BEYİNİN SÜRƏTİNƏ PARALEL İŞLƏYƏN MİKROÇİP

 
  İnsan beynini istədiyimiz qədər gücə sala bilərikmi?! Cavab bəli qismindədir. Amma bunun xeyiri və ziyanı nə qədər önəmli olur?! Beyinə bir işlətim sistemi kimi yanaşsaq daha azmı neyronal bağlantılar yaranacaq?! Xeyr, proses bu cür icra olunmur. Məsələn: Gün ərzində bizdən asılı olmadan neyronlar arasındakı əlaqədən təxminən 65500 dənə fikir yaranır. Və bunların müəyyən hissəsi öndə olaraq ağzımızdan cümlələr şəklində çıxır. Bəs beyini ələ almaq mümkündür?! Sualını tez bir şəkildə daxilinizdə yarada bilərsiniz. Qeyri-mümkün halı yoxdur burada. Ancaq məsələ elə də sadə halda deyil. Çünki beynimizdə müxtəlif loblar var. Və ən öməmlisi “Limbik Sistem” adlı verilən, duyğuları tənzimləyən bir funksiya yer alıbdır. Hansı ki, bu funksiya 4 hissəyə ayrılır. Amigdala, talamus, hipokampus və hipotalamus. Bunların ayrı-ayrılıqda öz vəzifələri vardır. Bunları deməyimdə səbəb odur ki, hüceyrələrdən ibarət olan bu hissələr bizdən asılı olmadan işləyirlər. Yəni sükanı əlimizdən buraxsaq bizə istədiklərini edə bilirlər. Həmin bu duyğularla əlaqəli olan sistem neyronlara bəs təzyiq göstərirmi?! Keçirtdiyiniz bütün hisslər əslində müəyyən fikir formalaşdırır. Onda onları ələ almaq mümkün olacaqmı?! Diqqəti yönəltmək burada daha çox işə yarayır. Əlbəttə ki, meditasiya başlıca rol oynayır burada. Məsələni hara gətirmək istəyirəm, beyinin işlətim sistemini zəiflədib gücləndirmək ixtiyarına sahibik. Ancaq burada müəyyən qədər praktikaya və telkinlərə ehtiyac vardır. Diqqət etsəniz daha çox danışmağa meyilli olduğumuz zaman az öncəkindən daha da sürətli danışmağa doğru getmiş oluruq. Buradakı proses neyronlar arasındakı əlaqənin sürətlənməsini bildirir. Yazmaq da buna daxildir. Bir dəfəliyinə nə qədər çox yazmağa çalışsan görəcəksən ki, artıq sanki avtopilot şəklinə düşmüş kimi olursan. Kəlimələr çox sürətli şəkildə beyinin süzgəcindən keçir. Amma təsəvvür edin ki, nə qədər impuls axını olur beynimizdə. Bəs bu da yüksək dərəcəli enerjinin sərfinə doğru gedir. Onda beyinin işləmə sisteminə paralel olaraq enerji sərf edən bir mikroçip yaratmaq mümkün olacaqmı?!
  Elm adamları bunu hədəfləyiblər artıq. Science Advances’da bir bildiri yayımlayaraq beyinin sürətinə və paralel işləməsinə rəqib olacaq işıq əsaslı bir mikroçip yaradacaqlar. Və bunu icra etməyə çalışan Exeter Universitedindən olan elm insanlarıdır. Onlar bildirirlər ki, insan beyni ilə paralellik göstərən, məlumatları depolaya bilən və işləyə bilən, insan beyinlərini təkrar edən mikroçiplər yoldadır. Exeterdeki araşdırma komandası beyinin fəalliyyətlərini təkrar etməsi üçün elektrikdən istifadə etməyəcəklər. Onun  yerinə işıq istifadə olunan fotonik kompyuterlər inkişaf etdiriblər. Sinaptik cavab yaratmaq üçün inteqrasiya olunmuş, fotonik dövrələrlə yenidən yazıla bilən optik disklər kimi, sıradan olan ev əşyalarında tapılan, mərhələ dəyişdirən materiallardan istifadə edib birləşdiriblər. Amma burda rol oynayan universitedlər Oxford və Münser kimi digər ali məktəbin araşdırmacılarıdır. Nəyə görə bəs fotonik sinapslardan istifadə ediblər? Ona görə ki, həmin vasitə insan beynindən  min qat daha sürətli işləyə bilər.
  Oxford universitedindən professor Harish Bhaskaran, özü komandanın başında yer alır. O bildirir ki: “İnsan beyini kimi işləyən kompyuterlərin inkişaf etdirilməsi, onlarca ildir ki, alimlərin məqsədidir. Neyronlar və sinaps ağı vasitəsi ilə beyin, ancaq bir neçə voltluk güc işlədərək böyük miqdarda bilgiyi eyni anda işləyə bilər və depolayar”. Həmçinin əlavə edərək onu da deyib ki, “Şərti kompyuterlər bu cür performans göstərə bilməzlər”.
  “Elektronik kompyuterlərin sürətləri nisbətən zəifdirlər”. “Onları nə qədər sıx və sürətli işlətsək, o qədər də sürətli hala gətirərik”. “Şərti kompyuterlər isə, insan beyninin daxili öyrənmə və paralel işləmə bacarıqlarının heç birini daşımazlar. Bu məsələlərin hər ikisini burada ələ alacayıq”. Bu fikirləri isə Exeter’in qrupunun yazarı Daniel C. Wright söyləyib.
  Ciddən sinapslar vasitəsi ilə beyinin işləmə sürətinə uyğun olaraq mikroçipi hazırlaya biləcəklərmi?! Məqalənin digər yazarı olan, Münster universitedindən professor Wolfram Pernice deyib ki: “Sinapslar, beyindəki neyron sayılarının təxminən on mində biri olduğundan hansısa bir beyinə bənzər kompyuterin, müxtəlif sinaptik təkrarlamalar yaratması lazımdır”. “Burada edəciyimiz bax budur”. Adamlar tam şəkildə mikroçipi beyinin işləmə sürətinə uyğun etməyə çalışırlar. Bu cür məsələlərdən sonra ortaya belə bir sual çıxır. Beyindən fərqli olmayan kompyuterlər olacaqsa, görəsən onlardamı süni zəka robotları kimi insanların axırına çıxmaq ehtimalını daşıyacaqlar?!

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür