"Beşinci fəsil"
Ovucumda gətirmişdim ulduzları sənə
Çünki, sən insanların ölməsini istəmirdin.
Göylərdən oğurlamışdım, indi buludlar ağlayır
Neyləyim indi de mənə
Sən axı günəşi sevirdin, kədərli buludları yox.
Uzaq məsafələr ayırdı bizi, xəritələrdə baxıram sənə
Heç bu qədər təsəlli görməmişdim.
Sən elə getdin ki, sözlərim qalmayıb səssizləşdim
Yollarda axtardım, sözlərdən əlavə,
Heç sənin izivi də tapa bilmədim.
İndi boş səkilər, birdə tək yarpağın olduğu oturacaqlar qalıb
Beşinci fəsli qoydun məndə, sən bax belə gedərsən.
Bu beşinci fəslimi soyuq, sənsiz keçirirəm
Adlarını hətta bilməyib içdiyim şərablar var,
İndi beşinci fəslimi qeyd edirəm sənsiz.
Siqareti yandırmıram artıq, metafora yaratmışam
Dişlərimin arasında gəzdirirəm, sənin sevmədiyin siqaret dənəsini.
Yandırdım dört fəslimi,
Küllərini yığıb, beşinci fəsil yaratdım, sənin saçlarıvın xətrinə...

Yorumlar
Yorum Gönder