Kayıtlar
Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor
Ceyhun Məmmədov-Yarımçıq Saxlama
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Məsələn: Nə olursa-olsun yarımçıq saxlamayın. Ünsiyyət zamanı belə demək istədiyiniz cümləni sabaha saxlamağa çalışmayın. Elə zamanında nöqtələri qoyun. Vergüllər hər zaman yaxşı olmur. Nidalara toxunmayın. Deyəsən önəmli olan suallar idi. Hə… hə, suallar çox önəmli idi. Həm özünü düşündürməyə həm də ki, qarşındakı insana kömək etməklə bağlı. Suallar , bütün daxili aləmini tanımağa yardım edər zamanla. Nə edirsinizsə edin, amma bircə yarımçıq saxlamayın. Sevirsənmi?! Günəş batdıqdan sonra cümlələrini hazırla. Və yeni bir günəş doğmamış qarşındakı insana hədiyyə elə kəlimələrini. Bir hədiyyə kimi düşün. Saf, təmiz bir hədiyyə. Qorxma, bu zaman qabırğan qırılmayacaq, dərin soyulmayacaqdır. Ölüm hadisəsinə isə heç yer yoxdur. Kədərmi?! O, onsuzda müşkül bir məsələ deyil. Əsas olan yarımçıq saxlamayacaqsan. Tamamlanmasına icazə verəcəksən. Bu çox rahatladacaq səni. Bütün məsələ daxilindən çıxartmaqdır. Bilirsən?! Kəlimələri hədiyyə etmədiyin hər bir dəqiqə, dəri...
Ceyhun Məmmədov-Yalnızlıq deyir ki
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Yalnızlıq, deyəsən gəmilərin getməsindən sonra limanları yandırmaqdır. Sonra küllərinə baxmaq. Eyni anda gülüb, eyni zamanda kədərlə sevişməkdir. Bəlkə də öz-özünlə danışmağın bir səbəbidir. O, deyil də. Bizlər niyə hələ də yalnızıq?! Xoşbəxtliyi qısqandırmaq deyə bir şey vardır. Amma hər kəsin belə bir şansı yoxdur. Məsələ burasındadır ki, niyə belə bir şans olmur hər kəs də?! Bu gün yalnızlıq məktub yazmışdı. Özünü çox tərifləyirdi. “Cəhənnəmə qal deyə” bir cümlə yazdım. Buna görə 5 dollar poçtalyona verdim. Bir cümləni yalnızlığa məktubla göndərmək üçün 5 dollar xərcim çıxdı. Amma onun göndərdiyi məktubu heç cırıb, ata bilmədim. Tozlu masamın üzərindən gözlərim onun kəlimələrinə baxırdı. Oxu... Oxu... doymayacaqsan deyə bir hiss bəxş edirdi mənə. Peşman oldum elə bir məktub göndərdiyimə görə. Çünki təkrarən məktubu oxuyanda bir doğmalıq hiss etdim ona qarşı. O necə oldu bilmədim. Yalnızlıq, bəlkə də simasını bilsəydim yolda qarşıma çıxan kimi ağzı-burnunu ...
Ceyhun Məmmədov-Dərdini Öp
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Dərdi sevə bilmədikləri üçün insanlar bədbəxt olurlar. Halbuki, bir yemək kimi təsəvvür etmək lazımdır. Fikir versək, dərd gəldiyi zaman bizi mənəvi olaraq doydurub sonra çıxır gedir. Və elə bir hiss daxilimizdə yaranır ki, sanki dərdlər heç gəlməyiblər yanımıza. Əslində zamanla hər şey adiləşir. Uşaqlıqda da belə idik. Bir topumuz olduğu zaman bezənə qədər oynayardıq. Sonra sıxılan an kənara atıb oynamırdıq topla. Gözəl bir hissdən adi bir hissə keçiddə olurduq. Təqvimlər dəyişdikcə, biz böyüdükcə yenə də periodik yaşadığımız anlar zamanla adiləşir. Sevgi də buna daxildir. Biri ilə münasibətdə olduğun müddətdə, əgər aranızda bir yenilik yoxdursa, elə təkrarən bir münasibətiniz varsa, burda o zaman sevgi adiləşir, bəsitləşmiş olur. Təkrarçılıq yorur insanı. Yorulmağımızın əsas səbəbi budur. Ona görə də dərdləri qəbul etməliyik. Onların ölümümüzə qədər olacaqlarını bilməliyik. Sadəcə arada gedib-gələcəklər. Bunun üçün də onları çox sevməliyik. Nə bilim , deyəs...
Ceyhun Məmmədov-Periodik
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
-Dar küçələri sevirəm. Oralarda çox az insan olur. Ümumiyyətcə son illərdə səssizliyi axtarmaq deyə bir vərdiş yaranıb mən də. Bəzən yeni insanlarla tanış olmaq həvəsi keçir daxildən. Amma sonra xatırlayırsan ki, danışan hər bir cismin ziyanı vardır. Təbii ki, təqdim edəcəyi xeyrindən əlavə. İki seçim var həyatda deyirlər. Məncə bu sadəcə çoxlu sayda reklamlara baxanların uydurmasıdır. Hərdən düşünürəm ki, insanın öz-özünü aldatması elə də pis bir xüsusiyyət deyil. Hətta deyə bilərəm ki, mükəmməl bir hissdir. +Niyə belə bir şey düşünürsən ki, Zero? -Dincəlirəm. Özümü aldatdığım zaman yorğunluğum azalır. Doğrular bəzən yorur adamı. Bir sual verim sənə. Gündə neçə dəfə dərindən off... hissini çölə çıxardırsan? +Çox olur. Bilmirəm dəqiq, saymıram. İnsanın daxilində sıxıntı olanda rəqəmlər elə də önəmli rol oynamır. -Bəzən, beş-altı insan tərəfindən döyülmək istəyirəm. Sarsıntı keçirib, dünyanın rənglərini dəyişmiş halda görə bilərəm deyə düşünürəm. Ya da ...