Ceyhun Məmmədov-Periodik
+Niyə belə bir şey düşünürsən ki, Zero?
-Dincəlirəm. Özümü aldatdığım zaman
yorğunluğum azalır. Doğrular bəzən yorur adamı. Bir sual verim sənə. Gündə neçə
dəfə dərindən off... hissini çölə çıxardırsan?
+Çox olur. Bilmirəm dəqiq, saymıram. İnsanın
daxilində sıxıntı olanda rəqəmlər elə də önəmli rol oynamır.
-Bəzən, beş-altı insan tərəfindən döyülmək istəyirəm.
Sarsıntı keçirib, dünyanın rənglərini dəyişmiş halda görə bilərəm deyə düşünürəm.
Ya da beynimə elə bir zərbə vurarlar ki, “Limbik Sistemim” zədələnər və mən müəyyən
qədər hissizləşərəm.
+Əgər belə bir şey mümkün olsaydı onda səndən
qabaq mən özümü döydürərdim.
-Bilirəm, mümkün deyil. Amma daş qəlbli olmaq,
hissizləşmək məncə gözəl bir xüsusiyyətdir. Daha rahat nəfəs alacaqsan, həyat
sadə bir hala çevriləcəkdir. Heç nəyi hiss etməməyin nəyi pisdir ki?!
+Pis deyil. Bəlkə də ölümün formulu belədir?!
-Yenə eyni xüsusiyyətlərdən danışdıq Sofi. Günəş
pəncərəmizə sataşan zaman səhər olacaqdır. Və nələrinsə dəyişdiyini yenə görməyəcəyik.
Mövcud oluruq hər səhərdə. Amma sanki periodik bir həyat yaşayırıq hər gün
içində. Belə olmasından o, qədər sıxıldım ki, insanın lap daxilindən Tanrılıqla,
Şeytanlıqla məşğul olmağı gəlir. Məncə onların hər ikisi çox hissizdirlər.
+Ola bilər Zero... Ola bilər...
Yorumlar
Yorum Gönder