"Beş hərif"
Bir iki mötərizə əvəz edir gülüşləri Deyəsən yavaş-yavaş unudulur, gülüş səsləri. Daha çətindir ağlamaq, sevincli fəsillərdə Üşüsən, bil ki, kədər fəslidir. Heç sıxılmadın çox sevməkdən?! Gəl biraz dalaşaq, sözləri ataq bir-birimizə. Sən əsəbləş, mən çıxım gedim, ya da əksinə edək Eh fərqi nədir, Onsuzda ikimizdən də ayrılıq qoxusu gələcək. Yandırıram vərəqlərimi, bezdim o beş hərfli sözdən İstəyirsən götür geyin əynivə yazılı kağızlarımı Amma unutma, yağış damlası altında islanacaqsan...