Ceyhun Məmmədov-Pərdə arxası Bolonya sistemi

  1970-ci illərin ortalarında Bolonya sisteminin başlanğıcı, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlığa bağlı birinci program haqda qətnamə əsasında qəbul edilmiş oldu. Rəsmi başlanğıc isə 1999-cu il iyunun 19-da reallaşdı. Bolonya sistemi həddən çox ölkələrə yayılaraq, təməl məqsədini reallaşdırmağa başladı. "Avropa ali təhsil məkanı" Bolonya sisteminin və bəyannaməsinin iştirakçıları bu ölkələrdir:  Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Vatikan, Macarıstan, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya. Bu sıraya qoşulmayanlar əslində məntiqli bir addım addıqları gələcəkdə göz önündə olacaqdır. Əlbəttə ki, o vaxta qədər bu sistemə qoşulmasalar. Sistemin mənfi istiqamətə apardığını anlamaq üçün əsasən müşahidələr aparmaq lazımdır. Ümumiyyətcə əsas məqsədin gizlədilməsi hər zaman mühüm səciyyə daşıyır. Və Bolonya sisteminin üzə çıxartdığı əslində insanı ələ keçirmək üçün işlətdiyi yalançı gülüşlər oldu. Amma onlar bunu səmimi və isti gülüş kimi göstərdilər. Tələbənin gələcəyə inamla addımlamasına yardım etmək, onu elm ilə zənginləşdirmək, yaxşı bal ortalamasına görə təqaüdlə təmin olunması, diplomun vacib bir amil daşıması və başqa bu kimi motivasyonlu addımlar əslində tələbələrin arxa pərdələrdə nə baş verdiyini görmələrini mane olmaq üçün idi. Bolonya bəyannaməsinin məqsədi Avropa ali təhsil məkanı yaratmaq və eləcə də dünya miqyasında fəallaşmaqdır. Amma bu sadəcə pərdənin qarşısında olanlardır. İnsanlara ön hissəni göstərərək, arxa tərəfdə beyinlərin ələ keçirilməsi, adamlar robotlaşdırılmalıdır deyə planın gizlətmələri prosesi həyata keçirilir. Əsas məqsəd, insanları əzbərlətdirməyə yönəldərək, bunu vərdiş halına salıb beyinin düşünmək qabiliyyətini məhv etməkdir. Azad düşünmək gücünü öldürmək üçün Bolonya sistemi onlar üçün gözəl bir üsuldur. Psixoloji zərbələr, şüurun ən dərin qatına enmələri hər tərəfli insanı uçuruma doğru aparır. Sistem bunu səliqəli şəkildə insan üzərində reallaşdırmağı bacarır. Gənclərin sərbəst şəkildə düşünmə qabiliyyətlərinin məhv edilməsi üçün əllərindən gələni edəcəklər. Bu təhsil deyil. Bu sadəcə biznes və insanların ələ keçirmək prosesidir. Yeni dünya nizamı üçün hər birinizi müxtəlif yollarla məhv edərək istədiklərini reallaşdıracaqlar. Bolonya sisteminin yalançı gülüşü hər zaman davam edəcək. Elm öyrədilir, əzbərlətdirilmir. Unutmayın, heç zaman universitedlər elm öyrətməyəcək. Gələcəyin təməli bu cür təhsillə qurula biməz. O, sadəcə onların gələcəyidir. Gec olmamış, sistemin sonlandırılmasını diləyirəm. Zamanın bizdən oğurlanması, bütün dərs saatların boşu-boşuna keçirilməsi, maarrifləndirmək yox, əzbərləmək qabiliyyətinizi inkişaf etdirmələri göz önündədir. Bolonya sistemi ilə insanları kütləşdirməyə çalışırlar. Onların yalançı gülüşlərinə aldanmayın. Azərbaycanda və digər boloniya sistemini qəbul edən ölkələr də insanları təhsil adı altında aldatmağa davam edəcəklər. Tanrılar aramızdadır, bunu heç vaxt unutmayın.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür