"Beş hərif"
Bir iki mötərizə əvəz edir gülüşləri
Deyəsən yavaş-yavaş unudulur, gülüş səsləri.
Daha çətindir ağlamaq, sevincli fəsillərdə
Üşüsən, bil ki, kədər fəslidir.
Heç sıxılmadın çox sevməkdən?!
Gəl biraz dalaşaq, sözləri ataq bir-birimizə.
Sən əsəbləş, mən çıxım gedim, ya da əksinə edək
Eh fərqi nədir,
Onsuzda ikimizdən də ayrılıq qoxusu gələcək.
Yandırıram vərəqlərimi, bezdim o beş hərfli sözdən
İstəyirsən götür geyin əynivə yazılı kağızlarımı
Amma unutma, yağış damlası altında islanacaqsan...

Yorumlar
Yorum Gönder