Ceyhun Məmmədov-“Oyuncaq Ayı”(Hekayə)
Zaman, həyatımızı sürətləndirən bir vasitədir.
Onun ucbatından çox tələsirik. 40 ildir ömür sürürəm. 40 yaşıma necə çatdım,
heç bilmirəm. Çox qısa bir il kimi gəlir mənə. Sanki 40 gündür dünyadayam.
Onsuzda həyat çox qısadır. 10 ildir psixolog işdəyirəm. 5 il yaşamamışam. Bəli,
5 ildir ki, həyatda nəfəs alsamda, yaşantılı bir aurada olmamışam. Sadəcə
boş-boşuna nəfəs alıb vermişəm. Beş il özümdən uzaq olmuşam. Siz heç öz-özünüzdən
uzaq olmusunuz? Məsələn: Özünüzü uzaq bir yerlərdə axtarmaq kimi. Bu çox pis
bir haldır. Bədənini heç bir yerə sıxışdıra bilməmək. Gözlərini bir yerə dikmək
və onları dəqiqələrcə qırpmamaq. Hardasa uzaqlarda bir yer də itmişdim.
Tapacağıma ümüd edirdim. Özümü tapmağına tapdım. Lakin, kaş tapmazdım deyirdim.
Çünki qızımı hələ də tapa bilməmişəm. Beş il bundan qabaq həmişəki kimi evdən
çıxıb işə gedəcəkdim. Bunun üçün ağ köynəyimi geyinib, qalstukumu taxdım. Daha
doğrusu qalstukumu həyat yoldaşım, zərif və incə əlləri ilə taxmış oldu.
Alnından öpəndən sonra, qızımın yataq odasına doğru getməyə başladım. İri
addımlarla onun otağına doğru gedirdim. Üzümdə böyük bir təbəssüm var idi. Hər
gün olduğu kimi bu gün də balaca qızımı oyandırmadan öpüb işə gedəcəkdim.
Qapını ehmalca açdım. Otağına yavaş addımlarla daxil oldum və yatağına doğru irəllilədim.
Yəqin ki, yorğanı başına çəkib deyə düşündüm. Çünki üzü görsənmirdi. Yorğana əlimi
uzadıb onu ehmalca çəkmək istədim aşağıya doğru. Bunu etmiş oldum. Amma 7 yaşlı
qızımın yatağında oyuncaq ayı var idi. Tez bir şəkildə qızımı səsləməyə
başladım. Həyat yoldaşımı çağırdım. İkimiz də evin içində qışqırmağa başladıq.
Onun adını qışqırırdıq. Ancaq qızımızdan heç bir səs-soraq yox idi. Kim isə,
biz yatanda onu oğurlamışdı. Həyat yoldaşıma dedim ki, sən burda qal, mən gedib
onu çöldə axtaracam. Pencəyimi geyinib evin qapısından çölə çıxmışdım. Evimdən
biraz aralanmışdım ki, birdən böyük bir partlayış nəticəsində uzağa tullanmış
oldum. Qulaq batıran bir səs, güclü bir partlayış evi havaya uçurtmuşdu.
Bilirsiniz?! Bu partlayış nəticəsində kiçik xəsarət almış oldum. Ancaq ən böyük
xəsarəti mənə həyat göstərdi. Evin içindən partlayış nəticəsində, yana-yana çölə
çıxan qadınınıza sarıla bilərdiniz? Mən bunu etdim. O, alovun içində
qışqıra-qışqıra məni səsləyərək çölə çıxmışdı. Büs-bütün alışıb yanırdı. Haraya
qaçacağını bilmirdi. Mən tutdum və sarılmış oldum ona. Üzüm, qollarım yandı.
Ancaq daxilimin yanması kimi bir əzab vermədi mənə. Bizi bir-birimizdən
qonşular ayırdılar. Hər şey çox gec idi. Əgər məni qadınımdan ayırmasaydılar, mən
də onunla birgə yanıb öləcəkdim. Kaş ki, onunla birgə ölərdim. Siz heç yanaraq
ölən qadınınıza baxmısınız? Ancaq mən bunu etmiş oldum. O, yerdə çırpınırdı.
Amma mənim əlimdən heç nə gəlmirdi. Sonrasını daha xatırlamıram. Çünki, gözlərimi
xəstəxanada açmışdım artıq. O, hadisədən sonra düz beş il sadəcə həyatda nəfəs
alan bir varlıq idim. Ölmək istəyən, ancaq ölə bilmədən əzab çəkərək yaşayan
bir varlıq. Qızımı çox axtardım. Onu kim oğurlayıb deyə düşündüm və tapdım.
Amma nə olsun o, vicdansızın olduğunu bilsəm də, özünü tapa bilmədim. Polislərə
məlumat vermişdim. Ancaq lənətə gəlməsinlər onlar da tapa bilmədilər. Sanki,
yer yarılıb içinə girmişdi o, adam. Həmin insan zənn edirdi ki, mən onun həyat yoldaşını öldürmüşəm.
Həyat yoldaşı mənim pasientim idi. Onu müalicə edirdim. Amma günün birində mənim
yanımda silahı başına dayayıb tətiyi çəkdi və özünü öldürmüş oldu. Və o, gündən
bəri həmin şəxsiyyətsiz məni telefonla hədələyirdi, qorxudurdu. Böyük ehtimalla
o, mənim qızımı oğurlayıb. Buna 100 % əminəm. Amma hardadır qızım axı?! Niyə?!
Tapa bilmirik onu. Düz beş ildir ki, onu axtarıram. Həyat yoldaşım isə yanma nəticəsində
dünyasını dəyişmişdi. Onu axtarsamda tapa bilməzdim. O, alçaq həyat yoldaşımı
da məndən aldı. Geriyə sadəcə onun məzarı qaldı. Beş ildir ki, hər həftənin şənbə
və bazar günləri onun məzarını ziyarət etməyə gedirəm. Və ona söz vermişəm ki,
ya qızımızı tapacam ya da Tanrının yanına gələcəm…
İnsanlarmı, yoxsa Tanrımı acımasız? Mən ancaq bunu deyə bilərəm. Əgər Tanrı
həyatımızı idarə edirsə, bütün səhnələri qurursa, qabaqcadan hər şeyi təyin
edibsə onda o, mənim üçün bir qatilə çevriləcək. Amma əfsuslar olsun ki,
əmin deyiləm determinizm doğrudur yoxsa yox?!
Determinizm doğru olarsa, onda Tanrı həm yaradan, həm də qatil statusuna layiq
görüləcək-40 yaşında saçları büs-bütün ağarmış olan psixolog, güzgü qarşısında
öz əksinə baxaraq danışmasını bitirmiş oldu. Son dəfə güzgüdən gözünün içinə
baxdı və sonra qalstukunu düzəltməyə başladı. Əli ilə saçlarını daradı. Mən
Tanrıya güvənirəm, bəlkə də daha güvənmirəm. Ola bilər ki, özümü aldadıram.
Amma deyəsən Tanrı mənə güvənmir. Qızımı tapa bilmədim. Düşündüm ki, bəlkə də
qızım artıq Tanrı yanındadır. Bu düşüncəm beynimin hüceyrələrinə qədər təsir
edir. Əgər Tanrı neyronlardadırsa, onda bu əlimdəki silahı o, vermiş olur mənə.
Və bunu çənəmin altına tutmağa vadar edir. Tanrım mən səni sevirəm. Qızım, həyat
yoldaşım sizləri də necə sevdiyimi bilirsiniz. Mən sizin hər üçünüzü çox sevirəm.
Elə ona görə də burda tək yaşamaqdansa, sizin yanınıza gəlirəm. Psixolog, cümləsini
bitirən kimi tətiyi çənəsinin altından çəkmiş oldu. Güzgünün üzərinə sıçrayan
qan, həyatın növbəti səhnəciyi idi. Döşəməyə sərilən bir bədən isə acı və ya
şirin bir həqiqət olacaqdı.
Yorumlar
Yorum Gönder