“Sevgi özü tapır insanı”
Qayğısını çəkərək birini sevmək lazımdır. Amma, axtarmaq ilə deyil.
Axtarsanda tapa bilmərsən saf sevgini. Özü tapmalıdır səni, heç bilmədiyin
vaxtda, məsələn parkın bir skamyasında əyləşmiş şəkildə tapmalıdır səni,
deməlidir ki, mən gəldim, bax bu mənəm sevgi, qarşında dayanmışam. Biri sənin
gözlərivə baxmalıdır və ya sən onun gözlərinin dibinə qədər enməlisən. Ağlayan
buludlara baxmalısız, yağış damlaları altında gəzib, o üşüyən zaman, sən
pencəyivi çıxardıb ona verməlisən. Onun Saçları üzünə töküləndə, sən öz əllərin ilə onları
daramalısan. Həmin dəqiqə üzərindən sevgi qoxusu gəlməlidir. Əllərindən
tutmalısan, çünki onun üzərinə də sevgi qoxusunu yaymalısan . Biraz kədərlənə
bilərsiz. O, hətta sevincindən ağlaya bilər. Sən onun göz yaşlarını ovuclarına
toplaya biləcək qədər sevməlisən. Onunla biraz rəqs etməlisən. Rəqs etdiyin
zaman, qulağına "səni sevirəm" deyə pıçıldamalısan...
Yorumlar
Yorum Gönder