"Ölümün acığına"
Gəlirik dünyaya yaşayıb, ölmək üçün
Biri mənə çıxıb desin başqa nə üçün?
Gülürük, kədərlənirik, işləyirik lənətə gəlmiş pul üçün
Bir aylıq planlar, istirahət biletləri
Sonra bilinməyən vaxtda gedişsiz, plansız ölmək
Və sonda qurduğun planlar uçur, bilinməyən şəhərlərə.

Gəl bir yerdə ölək desən, saçlarını gizlədib qaçacaq qadının
Sonra saç axtaracaqsan, boğazıva keçirib özüvü asmaq üçün.
Ölümü qeyd edirik, pulun sayına görə fərq var
Ölüm bahadır, bir neçə metrlik torpaqda almalıyıq,
Biləyi torpağa qarışdırıb uzanmaq üçün.

Qəribə bir oynun içindəyik sanki
Sonu olacaq, qırılmağa hazır olan körpünün üstündəyik.
Ölməyin xeyirli olsun,
Ordan bir şərab ver qadın, ölümün sağlığına içək.
Əşi gül, oyna ölümlə, əla sal onu
Yandır bir-iki siqaret, ölümün acığına,
Yaşa, yaşa həyatıvı elə ölümün acığına...

Yorumlar
Yorum Gönder