GÖZYAŞLARINIZDAN ELEKTRİKƏ DOĞRU

  
  İrlandiyada mütəxəssizlər araşdıraraq göz yaşının elektrik istehsal edə biləcəyini bildirdilər. Yumurta axı və göz yaşı arasında olan eynilik, ikisinin də elektrik istehsal edə biləcəyidir. Göz yaşı ilə bu necə həyata keçirilir? Sual verdiyinizin sanki fərqindəyəm. Bu proses “Lizozim” vasitəsi ilə həyata keçirilir. “Lizozim” adı verilən ferment, tüpürcək və məməli kalonunda tapılır və bu ferment, anti bakteriyalların özəlliyi sayəsində bakteriyal hüceyrə divarlarına hücum edərək onları zəiflədir. Araşdırmacılar, “Lizozim”in kristallaşmış bir formada olduğunda, piezoelektrik olaraq bilinən bir özəllik daşıdıqlarını tapıblar. Yəni bu fermentin, mexaniki enerjini elektrik enerjisinə çevirə biləcəyini bildiriblər.
  Aimee Stapleton, özü İrlandiyanın Limerick universitedində fizika təhsili alan bir araşdırmacı yazardır. O deyib ki, ilk baxışda bu qəribə gələ bilər ancaq, piezoelektrik özəlliyi ətrafımızda istifadə edilir. Açıqlamaya görə kvars kristalları kimi piezoelektrik vəsaitlər mobil telefonlarda titrədici komponent olaraq istifadə edilməkdə.
  Xislətimizdə hər şeyin olduğuna şüphəniz olmasın. Həm bioloji həm də ki, fiziki olaraq çox müqəddəs və qüdrətli varlığıq. İstədiyimizi edə biləcək gücə malikik. Dünyanın özü bizik, kainatın da dərinliyi özümüzük.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür