Ceyhun Məmmədov-"On dört saat"(hekayə)
Mən səni
eyni dayanacaqlarda gözlədim. Yağışda, qarda
eyni dəqiqələrdə səni gözləyirdim. Mən necə təsəvvürlər etdim, səni yenidən
görmək ümüdü ilə alışıb yandım. Gözlərində o dəfə ki, kimi itmək istəyirəm, sənə
qarışıb saçlarını qoxlamaq istəyirəm...
Heç
havanın vəziyyətinə fikir vermirdim. Çünki fərq etmirdi mənə, gecə və gündüz
gözləyirdim səni. Arada acırdım, mağazaya girib bulka ilə qarnımı doydururdum.
Bəzən düşünürdüm ki, zamanı geri qaytarmaq olsaydı yenidən səni bu dayanacaqda
görərdim. Sevgi bilmədiyin anda gəlib səni tapır. Heç gözləmədiyin vaxtda, məkanada
fikir vermədən sənin qarşında dayanır. Onsuzda mən axtarmırdım sevgini, özü məni
tapacaq ümüdü ilə gəzirdim küçələri. Elə təsadüfən bir qış axşamı tapdı məni.
Çox gözəl görsənirdi. Əynində qara kurtka, boynunda qırmızı şərf və əlləri
qırmızı əlcək ilə örtülmüşdü. Saçları çox gözəl idi. Səliqəli şəkildə arxaya
daranmışdı. Möhtəşəm bir gülüşü ilə ovsunladı məni. Kaş gec gələrdi avtobus. Lənət
olsun, həmin an sözlərimi bir-bir geriyə udqunmağa məcbur oldum. Yarımçıq
qaldım, yuxusuzluğuma səbəb oldun. Xəyallarım genişləndi, hər gecə səni bir
film kimi izləyirəm beynimdə. Artıq uzun zamandır ki, həmin dayanacağa gedib gəlirəm.
İyirmi dört saatın, on dört saatı səni gözləməyə həsr olunur. Ancaq yatmağa
gedirəm evə, ya da ki, səni xəyallarımda izləməyə gedirəm. Səni dayanacaqda,
qara kostyumum ilə hər dəfə gözləyirəm. Gəlişin üçün çox darıxıram, inan ki, gəldiyi
an səni qollarım ilə sarımaq istəyirəm. Bilirəm, məni sadəcə beş dəqiqəlik izlədin,
amma o baxışlar məni on dört saatlıq gözləməyə vadar etdilər. Hərdən düşünürəm
ki, görəsən səsin necədir. Lap elə sənin səssizliyin üçün darıxmışam. Adıvı öyrənə
bilmədim. Eybi yox gəldiyin gün səni sevgi deyə çağıracam...
Yenə
bu səhər çayımın içinə kədər qatırdım. Kədərli çayımı içdikdən sonra,
dayanacağa yollanacaqdım. Səni səssiz gözləyirdim, ancaq gəlişivin səsli
olmasını istəyirdim. Soyuq bir fəsil yaratdın mənim üçün, gecələr üşüyürəm.
Beynimdə səninlə bağlı olan xəyallarım isidirdi məni. Bu gün günəş var, ağlayan
buludlar yoxdur. Günəşdə qəribə görsənirdi mənə, amma sənin saçların külək ilə
rəqs edəndə anladım ki, qəribə olan mənəm. Bu gün tez gəldin, çünki on dört
saat hələ tamam olmamışdı. Sevgi deyə qışqırmaq istədim, ancaq öz səsimi eşitə
bilmirdim. Əllərimi açıb, sənin yanıva qaçmaq istədim, amma ayaqlarım getmirdi.
Qəribə bir səs eşitdim, burda yatmaq olmaz deyə polis oyandırdı məni. Gözlərim
ilə səni axtardım, yuxu olmasın deyə öz-özümə pıçıldamağa başladım...
Bəzən
düşünürəm ki, bəlkə də səssiz sevmək gözəldir. Amma sonra düşünürəm ki, axı mən
ona toxunmaq istəyirəm. Hətta o ağlayanda yanında olub ovuclarım ilə göz
yaşlarını toplamaq istəyi keçir içimdən. Saçlarını əllərim ilə daramaq, dizlərinin
üzərində yataraq günəşi qarşılamaq istəyirəm. Yox ee yox mən ona toxunmalıyam, qollarım
ilə onu sarıyıb, gözlərim ilə sevdiyimi ona deməliyəm. Kaş indi yanımda olardın,
çünki bu gün mənim ad günümdür. Kasıb olsamda, dükandan balaca bir tort almağa
pulum çatdı. Bax aşkım, bu şamı sənin üçün üfürürəm. Daynacaqda məndən başqa
heç kim yoxdur. Nə olar qaçaraq gəl gözlərimi bağla. Bilirəm qəribədir xəyallarım,
tanımayan bir insanın gözlərini necə bağlayacaqsan. Amma mən beş dəqiqəlik sənə
baxmaqla, o gündən sonra, on dört saatımı səni gözləməyə ayırdım...
Bəlkə
də təsadüf deyilən bir şey yoxdur, bəlkə də var nə bilim. Sevgi bəzən insanı
yora bilər, hətta bəzən ağladıb, güldürə bilər. Mən hər şeyə hazır idim bu səhərdə.
Bu gün sənə bir gül almaq içimdən keçdi. Bəlkə gələrsən dayanacağa, məni görərsən
deyə bu dəfə gül dəstələri ilə səni dayanacaqda gözləməyə başladım. Zaman hər
zaman axır, onu saxlamaq mümkün deyil. Qolumdaki saatın əqrəbləri sənin üçün
işləyir. İlk gördüyüm andan bəri səni gözləyirəm gülüm. Niyə o gündən sonra gəlmirsən
deyə öz-özüm ilə yenə də danışmağa başladım. Nənəm demişdi ki, sevirsənsə və o
sevgini gözləməyə bacarırsansa o mütləq sənin yanıva gələcək. Nənəm haqqlı idi.
Başımı aşağı əyərək oturaqlı vəziyyətdə şalvarımı təmizləyirdim. Niyə sən belə
tərssən, mən yola baxdığım zaman görsənmirsən. Yaxşı ki, başımı tez qaldırdım və
səni avtobusa minərkən görə bildim. Bu dəfə səni itirə bilməzdim. Güllərivi əlimdə
bərk-bərk saxlayaraq sənin dalınca qaçdım. Yetişəcəm sənə sevgi deyə qışqırmağa
başladım. Yəqin ki, sürücü anladı məni və insafa gəlib avtobusu saxladı. İçəri
daxil olan kimi, gözlərim səni axtardı. Təngə nəfəs olmuşdum, ancaq bu gülləri
sənə vermək üçün nəfəsimi tükətməyə belə hazır idim. Necə də gözəl gülürsən,
bilmirəm gülləri bəyəndin yoxsa məni. İnan ki, ilk dəfədir tanımadığım bir
qadına gül verirəm. Gülümsə hər zaman, məndə çox xoşbəxtəm, aylarımı on dört
saatlıq sənə həsr etdim. Bilirsən heç çəkinmədim sənə yaxınlaşdığım zaman. Utanmadan
adımı özüm dedim sənə, sənin adıvı soruşa bilmədim. Çünki sən gülürdün, məndə sənin
gülüşüvə həvəslə baxaraq suallarımı unutdum. Eybi yoxdur, adıvı zamanla bilərəm.
İndi mən yalnız sənin gülüşüvü izləmək istəyirəm...
Sevgi
qayğıdır, saatıvı onun üçün ayırmaqdır. İndi əmin oldum ki, saatlarım
boş-boşuna keçmədi. Çünki sən mənə qayğı göstərərək,
saatlarımı qaytardın...
Yorumlar
Yorum Gönder