Ceyhun Məmmədov-“Üçüncü şəxs”(hekayə)
-Artur,
mən özümü piss hiss edirəm. Sən hardasan? Görüşə bilərik?
-Əlbəttə, harda görüşək?
-Həmişəki yerdə.
-Oldu.
Sərin
bir külək əsirdi. Səmada ağlayan buludlar artıq görünməyə başlayırdı.
Addımlarımı sürətləndirirdim. Arabir daşa ilişib büdrəyirdim. Tez-tez çiynimdəki
çantamı düzəldərək, yoluma davam edirdim. Günəş hardasa batmaq üzərə idi.
Havada bir kədər qoxusu gəzirdi. Sahilə çatmağa artıq az qalmışdı. Yoxuşdan,
aşağı enən zaman az qala yıxılacaqdım. Gözlərimi dənizə doğru zillədim. Aman
Tanrım, bu necə havadır belə?! Duman, dənizi büs-bütün örtməyə çalışırdı.
Dalğalar, yenə əsəbi idilər. Nostlaji hisslər yaşamıram desəydim yalan
olacaqdı. Sofi, sahil kənarında əyləşmiş vəziyyətdə yenə özünü tüstüyə boğurdu.
Başında papaq, yanında isə içki şişəsi var idi. Və o, yenə kədərə bürünmüşdü.
Yavaş addımlarla gəlib, yanında əyləşdim. Mənə baxmadan, “bu gün buludlar ağlayacaq”
deyə danışmağa başladı.
-Sofi, sənə nə olub?-ilk sualımı ona
ünvanladım.
-Gəl, keçmişdən başlayaq. Sonra mənə nə olub,
onu sənə izah edəcəm-Başını havaya qaldıraraq mənim danışmağımı istədi.
-Yaxşı dedim.
-Artur, biz necə tanış olduq?-Sualını verdikdən
sonra, içki şişəsini dodaqlarına yaxınlaşdırdı.
-Kitabxanada bir-birimizi tanıdıq. Sən tək-tənha
bir masa arxasında əyləşmişdin. Həmin zaman yazıçı olduğuvu bilmirdim. Ancaq sənin
tipin məndə maraq oyatmışdı. Tez-tez saçlarıvı dağıdıb, ağ vərəqə nəsə
yazırdın. Sonra əlivi çənəvə qoyub, dərin xəyallara dalırmış kimi olurdun. Dəqiqələrcə
elə dayanıb, sonra ağ vərəqə yenə nəsə yazırdın. Bu məndə maraq oyatdı. Sənə
yaxınlaşmağa qərar verdim. Gəlib, səninlə üzbəüz əyləşdim. Dairəvi bir masa
idi. Sən, sanki bu dünya da deyildin. Çünki elə bil səninlə üzbəüz bir şəxs əyləşməmiş
kimi davranırdın. Yenə saçlarıvı dağıdıb, bir donmuş vəziyyətə düşürdün. Bu
zaman bir hekayə yazdığıvı başa düşdüm. Ağ vərəqivə baxdım və orda bir hekayə
yazıldığını gördüm. Beş cümlə oxudum göz ucu. Və elə o, beş cümlə ilə
ovsunlandım. Hekayə yazırsınız? Deyə soruşmuşdum səndən, yadıva gəlir? Sənin
cavab verməyivi gözləmədən, mən yazıçıyam, sizə kömək edə bilərəm deyə ağ vərəqivi
götürüb oxumaq istəyirdim ki, qələmin ucunu əlimə batırdın. Olmaz, bir
yazıçının vərəqini icazəsiz götürmək olmaz deyə qışqırmışdın. Məndə öz əlimi
sığallayaraq, bağışlayın demişdim. Çox utanmışdım, həqiqətən səhvə yol
vermişdim. Yadıva gəlirsə, üzr istəmişdim. Səndə, yəqin ki, üzrün qəbul
olunub-olunmamasını gözləmirsiniz deyə mənə baxaraq pıçaldamışdın. Məndə başa
düşməmişdim nə dediyivi. Nə deyirsiniz? Deyə təkidlə soruşmuşdum. Səndə, üzr
istəyən ancaq daxilini sakitləşdirməyə görə üzr istəyir və qarşı tərəfin üzrü qəbul
edib, etməməsi deyə bir şey olmadığını demişdin. Sənin ağıllı bir yazıçı
olduğuvu o, an başa düşmüşdüm. Nə isə, sonra sən hekayəvi bitirdin və mənə uzatdın.
Və belə bir fikir bildirdin: “Həddindən daha çox xəyal öldürmür. Sadəcə o, xəyalın
içərisindəki şəxs öldürür. Amma onu sən yaratmısan, deməli sən özüvü öldürməyə əmr
edirsən. Və bu “sən” elə beyin olacaq” demişdin. Cümləvi bitirdikdən sonra
çıxıb getmişdin və hekayəvi məndə qoymuşdun. Yadıva gəlirdə bunlar?
-Hə, Artur yadıma gəlir.
-Arxanca qışqırmışdım məndə. Bu cümlə ilə nəyi
demək istədiniz? Deyə qışqırırdım. Sən isə arxana dönmədən gedirdin. Bundan
sonra hər gün səni görməyə başladım. Sən isə yanımdan sürətli bir şəkildə ötüb
keçirdin. Ancaq gücümü bir gün topladım və mənim yanımdan ötüb keçmək istəyəndə
sənin qolundan yapışdım. Yadıva gəlirdə?! Amma necə tutmuşdum qolundan. Mənim
özümə lap ləzzət eləmişdi. Sən onda mənim gözlərimə baxdın. Mən sənə bir söz
demək istəyirdim ki, bu zaman sən qarnıma bir yumruq vurdun.
-Artur... Yadımdadır... Amma vicdan əzabı çəkmişdim
həmin zaman-Gülümsəyərək, sözünü bitirdi.
-Yerə yıxılmamaq üçün özümü güclə saxladım.
Amma yaxşı ki, növbəti gün gəlib yanımda əyləşdin. Çünki mən özüm daha sənin
yanıva yaxınlaşmağa çəkinirdim. Bilirsən də səni psixopat hesab edirdim.
-Hə... Bilirəm.
-Yəni, belə… Vicdan əzabı çəkdiyivə görə üzr
istədin məndən və sonra da söhbət etməyə başladıq. Sən bunları mənə niyə
danışdırdın?
-Çünki artıq vaxtdır.
-Nəyin vaxtıdır Sofi?-Gözlərimi bərəldərək
sualımı verdim.
-Yadıva gəlir?! O, сümlənin mənasını dəfələrcə
soruşurdun məndən. Və birdə məni niyə sevə bilmirsən? deyə də sual verirdin.
-Hə... O, sualları vermişəm sənə. İkinci sualı
dünəndə demişəm sənə. Tək şəkildə səni sevməkdən yorulmadım. Amma məni niyə sevə
bilmirsən deyə səbəbini bilmək istəyirəm. Axı əllərimi tutursan, başıvı çiynimə
qoyursan, lazım gələndə qucaqlayırsan, vaxtıvı mənimlə keçirməkdən həzz
aldığıvı deyirsən amma səni sevə bilmirəm deyə danışırsan.
-Artur, indi sənə hər şeyi izah edəcəm-Sofi,
butulka şişəsini mədəsinə boşaldıb, onu kənara tullayaraq danışmağa başladı. Səni
sevə bilmirdim. Səbəbi isə başqa bir insanı sevdiyim idi-Sofi danışmağını
yarımçıq kəsərək, göz yaşlarını sildi.
Duman
artıq bütün dənizi əhatə etmişdi. Ağlayan buludlarda üzərimizə öz göz yaşlarını
axıdırdı. Necə yəni başqa insanı sevirdim?!-Hirsimdən boğulduğumu hiss edirdim.
-Artur, mən var olmayan bir insanı sevirdim. Yəni,
həyatda yaşamayan, ancaq beyində mövcud olan şəxsə aşiq olmuşdum.
-Mən heç nə başa düşmədim.-Ofuldayaraq, cümləni
güclə tamamladım.
-Səni sevməməyimin səbəbi xəstəliyimdir. Məndə
“Maladaptive Daydreaming”(həddindən çox xəyal etmək) xəstəliyi var. Həddin çox
xəyal edirəm. Yəni, normal insandan fərqli olaraq xəyal qurmaqda həddimi
aşıram. Və mən bu xəstəliyin ucbatından özümdə bilmədən beynimdə bir insan
yaratdım. Onu sevməyə başladım. O, da məni sevirdi. Çox xoşbəxt idik.
-Bu bir növ şizofreniya ilə əlaqəlidir?-Onun
sözünü yarımçıq kəsdim.
-Yox… Bu xəstəlikdə qurduğun dünyanın, insanın
real olmadığını bilirsən. Ancaq şizofrenlər qurduqları obrazları real bilirlər.
Mən şizofrenlərdən fərqliyəm.
-Aydındır-Gözlərimi dənizin ortasına dikərək,
Sofinin danışmasını gözlədim.
-Onunla əsl sevgili idim. Vaxtımın çox hissəsini
ona ayırırdım. Bəzən ona vaxt ayırdığıma görə, işlərimi yarımçıq qoymağa məcbur
olurdum.
-Başa düşdüm səni. İki var olan şəxs və bir dənə
var olmayan insan. Sən var olanı görə-görə, var olmayanı seçdin-Gözlərim
dolmağa başlamışdı.
-Artur,
bu bir xəstəlikdir. Beynimin bir oynuna aldandım. Nə edə bilərəm?! Bu xəstəlikdən
qurtulmağın yolu var idi. O, da hipnoz, dərman, psixologun yanına gedərək
terapi üçün seanslar ayırmalı idim. Dərman atmasamda olardı. Yəni qurtulmaq
mümkün idi. Sadəcə mən ona bağlanmışdım. Ona görə də müalicə almaq istəmirdim.
-Bir dəqiqə, idi? İndi mümkün deyil?-Təəccüblü
şəkildə soruşdum.
-Gecdir artıq. Çünki mən bu yaxınlarda başqa
bir qərara gəlmişəm. Həmdə o, var olmayan şəxs məni tərk edib.
-Tərk etdi?! Dəhşət. Doğurdanda beyin səninlə əməlli
başlı oynayıb.
-Hə elədir. Yadıva gəlir cümləm?! “Həddindən
daha çox xəyal öldürmür. Sadəcə o, xəyalın içərisindəki şəxs öldürür. Amma onu
sən yaratmısan, deməli sən özüvü öldürməyə əmr edirsən. Və bu “sən” elə beyin
olacaq”. Bu cümlə də onu demək istəyirəm ki, beyin “sən” rolunda çıxış edir. Yəni
səni idarə edən beyinə o, qədər güvənirsən ki, sonda o, səni tələyə salır.
Beyin tez-tez bizimlə bir oyun oynayır.
-Deməli, “sən” deyəndə əslində beyin nəzərdə
tutulub. Oyun daxilində yəni-Sofinin gözlərinə baxaraq cümləmi tamamladım.
-Bəli, Artur. Beynim mənə əmr verdi. Onsuzda
bu belə olur. Yəni biz qəbul etsəkdə, etməsəkdə. Sadəcə bir-birimizdən xəstəliyimizə
görə fərqlənirik. Beyində bu xəstəlikdən çox gözəl şəkildə istifadə edir. Və bu
gün bir şeyə əmin oldum. Beynimizə güvənməməliyik. Çünki o, hər cür qiyafə də
bizimlə bir oyun oynayır.
Razıyam səninlə-Udqunaraq, dedim.
Səssizliyə
bürünmüşdüm. Onun “Maladaptive Daydreaming” xəstəliyindən əziyyət çəkdiyinini
bilməyim mənə əzab verirdi. Var olmayan bir üçüncü şəxs aramızda olmuşdu. Sən
buna görə məni çağırdın yanına?-növbəti sualı ona ünvanladım.
-Həm ona görə, həm də ki, bir qərar vermişəm-İkinci
dəfə eyni cümləni təkrarladı.
-Nə qərarı?-Həyacanlanmağa başladım.
-Artur, mən intihar etmək istəyirəm.
-Qəh-qəhə ilə gülməyə başladım. Sən intihar etmək
istəyirsən?
-Hə... Bunda gülməli nə var?-Təəccüblü
baxışları ilə mənə baxırdı.
-Ay Sofi… Təsadüf bilmirəm var,
yoxsa yox. Ancaq məndə intihar etmək qərarı vermişəm.
-Nə...?! Səndə…?!-İkimizdə qəh-qəhə
ilə gülməyə başladıq. Elə həyatın acığına ürəkdən gülürdük.
-Sofi, sən niyə inthar etmək istəyirsən?-Gülməyimi
birdən dayandırıb sual verdim.
-Elə bil ki, həyatdakı mövqeyimi bitirmişəm.
Ölümdən sonrakı həyat mənə maraqlı gəlir. Ona görə də deyirəm bəlkə o, biri tərəfi
də ziyaret edim. Daha bu həyatdan gözləntim yoxdur. Sanki, istədiyimi edib,
bitirmişəm. Bəs sən niyə intihar etmək istəyirsən?
-Bu boyda dünyanın bir əmması olduğumu zənn
edirəm. Düşünürəm ki, hər şey təkdir. Yəni mən öləndən sonra, əslində heç nə
var olmamış olacaq. Mən deyəndə əslində hər kəsə aid edirəm. Axı mən, sən, biz
deyiləsi bir şey yoxdur. Hər şey bütövdür. Ölüm, baxım görüm şüurum hara aparır
məni.
-Maraqlıdır. Bəs sən məni sevdiyin halda bu qərara
necə gəldin?-Sofi, təəccüblü baxışlarla mənə baxırdı.
-Axı mənim şüurumda mövcudsan. Düşündüm ki,
öldükdən sonra səni axtarıb tapa biləcəm. O, biri həyatda tapacam və yenə sevəcəm.
-Çox riskli bir hərəkət edəcəksən-Sofi gülümsəyərək
cavab verdi.
-Hə, nə deyirsən? Özümüzü necə öldürək?-Başımı
qaşıyaraq sual verdim.
-Özümüzü asaraq. Amma, öncə sən özüvü
asacaqsan, mən izləyəcəm. Ondan sonra sənin yanında da mən intihar edəcəm.
-Paho... Niyə məhz birinci mən?!
Olmaz, qadınlara yol verirəm mən. Öncə, sən özüvü öldür.
Əşi... Gör nəyin davasını edirik. Yaxşı,
birinci mən özümü öldürəcəm-Sofi çantasından ipi çıxardaraq, dənizdən biraz
aralı olan tək-tənha böyümüş ağaca doğru addımlamağa başladı. Hə... Gəlirsən
arxamca?-Gözlərini mənə zilləyərək soruşdu.
-Hə, əlbəttə gəlirəm. Məndə çantamdan qalın
ipi çıxardaraq, Sofinin yanı ilə ağaca doğru addımladım. Ağaca on addım qalmış,
burda dayan və izlə deyə Sofi mənə demiş oldu. Onun son sözləri idi deyəsən bu.
Ağacın təpəsinə çıxaraq, ipi ordan asdı. Sonra ipin halqalanmış ucunu başına
keçirtdi. Halqanın içindən saçlarını çıxartdı. Üzünü çevirərək mənə baxdı və
gülümsədi. Əlini havaya qaldıraraq özünü budağın başından yerə buraxdı. Budaq
çox möhkəm idi, o heç tərpənmədi. Əvəzində, Sofi fırlanmağa başladı yerində.
Ayaqları əsirdi, boynunun qırıldığını bilirdim. Çünki kiçik bir səs eşitmişdim.
Son saniyələri qalmışdı. Onu hiss edə bilirdim. Və budur ayaqlar daha tərpənmir.
Külək onu biraz sağa və biraz da sola yellədirdi. Saçlarıda, sanki rəqs edirdi
hava da. Mənim gözlərim bir nöqtəyə zillənmişdi. Onun cəsədinə baxırdım.
Ağlamaq tutdu məni, göz yaşlarına boğuldum. Dizlərimi yerə atdım, hönkür-hönkür
ağlamağa başladım. İçimdə bir hiss yarandı. Bu hiss qorxu idi. İntihar etməyə cəsarətimi
itirmişdim. Çünki gördüyüm hadisə məni sarsıtmışdı. Əllərimi üzümə apararaq
qışqırmağa başladım. Gərək, intihar səhnəsini izləməzdim, deyə düşündüm. İndi
isə böyük bir bəlaya qapandım. Ölmək istədiyim təqdirdə, ölə bilməmək bəlası
idi. Göz yaşları içində onun cansız bədəninə baxırdım. Yağış damlası altında
sağa və sola dönən bir bədən var idi. Sofi, kitabımın son cümləsi oldu. Onun
ölümünü izlədikdən sonra, mən intihar edə bilməmişdim. Evə gəlib, yarımçıq
qalmış kitabımı tamamladım.
Saatdan
xəbərim yox idi. Yatmağı belə düşünmürdüm. Çünki bu hadisədən heç vaxt
ayılmayacağam deyə düşünürdüm ki, birdən evimə biriləri soxuldu. Mənim əlimi və
qolumu ağ xələtlə bağlayaraq maşına doğru apardılar. Ünvan bəlli idi. Maşın dəlixana
divarlarına doğru irəlliləməyə başladı. Bilirəm, anam və atam peşmandılar.
Ancaq dəli bir övladı dəlixanaya göndərməli idilər. Çünki, valideynlərim cəmiyyətə
düşkün idilər. Qonşuların əlindən biabr olmamaq üçün gecə-gecə dəlixanaya xəbər
vermişdilər. Bütün dəlilər kimi, məndə dəli deyiləm desəm də mənə hay verən
olmayacaqdı.
Üçüncü
şəxs var olmayan insan, Sofini tərk etdi və öldü. Birinci şəxs Sofi özü idi. O,
isə üçüncü şəxsdən sonra intihar etdi. Başa düşürsünüz o, intihar etdi. Mən
ikinci şəxsəm, sona qalan və hər dəfəsində həyatda gecikən. Həkim, mən intihar
edə bilmədim. Başa düşürsən məni... Lənətə gəlməyəsən... Mən intihar edə bilmədim.
Və ən böyük əzabda ölmək istədiyin təqdirdə ölə bilməməyindir.
-Həkimi,
sizə bir sual vermək olar?
-Buyurun.
-Sizdə qalın
bir ip olmaz? Yəni Sofinin boynundan çıxarılan
ipdən. Mən yoxlamaq istəyirəm intihar etməyi. Bəlkə də, Sofi məni gözləyir.
Yorumlar
Yorum Gönder