Ceyhun Məmmədov-Danış Zero
+Həyata səslənmək deyə bir şey vardır. Və o,
sənə cavab verəcəkdi. Eyni ilə Tanrı kimi. Halbuki cavab verən həmişə özün
olursan. İllərcə də bu davam edəcək. Çünki hələ anlamamısınız!
+Zero, səmaya
baxanda düşündüyün nə olur?
-Böyük bir səssizlik.
+Çox ciddiyə
alırıq hər şeyi. Ancaq bu sıxıntılar yaradır. Ciddiyə alınacaq bir şeylər
yoxdur ortada. Vecsizliyin dibində üzə bilmək üçün bağlılığın olmamalıdır heç nəyə
və heç kəsə.
+Zero danış.
-Həyatı ələ
salmaq mühüm şərtdir. Ona görə ki, eyni ilə həyat da bizə qarşı bunu edir. Bizə
öyrədilənlərin çoxu səhvdir. Universiteddə işləyən bir müəllimin sizdən ağıllı
olduğunu heç zaman düşünməyin. Əslində düşüncə tərzi ancaq fərqli olur.
Ağıllılıq üstünlüyünü müqayisə etmək deyə bir şey yoxdur. Çünki sadəcə fərqli
yönlərdə düşünmək deyə bir şey vardır. Yaş fərqi rol oynamır. Ağıllı və ya
ağılsız deyə varlıq mövcud deyil. Burda rol oynayan sadəcə seçdiyin yoldur:
1) Sürü
psixologiyasına görə.
2) Fərdi düşüncə
qabiliyyətinə görə.
-Sürüdən biri
olsan unut sərhədsizliyini. Toplum səni sevəcək, amma sənin beynin çərçivə
içində olacaqdır. Sərhədsizliyi dadmaq üçün fərdi yaşamalısan. Çərçivəsiz bir həyat
toplumu qıcıqlandıracaq. Ancaq sən bir Tanrı kimi nəfəs alacaqsan. Şeytan da sərhədsizdir,
bilirdiniz?! Eyni ilə Allah kimi.
-Səni sıxan hər
şeydən uzaqlaşmalısan. İçindən gələn ilk cümləni qeyd et boş vərəqə. Və sonra
düşün onu etməyin üçün nə lazımdır? Qarşında kərpiclər varsa, yıx onları. Gələcəyi
düşünmə. Çünki günəş pəncərəndən boylanmamış, sabah doğmur. 24 saatlıq bir həyatın
var. Sən ancaq bunu düşün. 24 saat ərzində nələr edə bilərsən. Sənin boynuna zəncirlər
dolayırlar, xəbərin yoxdur. Elə ən böyük zəncir kəlimələrdən yaranır. Fikir var
ki, səni zəncirləyər, fikir də var ki, səni sərhədsiz edər. Kölə olmaq sənin öz
seçimindir. Heç kəsi günahlandırma. Başına nə gəldisə, öz fikirlərini doğru
istiqamətə yönləndirmədiyindən gəldi. Sizi axmaq yerinə bilirsiniz necə
qoyurlar?! Susmuş bir varlığın adından danışarkən.
+Zero, hər şey
də günahkar özümüzüksə, ölmək bəs necə?
-Özümüzü zəhərləməyi
bacarırıq. Əslində çoxdan zəhərlənmişik. Sadəcə ölümün reallaşmasını gözləyirik.
Bu həyat zəhəridir. Zəhərə görə təxminən 21900 gün sonra, ya da həmin rəqəmlərdən
tez yuxudan ayılırıq. Bu sadəcə insandan-insana dəyişir.
+Zero, deyəsən
elə özümüz hər şeydə günahkarıq.
-Hamı bir nəfər
kimi, özü üçün günahkardır. Fərdi bir yaşam, təkcə Tanrıya məxsus deyil! Eh...
Bizə səhv öyrədiblər... Bizə səhv öyrədiblər...
+Doğrudur!
Yaxşı... Hələlik Zero...
Yorumlar
Yorum Gönder