Dərdi sevə bilmədikləri
üçün insanlar bədbəxt olurlar. Halbuki, bir yemək kimi təsəvvür etmək lazımdır.
Fikir versək, dərd gəldiyi zaman bizi mənəvi olaraq doydurub sonra çıxır gedir.
Və elə bir hiss daxilimizdə yaranır ki, sanki dərdlər heç gəlməyiblər yanımıza.
Əslində zamanla hər şey adiləşir. Uşaqlıqda da belə idik. Bir topumuz olduğu
zaman bezənə qədər oynayardıq. Sonra sıxılan an kənara atıb oynamırdıq topla.
Gözəl bir hissdən adi bir hissə keçiddə olurduq. Təqvimlər dəyişdikcə, biz
böyüdükcə yenə də periodik yaşadığımız anlar zamanla adiləşir. Sevgi də buna
daxildir. Biri ilə münasibətdə olduğun müddətdə, əgər aranızda bir yenilik
yoxdursa, elə təkrarən bir münasibətiniz varsa, burda o zaman sevgi adiləşir, bəsitləşmiş
olur.
Təkrarçılıq yorur insanı. Yorulmağımızın əsas
səbəbi budur. Ona görə də dərdləri qəbul etməliyik. Onların ölümümüzə qədər
olacaqlarını bilməliyik. Sadəcə arada gedib-gələcəklər. Bunun üçün də onları
çox sevməliyik. Nə bilim, deyəsən sarılıb, öpməliyik onları. Bəsit bir hala gətirməliyik.
Təkrar-təkrar eyni münasibəti onlara bəxş etməyi bacarmalıyıq. Sonra onlar
yorulacaqlar, bezəcəklər. Və verdikləri əzab sadə bir hal alacaqdır. Öyrəşmək
üçün onları sevmək lazımdır. Çünki, onlar heç zaman əbədi olaraq getməyəcəklər.
Ona görə də bir gülümsəmə və bir öpücük qondur dərdlərinə.
Yorumlar
Yorum Gönder