Ceyhun Məmmədov-Noyabr üçün darıxmaq
-Huzurlu olmaq üçün hər
bir insan özünə görə müxtəlif vasitələr seçə bilər. Kimisi musiqini, kimlərsə yemək yeməyi,
kim isə möcüzələrə inanaraq huzurlu olar.
+Və yaxudda kimlər
isə sevdiyi şəxsinə sarılaraq huzurun daxilinə düşər.
-Noyabr ayı
üçün daha çox darıxanlar, tənha olanlardır. Təqvimdə həmin ayı qırmızı işarəyə
almaq lazımdır. Tənha insanlar üçün həmin ay bir bayram kimi qeyd olunmalıdır.
+Zero, özümüzü
çoxmu aldadırıq? Göy üzünə baxarkən düşündüyüm tək bir şey var. Nə zaman bu yer
kürəsindən ayrılacam deyə, fikirləşirəm. Səncə yalnız ölərkənmi bu istəyim
reallaşacaq?
-Bəzi istəklər
ölərək reallaşır. Çox da üzmə qəlbini. O ki, qaldı özümüzü aldatmağa. Bu qətiyyən
pis bir xüsusiyyət deyil. Əgər insanlar özünü aldatmasa onda səhərə qalmaz, şəhərin
mərkəzi küçələrinə intihar xəbərləri yayılardı.
+Bəs birdən
intiharın özü yaxşı bir xüsusiyyət olsa? Hətta özümüzü aldatmaqdan belə gözəl
olsa, onda necə?
-Hal-hazırda
bunun əksini düşünürük. Gələcəyə doğru qaçma. Düzdür 50% xeyirli olduğunu
fikirləşirəm. Amma intihara meyilli deyiləm. Çünki, həmin faiz dərəcəsi bəs
etmir. Zamanın axışına buraxmışam özümü. Ona görə də sənə intiharın tam şəkildə
yaxşı bir xüsusiyyət olması ilə bağlı fikir söyləyə bilmərəm.
+Zero, noyabr
ayı üçün çox darıxıram.
-Darıxdığın təki
noyabr ayı olsun, insan olmasın.
+Bəlkə həmin
ayda olduğumuzu təsəvvür edək? Mən də biraz təsəlli tapmış olaram.
-Gözlərini yum
və sərin bir küləyin saçlarını dağıtdığını hiss etməyə başla, Sofi. Sonra isə
buludlar ağlamağa başlayır. Onların göz yaşları üzünə damcılanır. Əynini qalın
geyinməyin hər halından bəllidir. Yağışın səsinə qulaq ver. Diqqətlə dinlə. Gör
necə özlərini yerə atırlar. Qollarını aç, üzünü səmaya qaldır və var gücünlə
bağırmağa başla. Özünü rahatlamış hiss edərsən.
+.............................
-Sofi...
Sofi.... Eşidirsən məni?
+…………………….
-Hey, Sofi?! Avqust ayındayıq, xəyalından
ayıl.
+Off... İmkan
verərdin biraz da xəyal qurardım.
-Amma qollarını
doğurdan açmışdın və özüdə üzünü səmaya doğru qaldırmışdın. Günəşin şüaları
üzünü yandıracaqdı, biraz da xəyal etsəydin.
+Nə isə. İçimə
soyuqluq gəldi bu isti gündə. Deyəsən işə yarayır.
-Əlbəttə işə
yarayır. Holoqram bir dünyada yaşayırıq. Xəyal edib inanmağın bioloji olaraq sənə
təsir edir.
+Doğrudur,
Zero... Doğrudur. Bir tək gedənlərə təsir edib geri qaytara bilmirik.
-Təsir edirik.
Sadəcə dərindən inanmaq vacibdir. Ölənlərə bilmirəm, amma nəfəs alaraq gedənlərə
səs frekansları ilə təsir etməyimiz mümkündür. Fikirlərimiz ilə özümüzə cəzb edə
bilərik. Lakin, bu məsələyə şüphəli yanaşmaq işə yaramayacaqdır.
+.........................
Yorumlar
Yorum Gönder