Ceyhun Məmmədov-Şaxta babadan Azərbaycana məktub
Mən
Santa Claus, yəni Şaxta Babanız. Bu məktubu
soyuq bir yerdən yazıram sizə. Düşünməyin ki, burada qaz yoxdur. Xeyr, mənim
evim lazımınca qazla, işıqla təmin olunur. İnanırsınız?! qaza, işığa yüksək məbləğdə
pul ödəmirəm. O, gün olsun sizlər də həmin günü görəsiniz. Etiraz etdiyiniz zaman, illərcə taxtdan düşməyən
əla-həzrətləri diləyinizi qəbul etsin. Keçirtdiyiniz mitinglərdə zərər yox,
xeyir tapasınız. Ümüdləriniz sönməsin, dik durun həmişə. Hər zaman möhkəm
dayanın. Ac saxlaya bilərlər sizi, çalışın küçələrdə donmayın. Heç vaxt
onlardan qorxmayın. Və bu arada Qiyas
İbrahimovun, Bayram Məmmədovun qəhrəmanlıq etmələrindən xəbərim var. Onlara
halal olsun. Rejimə böyük bir zərbə endirmiş oldular. Mən arzu edirəm ki, günün
birində də o, heykəl yerindən sökülüb, yox olsun. Bir də o, gül bayramıdır, qul
bayramıdır nədir olmasın. Müxtəlif ölkələrdən bahalı güllər onun üçün gətirənə
kimi, elə ac qalmış, evsiz olan şəxslərə kömək edilsin. Heç olmasa neftçilər
üçün neft yığım mərkəzi sağlam bir bünövrə ilə tikilsin. Adam olun, xalqın
qeydinə qalın. Bəsdirin, bu xalqa zülm etdiniz. Nə qədər olar sosial şəbəkələr
də ağlayıb, narazılığını bildirən insan görmək. Televiziyalarınız isə əksini
bildirir. Oynayıb, şıllaq atırlar. Bu yaşadığım yer də sizin kanallar tutur. Şəxsən
özüm üçün Azərbaycan kanallarını açdırmışam. Amma daha sizin kanallarınızı
bağlayacam, izləməyəcəm onları. Şitlik edirlər, Xoş Qədəm kimi insanlar
başınızı aldadırlar. Yəni atın televizorlarınızı, izləməyin. Bu məndən sizə məsləhət
olsun. Azad xalq, sizlər üçün hədiyyələr hazırlamışdım. Məsələn: Kasıb ailənin
körpələri üçün qalın paltarlar tikdirmişdim, həftələrcə ac qalan, iş tapmayan
insanlar üçün yeməklər alıb torbama yığmışdım. Ondan sonra eşitdim ki, bəzi
banklar fırıldaqçılıq edir, müəyyən şəxslərin başlarına bu dollara görə oyun
açmış olurlar. Məndə də dollarlar çox olduğu üçün, həmin şəxslərə pul göndərmək
qərarına gəlmişdim. Sizlər üçün müxtəlif cür gözəl hədiyyələr hazırlamışdım. Hətta
məmurlar üçün “orta barmaq göstərən” balaca heykəl də hazırlatdırmışdım. Onlara
xüsusi olaraq bunu hədiyyə edəcəkdim. Amma lənət olsun ki, bu hədiyyələrin heç
biri ilə Azərbaycana gələ bilmirəm. Çünki Azərbaycan gömrüyün də problem
çıxartmış olurlar. Həmin hədiyyələri də mən gömrükdə saxlamaq istəmirəm. Ona
görə də məni bağışlayın sizin yanınıza hədiyyəsiz gələ bilmərəm. Bu ili mənsiz
keçirin. Hə, unutmadan onu da deyim ki, heç olmasa bu il fişəng partlatmayın.
Keçən il də neftçilər həlak oldu, 31 dekabr fişəng partladırdınız. O, vicdansızlara
burdan deyirəm ki, bu il həmin səhvi təkrar etməyin. Bu dəfə 15 dekabr da faciə
baş verdi. Heç olmasa bu səfər vicdansızlıq etmiş olmayın. Bu məktubu ona görə
sizlər üçün yazdım ki, bu il yanınıza gələ bilməyəcəm. Və bir də bu kəlimələri
bura yığmağımda məqsədim odur deyim ki, siznən işləmək mümkün deyil. O, bəzi
saxtakar, vicdansız qalstuklu şəxslərə deyirəm. Sizdən adam olmayıb,
olmayacaqda. Bu qədər, sağolun. Azad xalq, yeni iliniz indidən uğurlu olsun.
Yorumlar
Yorum Gönder