Ceyhun Məmmədov-“Səhərlərə düşmən”(hekayə)
Mən
Tanrıyam. Ancaq öz dünyamda. Burda insanları yaratmışam. Müxtəlif cür parkları,
mağazaları, binaları və.s yerləri mən inşa etmişəm. Orası dağıla bilərmi?!
Dağıla bilər. Mən istədiyim təqdirdə. İstədiyimi edirəm burda. Adam öldürməkdən
tutmuş, insanları çoxaltmağa qədər. İstədiyim an yağış yağdırıram. Və mən istədikcə
qar da yağa bilər. Burası çox təmizdir. Çünki şəhərin mərkəzində göyərçinlər
çoxdur. Dünyamın özü sülh dünyasıdır. Burda dövlətlər yoxdur, müharibələr heç
zaman keçirilməyib və keçirilməyəcək də. Ac körpə deyilən bir anlayış mənim
dünyamda yoxdur. Hər kəsin əlində bir kitab var. Hamı kitab oxuyur. Ancaq universited
yaratmamışam bu dünya da. Çünki insanların zamanları boş-boşuna itsin deyə istəmirəm.
Bu dünyada bir tək qayda var. O, da bu qaydadır: Hər kəs istədiyini edə bilər.
Hamı idarəçidir.
Şəhərimin
sonu yoxdur, hələki. Kainatın genişlənməsi kimi, dünyam da o, сür genişlənmə
prosesindədir. Bu şəhərdə insanlar bir-birini sevirlər. Qadın və kişi münasibətləri
çiçəklərlə əvəz olunur. Bir-birlərinə kitablar hədiyyə edirlər. Sevən şəxslər çəkinmədən
öz sevgisini qarşı tərəfə ithaf edirlər. Şəhərimdə yalnız pak və təmiz qadınlar
var. Fahişələrin siyahısı yoxdur. Çünki şəhərim sevgi ilə dolu olduğu təqdirdə,
pozğunların buranı kirlətməsinə icazə verə bilməzdim. Bu dünyamda heyvanlar
çoxdur. Ancaq nə insanlar nə də ki, heyvanlar bir-birlərinə zərər vermirlər.
Heyvanları zooparkda saxlamıram. Çünki zoorparka qarşı olduğum üçün, elə bil
sahəni tikməməyə qərar vermişəm. İnsanlar və heyvanlar hamısı birlikdə bir-birlərinə
mane olmadan gəzirlər.
Dünyamı çox sevirəm. Oranı hər gecə ziyarət edirəm. Səhərlər isə dünyamı
tərk etmiş oluram. Ona görə də səhərlərə düşmən olmuşam. Çünki ancaq yuxudan
yuxuya dünyamı ziyarət edirəm. Səhər gələn kimi isə yuxudan ayılmağım, səhəri lənətləməyə
çevrilir. Mən tənhayam ümumi dünya üçün. Nə dostum, nə sevgilim, nə də ki,
valideynlərim var. Qohumlarımdaki hərəsi bir tərəfdə. Heç onlardan səs-soraq
yoxdur. Nə isə tənha olmağıma baxmayaraq mən xoşbəxtəm. Öz dünyam var. Dünən
axşam bir qadınla tanış oldum. Bu gün gecə də görüşəcəyik. Deyəsən məndən xoşu
gəlir. Nə isə... Günüm standart keçir. Səhər dururam, yeməyimi yeyirəm, keçirəm
masa arxasına kitabımı yazıram. Arada çıxıram çölə gəzirəm tək-tənha. Axşam
saat 23:00-da yatıram. Və hər şey bundan sonra başlayır.
Saat
23:00 Tomi yatmağa hazırlaşır. Yatağa uzanan kimi bir qadın siması gözlərinin
qabağına gəlir. Gülümsəyir... Ona doğru yaxınlaşır. Yavaş-yavaş... Tomi deyə
pıçıldayır. Mən səni çox sevirəm... Mən səni çox sevirəm... Tomi qızın bədənini
görür. Onu qucaqlayır və sonra saçlarını qoxlamağa başlayır. Əllərinə toxunur.
Biz xoşbəxt ola bilərik?-Tomi qızdan soruşur.
-Ola bilərik. Özüdə dünyavın ən xoşbəxt şəxsi
ola bilərik. Mən səni heç vaxt buraxmaram.
-Sənin adın nə idi?
-Eva… Sadəcə Eva. İndi biz belə
klassik söhbətlər edəcəyik?
-Bilməm. Sənin gözlərin niyə bu qədər gözəldir?
-Çünki sən baxırsan. Ona görə belə gözəl görsənir.
İki
dodağın bir-birinə toxunuşu nə qədər xoşbəxtlik hissi verə bilərdi?! Qadın xoşbəxtlik
hissəsi idi. Mən onu hiss edərək dodaqlarından öpürdüm. Sanki mənim bədənimə
bitişik idi. Hal-hazırda xoşbəxtlikdən ölə bilərdim. Ancaq ölə bilmərək, çünki
mənim hissəm də öləcəkdir. Yataqda bir-birimizə qucaqlaşmış şəkildə uzanmışdıq.
Çılpaq bədənimizi, dizlərimizə qədər yorğan örtmüşdü. Qollarımda yatan bir
qadın. Onun nəfəsini hiss edə bilirdim. Gözləri bağlı olduğu təqdirdə də gözəl
görsənirdi. Onu heç oyada bilməzdim. Çünki əbədi olaraq qollarımda yatmasını
istəyirdim. Saçları, çox gözəl qoxur. Sanki tellərinin arasında itirəm. Deyəsən
mən onun sevgisindən ona qarşı sərxoş olmuşam.
08:30...
Bir zəngli saatın səsi bu qədər adama lənət oxuda bilərdi. Oyanmağım ilə
yataqdan yerə düşməyim bir oldu. Ayağa qalxan kimi öncə yatağa baxdım. Ancaq o,
yox idi. Otaqdan tez-tələsik çıxaraq, mətbəxə doğru qaçdım. Amma orda heç kim
yox idi. Zala baxdım, hamamın qapısını açıb boylandım. Evin qapısından çölə
çıxdım və Eva deyə qışqırdım. Hər şey aydın idi. Axı mən Eva adlı qadına öz
dünyamda aşiq olmuşdum. Öz yaratdığım bir qadını sevmək bu qədərmi əzab verə
bilərdi?! Yatağıma geri qayıtdım. Amma nə qədər əziyyət çəksəm də yata bilmədim.
Öz dünyama qayıtmaq mümkün olmadı. Lənət olsun yuxum yox idi. İndi ancaq gecəni
gözləməli idim.
Bir
insan nə qədər xoşbəxt ola bilər?! Balaca uşağın əllərini açaraq bax “bu boyda”
deməsi qədər heç xoşbəxt deyiləm. Öz yaratdığın sənə nə qədər əzab verə bilərdi?!
Həmişəki kimi gecəni səbrsizliklə gözlədim. Saat 23:45-də yuxuya getmişəm bu
gün. Bir dünyam var idi. Artıq şəhərim ona bənzəyirdi. Yolun kənarlarındakı
reklam bloklarında onun şəkli var idi. Dünyamdan onun qoxusu gəlirdi. Bir
parkda skamya da əyləşmiş şəkildə onu gözləyirdim. O, əlində bir kitabla gəldi.
Saatlarca o, kitabı oxuduq. Sonra mən onu yelləncəkdə yellətdim. Əl-ələ bütün şəhəri
gəzdik. Aylar keçdi... İllər ötdü... Biz evləndik. Bir övladımız oldu. Zaman
necə də sürətli keçdi. Ancaq bu zaman yuxunun bir zamanı idi.
Səhər
09:00-da oyandım. Doqquz saatlıq bir yatmağım, 20 ilə bərabər oldu. Ancaq bu
yalnız öz dünyama aiddir. Bu dünyada sadəcə 9 saat keçib. Amma öz şəhərimdə 20
il ötdü. Yenidən ölüb, dirilmək nə qədər mümkün ola bilərdi?! Ümumi dünyam üçün
ölmək, bir ayılmağa bərabərdi. Bəs yuxuda ölməyim nəyə bərabər olacaqdı?
Mən bəzən
nə istədiyimi bilmirəm. Hərdən sinəmin ortasına bir ağırlıq çökür. Sanki görünməz
bir əl sinəmə basqınlıq edir. Elə bil heç vaxt bu ağrı keçməyəcəkmiş kimi olur.
Hava almaq belə kömək etmir daha. İnsanların siması nə zamana kimi maraqlı ola
bilərdi mənə?! Bu gündə həmişəki kimi yatmaq qərarına gəlmişdim. Ancaq fərqli
bir vaxt da bunu etmək istəyirdim. Bu dəfə saat 15:00-da yatacaqdım. İki həp
yuxu dərmanı qəbul etdim. Və sonra ağ köynəyimi, qalstukumu taxıb, pencəyimi
geyinərək yatağıma uzandım. Niyə bunu etmişdim? İnanın ki, məndə bilmirəm. Bəlkə
onun reallığını istəyirdim. Bəlkə də sadəcə özümü aldadırdım.
Yuxuya
getməyim çox çəkmədi. Bu dəfə onunla fəqli yerdə qarşılaşdım. Öz evimdə. Mənim
yanımda uzanmışdı. Gecə idi. Pəncərədən baxaraq ulduzları sayırdıq. Birdən fəlsəfi
danışıqlara başladıq. Tanrıdan tutmuş, şeytana qədər hər şeydən danışmağa
çalışdıq. O, qədər tez-tez danışırdıq ki, günəş və ay bir-birlərini əvəz
edirdilər. Bu danışıqlar nə zamana kimi davam edəcəkdi?! Bilmirdim. Başını sinəmə
yastadı. Barmaqlarını mənim barmaqlarımın arasına keçirtdi. Əllərini hissetməyə
çalışdım. Dərisi mənə bir təhər gəldi. Sanki qırışmışdı artıq. Və birdən üzünü
mənə doğru çevirdi. Yox... Bu ola bilməz. Eva qocalmamalı idi. Qışqırmağa
başladım. Göz yaşlarına boğuldum. Sevdiyim qadın qocalırdı. Bu isə sonda ölümü
ilə nəticələnəcəkdi. Hardadır o, şəhvətli gözlər deyə bağırmağa başladım.
Siması get-gedə dəyişirdi. Hər şey bəlli idi. Eva qocaldı və sıra da ölməyi var
idi.
Gözlərimi
tez bir şəkildə açdım. Yataqdan duraraq güzgüdə özümə baxdım. Gördüyüm mənzərə
məni qorxudurdu. Evanın siması güzgüdə yansımağa başladı. O, gah gülümsəyirdi,
gah da ağlayırdı. Sonda iyrənc bir simaya dönüşürdü. Mənə niyə göz vururdu? Əlləri
görsənməyə başladı. Mənə gəl-gəl deyə işarə edirdi. Otağımın küncündə bir ovçu
tüfəngi var idi. Onu mənə işarə edirdi. Əlimə ovçu tüfəngini götürdüm. Eva birdən
gözəlləşdi güzgüdə. Mənə gülümsəyirdi. Siması ancaq birdən dəyişdi. O, yenidən
qocaldı. Bu dəfə buna dözə bilmədim və ov tüfəngini Evaya doğru tuşladım. Güllənin
səsi divardakı foto şəkli yerə saldı. Güzgü bu zaman paramparça olmuşdu. Mən
gözlərimə inana bilmədim. Eva artıq orda yox idi. Gözlərim doldu. Şüşə
qırıntılarından birinə baxaraq onu axtardım. Ancaq özümdən başqa heç kimi görmədim.
Son ümüdüm tüfəngi çənəmə doğru aparmaq oldu. Şüşə qırıntısında öz görüntümə
baxdım. Və acıqlı şəkildə gülümsəyərək tətiyi basdım. Tüfəngin növbəti səsi ətrafı
qana bulamağa bəs etdi.
Yorumlar
Yorum Gönder