Deyirlər ki, dünya təkçə sənin ətrafında dönmür. Elə burdan başlayır yanlış düşüncələr. Bəli, dünya elə sənin ətrafında dönür. Kvant fizikasına görə elektronların hərəkəti insanın baxış bucağına görə dəyişir. Və sənin arxanda qalan əşyanın mövcudluğu o zaman olmur. Çünki, sən onu görmürsən. Bir cismi görməməyin, o elektronun varlığının üzərindən xətt çəkmiş olur. Mövcudluq bəsit bir anlayış deyil. Onu anlamaq üçün Dekart kimi düşünməyə ehtiyacın yoxdur əslində. Çünki o, özü üçün bir anlayış formalaşdırdı. Sən də gecikmədən xislətində yatan həqiqəti özün üçün üzə çıxartmalısan. Dünya sənin ətrafında dönür. Sən öldükdən sonra həyat mövcud olmayacaqdır. Qısacası sən özün elə həyatsan. Zamanamı ehtiyacın var idi?! Tərsliyə bir bax, zamanın da sənə ehtiyacı var. Halbuki anlamadın ki, zaman elə sən özünsən. Beyninin daxilində işləyən bir sistem var. O, sənə bir zamanı tanıdır. Bu hissə “hipotalamusun supershmatic çekirdəyidir”. Bər-bəzəkli saatını yerə at. ...
Yorumlar
Yorum Gönder