bu rənglər bir səbəbi daşıyırlarmı?! Əlbəttə hər birinin bir səbəbi vardır. Amma daha onu bilmirəm ki, bütün rejissorlar səbəbi düşünərək filmlərində, seriallarında rənglərdən xüsusi göndərmələr edərək istifadə edirlər yoxsa, yox?! Ancaq onu bilirəm ki, Vince Gilligan tərəfindən hazırlanmış serialda rənglərin istifadəsi müxtəlif səbəblərə dayanıbdır. Rənglərə xüsusi olaraq diqqət edən rejissor bununla bir çox göndərmələr edibdir. Bu barədə daha ətraflı bilgi əldə etmək istəyirsinizsə onda özünüzü biraz əziyyətə verməlisiniz. Mən başqa məlumatlar ilə sizi cəzb etməyə çalışacam. Yaxşı... Bu qədər yazdım və siz də oxudunuz. Amma mən hələ də bu serialın adını yazmamışam. Məncə daha tam vaxtıdır.
  Söhbət, şedevr kategoriyasına daxil olacaq seriallardan biri olan "Breaking Bad" serialından gedir. Bu serial Vince Gilligan tərəfindən hazırlanmış ABŞ dram televiziya serialıdır. İlk bölümün yayımlanma tarixi 20 yanvar 2008-ci ildir. Beş sezondan ibarətdir. Son bölümün yayımlanması isə 29 sentyabr idi. Final bölümünün adı çox cəzb edici və fikir göndərmə xüsusiyyətinə malikdir. Adamlar bunu keyfiyyətli şəkildə düşünmüşdülər. Beləliklə, serialın final bölümünün adı "Felina" idi. Düşünə bilərsiniz ki, burda təəccüblü olan nədir ki?! Təəccüblü hissəsi sözü tələffüz etdiyinizdə Mendeleyev cədvəlindəki 3 dənə formul üzə çıxırdı. Hələ bu azmış kimi o formulların içində fikir gizlənmişdir. Deməli Fe-qanı təmsil edən, Li-methi(narkotikin bir növüdür), Na-göz yaşını bildirmiş olurdu. Bu seriala şiddətlə baxmağınızı tövsiyyə edirəm. Çünki bir neçə həftə dadı damağınızdan getməyəcəkdir. Kimyaya həvəsi olan şəxslər isə elə bu gündən bu serialı izləməlidirlər. Amma metamfetamini durub qətiyyən bişirməyin.
  Həyatda narkotik məhsullarını hazırlayan bəzi şəxslər bu serialdan ilham alaraq, öz hazırladıqları məhsula göy rəng qatmaq qərarına gəlmişdilər. Hətta ərinməyib bunu ediblər də. Ancaq bunu bişirərək etməyiblər. Çünki, bişirərkən göy rəngini əslində əldə etmək olmur. Sonradan rəng qataraq istədiyiniz rəngi əldə etmək mümkündür. Serialda, senaryonun yazılışına görə bişirilərək göy rəngdə meth əldə etmək olurdu. Ancaq o proseslə həyatda alınmır. Və bu arada serialda göy rəngdə gördüyünüz narkotik, əslində akide şəkəri idi.
  Bir digər nüans da daha çox diqqətə çəkilmiş olur. Jesse Pinkman xarakteri ilə bütün bölümlərdə görünən, “Bitch” sözünü özünə məxsus şəkildə işlədən, Aaron Paul heç bir aktyorluq dərsi almayan şəxs olaraq diqqət mərkəzində idi. O və bir də Walter White xarakterini canlandıran Bryan Cranston, serialın bütün bölümlərində görülən yeganə 2 şəxs oldular. Bilirəm, Aaron Paulu demişdim ancaq Bryan’ı bildirməmişdim.
  Bütün bölüm ərzindən ölən insanların sayısı da az olmayıb bunu da xüsusi olaraq vurğulayaq. 270 insan serialın daxilində, senaryoya görə ölürlər.
  Daha bir maraqlı bilgini sizlərə ötürmək istəyirəm. “Game of Thrones” serialının yazarı, George R.R. Martin, 5-ci sezonun 14-cü bölümünü izlədikdən sonra “Westeros’da Walter White qədər canavar bir xarakter yoxdur, bunun üzərində çalışacam deyərək sonrakı kitabları üçün serialdan ilham aldığını bildirmiş olur. Aha... Hələ də bu “Breaking Bad” serialına baxmayanlar artıq çox həyacanlandıqlarına əminəm. Walter White’ın necə bir canavar xüsusiyyətinə malik olduğunu bilmək istəyənlər məncə artıq çoxdan onu izləməyə getməlisiniz. Bu arada müəyyən bölümlərdə Walter White’ın daxili paltarını görmüş olacaqsınız. Baxın, həmin daxili paltar yəni türklər demişkən alt çamaşırı, külodu 2013-cü ildə hərrac ilə 9900 dollara satılır. İndi isə gedib izləyə bilərsiniz. Cazibəli meksika mahnıları ilə də qarşılaşacaqsınız, dedim biləsiniz. Birdən aranızda meksika mahnılarını sevənlər olar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür