Kayıtlar

Şubat, 2017 tarihine ait yayınlar gösteriliyor

Ceyhun Məmmədov-Tanrının notları

Resim
     Çantanın içinə sonlarda qalmış ümüdləri toplamaq lazımdır. Musiqi dərmanlarından isə bir-neçə dənəsini özünlə götürürsən ki, kənar səsləri eşitməyəsən. Zamanı isə nəyinki çantama, heç cibimə belə qoymaram. Bakı, zəhləm gedir saatların məni oyatmasından. Nifrət edirəm, sevgililəri ayırmasından. Elə həmçinin də zəhləm gedir pul qazandırmasından.   Getmək istər insan. Kimisi bilmədiyi yerə, kimisi isə ovucunun içinə yazdığı ünvana tələsər. Amma getmək istər, gec olmadan. Bəziləri dənizi sevər. Ordan kiminsə gələcəyini gecə və gündüz gözləmiş olar. Amma hamı gözləməz. Müəyyən şəxslər gəmiyə minər və çox uzaqlara gedərlər. Hardadır o, uzaqlıq?! Nədir o elə?! Niyə bu qədər onu çox sevirik?! Uzaqlıq… Uzaqlıq… Uzaqlıq… Elə özümüzük. Bizlər həm özümüzə yaxın, həm də uzaq varlıqlarıq. Səssizlik axtararkən sadə yollara əl ata bilərik. Deyəsən özümüzdən uzaqlaşmaqla. Bu sadə bir yoludur, amma dözülməzdir. İnsan özündən uzaqlaşmaq üçün heç nəyə əl atmaz. Halbuki, müd...

Ceyhun Məmmədov-Olmaq ya da ölmək

Resim
İnsan bir günəş olmaq istər Qara buludlara qalib gəlmək üçün. Sevgi olmaq istəyərsən Diləyin, yalnızlığı bir göz qırpımında öldürməkdir. Bəzən gecəyə dönməyi arzulayarsan Çünki o, gecə yarısında pəncərə qarşısındadır. Zamanın özü olmağı düşünərsən Saatları dayandırıb, insanların tələsmədiyini izləyərsən. Bir dənə yol olarsan Sırf hamı düzgünlüyü tapsın deyə, amma boş xəyallar. Silah olmağı arzulamaram Uşaqların ölmələri, dünyanın boğulmuş hala keçməsidir. Göyərçin olaram Qəfəs axtarmaq üçün yox, Dünyanı sülhə çevirmək olar tək diləyim. Bir kibrit olmaq istəyərəm Bütün saxta sənədləri yandırmaq üçün. Musiqi olmağı düşünürəm Kənar səsləri eşitməyim deyə. Sərnişinsiz bir qatar olmağı diləyərəm Buralardan çox uzağa, İnsanlar olmayan bir şəhərə gedib-qayıtmamaq üçün. Mən bir Tanrı da olmaq istərdim Bəlkə onda daha dərin başa düşərdim onu mən. Özün olmalısan, başqa insanlar qarışmasın sənə Toxunmasın sənə şeytanlar, azdırmasın səni dinlər....

Xoş gördük həkim-10-cu bölüm(Neyronlar)

Resim

İnsan varlığı güvənlidir?-9-cu bölüm(Neyronlar)

Resim

Ceyhun Məmmədov-Qapılar

Resim
     İndiki zamandayıq dostum. Keçmiş, arxa qapıların birində qaldı. Gələcək isə önümüzdə duran qapının arxasındadır. Amma deyəsən bu qapıları tez-tez açıb, içəri keçməklə yoruluruq. Qolumda bir saat yoxdur. Taxmaq istəmirəm biləklərimə zamanı. Yaşamaq istədiyimin fərqindəyəm. İntiharlar üçün heç bir səbəb yoxdur. Deməli bu hissədə şanslı insanam?! Bax dostum, önümdə duran qapıları açmaq deyəsən bezdirici hala çevrilir. Gələcək dediyimiz əslində özü gəlir. Yəni sənə demək istədiyim odur ki, zamana burax hər şeyi. O, önündəki qapı da zamanı gələndə özü açılacaq. Tələsirik, lənət olsun ki, çox tələsirik. Üstəlik, bəzən keçmişin qapılarını qurdalayırıq. Bəzən istəmədən qulpundan tutub açırıq. Dostum, bəs niyə o, qapıdan içəri daxil oluruq?! Nəyə lazımdır axı keçmiş qapıya əl vurmaq?! Yox... Mən deyəsən başa düşürəm. Biz insan varlıqları öz-özümüzə əzab verməyi sevirik. İki saat günün xoş getsə, qalan saatı cəhənnəm kimi yaşamağa sanki borclu olursan. Hey... Ordasan?! Sən...

Ceyhun Məmmədov-Boşluq

Resim
Bir qış , bir payız Bir yay, bir yaz Darıxmaq bütün fəsillərdə. Arxaya dönüb baxmaq Və görmək ki, Dəyişən sadəcə rəqəmlər, bu şəhərdə. Necə də gözəl yağardı Bakıya xatirələr Və səndən sonra Bir “yalnızlıq”, “darıxmaq” tikildi Şəhərin elə düz mərkəzinə. Və həmin günü Hər kəs sənə bənzədi, nədənsə. Yorulmaq, illərin gətirdiyi fəsillərdən Soyuq bir insana çevrilmək Güvəndikcə insan varlıqlarına. Bir boşluğu hiss etməyi diləmək Amma heç bir ölüm olmadan. Sənsizliyi unutmaq yalan Sadəcə öyrəşmək ən səmimi doğru. Göy üzündə milyonlarca sən Hər gecə əks olunmaq pəncərəmə. Səndən kiçik xatırlatmalar, Mənim öz-özümə olan yalanımı Hər zaman edir ifşa. Böyük bir boşluğu Diləmək üçün qəlbdən bir inam. Şəhərin ən hündür binasından Bağırmaq, bəlkə eşidərsən deyə. Sənə çatmaq üçün böyük bir xəyal qurmaq Və küçənin ortasında divarlara yalan atmaq. Verilən hər bir təsəllinin Olacaqdır , nə zamansa hər bir cavabı. Eyni şəhər,...

Ceyhun Məmmədov-Beşinci fəsil

Resim
     İçində bir fırtına qopar. Bu bəzən çox səssiz hərəkət edər. Səssizliyin səni necə öldürür deyə bir film kimi izləmək şansın olar. Halbuki, bu filmdə təkcə rol alan sənsən. Öz filmindir istədiyin kimi oyna. Amma ki, gəldimi o, fəsil?! Qurtuluşu uzun çəkər. Bəlkə də heç zaman getməz. Çox gülməli və qəribə bir haldır. Tanımadığın bir yalnızlıq sənə bulaşır. Filmin janrı tragikomediyadır. Gülməyin belə yalnızlıq qoxar. Yalnızlığını belə bölüşmək istəyərsən. Məsələn: Tanımadığın qıza isti bir kofe içməyi təklif edərək. Ya da ki, kitab oxumaq üçün çağırarsan. Sənə baxmırsa deməli o, hələ sənin fikrini səhv başa düşür. Deyə də bilmərsən ki, yalnızlığımı bölüşmək istəyirəm. Anlamırsa, boş ver getsin. Deməli həmin şəxs yalnızlıq fəslində üşüməyib.   Sanki sərhədi olmayan bir səssizlik çöküb daxilinə. Qurtarmayacağını düşünürsən. Bir səs axtarırsan. Ya da özün vəhşicəsinə bağırmağa başlayırsan. Ən yaxşı üsul dəniz kənarına qaçıb, sahil kənarında  bağırmaqdır. E...

Ceyhun Məmmədov-Əyləş və dincəl

Resim
  Axtarmaq yorur insanı. Tez yaşamaq heç nəyə dəymir. Sürətli yaşam sürən insanların, ölərkən peşman olacaqlarına şüphəm yoxdur. Axı nə qədər olar bu həyatda axtarmaq. Xoşbəxtliyi, kədəri axtarmaq və sonra onu taparkən, ovuclarından bir anda sürüşüb düşməsini izləmək. Həmin zaman güzgüyə baxıb, sadəcə özünə gülmək lazımdır. İnanma, kimlər xoşbəxtlikdən və ya kədərdən danışırsa inanma. Dinlə, hörmətsizlik olmasın deyə. Amma qətiyyən inanma. Çünki daimi bir xoşbəxtlik yoxdur. Kədər də elədir. Onlar öz yerlərini dəyişərək gəlib-gedirlər. Hətta intihar belə etmiş olurlar. Ancaq ikisi də ölə bilmirlər. Elə ona görə də xoşbəxtlik və kədər gəlib-gedərək bizlərə əzab verirlər. Öz aralarında yerlərini dəyişərək bizə hər zaman əzab verəcəklər. Ona görə də axtarma. Bu həyatda daimi heç nə yoxdur.   Düzdür, yorulduğumu hiss edirəm. Razıyam səninlə. Bunlar çox insanlarda olur. Amma bu da keçir, hər şey keçib getdiyi kimi. Və yaxud da insanların arxaya dönüb getməsi kimi. Qəribədir...

Tanrının Pıçıltısı(Short film)

Resim