Kayıtlar

Ekim, 2015 tarihine ait yayınlar gösteriliyor

"İnanc haqqım"

Resim
Soyundum bütün inanclarımı Ey tanrı durmuşam sənin qarşında İndi sən göstər mənə inancıvı. Payımı belə artıq istəmirəm, Mənə yalnız səmadan həqiqət göndər. Cənnət hurilərinə görə, sənə inanmıram Mən sənə ancaq cənnətsiz inanıram. Şeytan səni sevirdi, sevdiyi üçün tərk etdi Çünki bəzən sevdiyin üçün tərk edirsən. Eh... Sən danışmırsan bilirəm Bəs bu susqunluq nə üçündür?! Sən heç dualara cavab vermirsən Bütün dualar sən demə, səssiz cavablar daşıyır. Mən səni qibləyə, məkkəyə görə sevmirəm Səni mən olduğun üçün sevirəm. Gecələr dualarım şeirlərə bəzən çevrilir Mən səni dualarım üçün heç sevmirəm Səni dualarsız sevirəm. Sevməyim üçün, beş dəst vaxta ehtiyac yoxdur Səni zamansız sevirəm. Bəlkə, buludlardan axıdasan həqiqəti Axı dünya dönür, səni 70 dən çox yerdə bildirirlər. Bax, sənin adından, sənin olduğun bədənləri kəsirlər Elə sənin adından, siyasətə atılıblar, ticarət yürüdürlər. Hər kəs yazılanları bir cür başa düşür Tanrı, bəlkə mənə inanc haqqımı verəsən...

"Gedirik"

Resim
Gedirik, dur əynivi geyin Saçlarıvı tök çiynivə, gülüşlərindən də biraz at çantava Gedirik, axı uzaq məsafələr bizi gözləyir. Çalış əynivi qalın geyin Bəlkə külək, çağırılmamış qonaq kimi gəldi yanımıza. Çətiridə götür, buludlar tərs-tərs baxa bilər bizə Amma mən öyrəşmişəm buludların ağlamasına, Bəlkə səndə öyrəşərsən, saçlarıvın xətrinə. Gözlərin, mənə kitabdakı qəhrəmanı xatırladır Gülüşlərin isə, səssiz bir söz kimi xəyallarımda qalır. Sən hardan gəldin?! Necə oldu gözlərimdə göründü?! Eh nə isə boş ver, gedəcəyimiz yolları izləyək. Çantandan mənə bir-iki gülüş ver Çünki keçən ay gülüşlərimi yalançılara xərclədim. Bağışla, paltarım biraz çirklidir kədərdən Axı mən, bəzi gecələr şeir dağıdıram üstümə. Nə isə, yoruldun?! Gedirik, narahatçılığıvı yığ kənara. Biz səssiz getməliyik, çünki şəhər yatır hələ Oyandırmamalıyıq, şirin yuxudadır cəmiyyət hələ...

"İtirənlər dünyası"

Resim
Öldüyüm gün, adım çadrda xatırlanacaq Sonra saatlar unutduracaq adımı, heç kəs xatırlamayacaq, Şəhər belə unudacaq, yollarda izim qalmıyacaq. Deyəsən həyatın dərmanıdır ölmək Həmin zaman qurtuluş taxılır insan sinəsinə. Ölümü arzulamıram, istəmirəm böcəkli torpağı Duada etsəm, göylər eşitməyəcək bilirəm. Bilirəm, bir dua var heç yerinə yetmiyəcək Analar ölməsin desəmdə, göylər bir işarə vermiyəcək, bilirəm. Atalarda ölür, itirəcəyimiz başqa hansı doğmanı əlavə edək?! Bir-birimizi itirənlər dünyasındayıq Hər kəs əqrəblərin hesabına itirir, Və bir gün göylərdə itirəcək, buludlar olmayacaq...

"Ölümün acığına"

Resim
Gəlirik dünyaya yaşayıb, ölmək üçün Biri mənə çıxıb desin başqa nə üçün? Gülürük, kədərlənirik, işləyirik lənətə gəlmiş pul üçün Bir aylıq planlar, istirahət biletləri Sonra bilinməyən vaxtda gedişsiz, plansız ölmək Və sonda qurduğun planlar uçur, bilinməyən şəhərlərə. Gəl bir yerdə ölək desən, saçlarını gizlədib qaçacaq qadının Sonra saç axtaracaqsan, boğazıva keçirib özüvü asmaq üçün. Ölümü qeyd edirik, pulun sayına görə fərq var Ölüm bahadır, bir neçə metrlik torpaqda almalıyıq, Biləyi torpağa qarışdırıb uzanmaq üçün. Qəribə bir oynun içindəyik sanki Sonu olacaq, qırılmağa hazır olan körpünün üstündəyik. Ölməyin xeyirli olsun, Ordan bir şərab ver qadın, ölümün sağlığına içək. Əşi gül, oyna ölümlə, əla sal onu Yandır bir-iki siqaret, ölümün acığına, Yaşa, yaşa həyatıvı elə ölümün acığına...

"Beşinci fəsil"

Resim
Ovucumda gətirmişdim ulduzları sənə Çünki, sən insanların ölməsini istəmirdin. Göylərdən oğurlamışdım, indi buludlar ağlayır Neyləyim indi de mənə Sən axı günəşi sevirdin, kədərli buludları yox. Uzaq məsafələr ayırdı bizi, xəritələrdə baxıram sənə Heç bu qədər təsəlli görməmişdim. Sən elə getdin ki, sözlərim qalmayıb səssizləşdim Yollarda axtardım, sözlərdən əlavə, Heç sənin izivi də tapa bilmədim. İndi boş səkilər, birdə tək yarpağın olduğu oturacaqlar qalıb Beşinci fəsli qoydun məndə, sən bax belə gedərsən. Bu beşinci fəslimi soyuq, sənsiz keçirirəm Adlarını hətta bilməyib içdiyim şərablar var, İndi beşinci fəslimi qeyd edirəm sənsiz. Siqareti yandırmıram artıq, metafora yaratmışam Dişlərimin arasında gəzdirirəm, sənin sevmədiyin siqaret dənəsini. Yandırdım dört fəslimi, Küllərini yığıb, beşinci fəsil yaratdım, sənin saçlarıvın xətrinə...

"Susmaq, bəzən dəyərlidir"

Resim
  Mən susmağı iki xüsusiyyətə ayırıram. Daxilən və xarici olaraq susmaq. Susmaq, sözləri unutmaq demək deyil. Susmaq, sözlərin dəyərini bilməkdir. Bəziləri insanlara güvənmədikləri üçün susurlar. Bəziləri boş-boş cümlələrə görə susurlar. Bəziləri isə qarşı tərəfin anlamayacağına görə sözlərin dəyərini bilib susurlar. Əslində, boş-boş danışmaqdansa, sırf ağızdan bir söz çıxsın deyə dil-dil ötmək və bu sözləri nəyə görə dediyini anlamamaqdansa, danışmamağı seçmək daha məntiqli hərəkət olar. Çünki həmin zaman susmaq çox dəyərli bir məfhuma çevrilir. Bu dediklərim xarici olaraq susmağa aiddir. İndi isə belə bir ifadə deyim sizə. Hər zaman danış, insanlara qarış, onlarla birlikdə vaxt keçirt bunları etməyə insan məcbur deyil. Bəzən insan tək qalmalıdır. Özü ilə həmsöhbət olmağı bacarmalıdır. Mən demirəm ki, heç vaxt insanlarla həmsöhbət olmayın. İnsanlarla həmsöhbət olmaq çox gözəl bir xüsusiyyətdir. Mən onu bildirmək istəyirəm ki, biraz insanlarla həmsöhbət olun, biraz da tənhalığa ...

"Bəlkələr"

Resim
Birdə baxarsan güllər açıb, əvvəl qanlı cəsədlərin olduğu yerdə. Ya da ki, görərsən uşaqlar daşlardan qapı düzəldib futbol oynayır. Ola bilər axşam saatlarında, bəlkə də iki gənc əl-ələ tutuşub yeni parkda gəzəcəklər. Həmişə məhlə də yatan ailəni, müharibə saatının donmasından sonra, bəlkə də bir evdə görəcəksən. Səhər olan kimi analar övladlarını çörək almağa göndərmiş ola bilərlər. Bəlkə də sabah başlarını, yastıq hesab etdikləri daşdan tox qarnına qaldıracaqlar. Səhərlər bombanın səsinə oyanırdılar, bəlkə də sabah analarının "dur ayağa mənim göyçək balam" səsi ilə oyanacaqlar. Eh, bu bəlkələr qurtarmırda. Bəlkə də sabah qurtaracaq kim bilir. Yığışdırın silahı, uşaqlar qorxurlar. Silahı oyuncaq ilə dəyişin, onlar oyuncağı sevirlər. Yox ee yox düzəlmir, bəlkələr hələ də davam edir...

Ceyhun Məmmədov-"730 gün"(hekayə)

Resim
  Heç vaxt sözünü bəzən başa düşmürdüm. Kasıb bir ailədən anadan olmuşdum bilirəm. Amma bu mənim günahım deyildi ki. Atam fəhlə işləyir, anam isə evdar qadındır. Artıq bir həftədir ki, kartof qızartması yeyirdim. Bunda mənim nə günahım var?! Elə vaxtlar olurdu ki, çörəyi suya batırıb qarnımızı doydururduq. Heç kimdə və heçnə də günah axtarmırdım. On üç yaşım olan kimi həyatın içinə rəsmən tüpürdüm. Beş il varlanacayıq arzusu ilə yaşadım. Sonra gördüm ki, kasıblıq yaxamızı buraxmır. Hər şeyi anladım on üç yaşımda. Anladım ki, bu həyatı unutmalıyam. Depresiya çuxuruna düşdüm, gecə və gündüz otağımda qalıb vərəqlərdə ki, yazıları oxuyurdum. Vərəqləri simiçka satan nənədən əldə edirdim. Hər gün iyirmi qəpik verib bükülü vərəqin içində simiçka alırdım. O, vərəqləri heç tullamırdım, otağımda döşəmənin üstündə oturub oxuyurdum. Çünki oxuya biləcəyim bir kitab yox idi. Kasıblığın ucbatından məktəbə də gedə bilməmişdim. Sağolsun  qonşumuz Nəzakət müəllimə, pulsuz mənə oxumağı öyrətm...

"Yaşatmaq həyatı"

Resim
Mən buludu sevdim, günəşdən qaçaraq Xoşbəxtliyimi xərclədim, beş qəpiklik sözləri eşidərək. İndi sən durub mənə kədərdən danışırsan Heç vecimədə deyil, rəngbərəng göy qurşağı. Uşaqlıqdan çıxaraq, qocalığa doğru addımlamaq Öldürmək, yaş asfaltın üstündə gəncliyi öldürmək Geriyə yol yoxdur, qocalıqda dönüb baxmaq. Yaşamamaq nəfəs alaraq, kar olaraq sözləri eşitməmək Cəmiyyətin qüsurlarını, olmayan barmaq ilə saya bilməmək Çox çətindir yaşatmaq həyatı, dünən ki, kimi dünya dönür. Söz azadlığı öldürülüb, dirilmir Hər haqqı deyən ağız, gözləri həbsxanaya qurban verir...

Sevgi necə yaranır?

Resim
Hər birimiz sevib və sevilmək istəyirik. Hər kəsin həyatında sevgi olub və yaxudda hələ olacaq. Bəziləri sevgidən acıda çəkir. İntihara hətta əl atanlar var. Amma onu deyim ki, sevgiyə görə heç zaman belə bir məntiqsizliyi etməyin. İndi özüvüzdə görəcəksiz ki sevgiyə görə özünü öldürmək məntiqsizlikdir. Verəcəyim məlumat sevginin yaranması ilə bağlıdır. Sevgi hormon ifrazı nəticəsində yaranır. Feromon kimyəvi maddənin vasitəçiliyi ilə hormon ifrazı başlayır. Sual verə bilərsiz necə yəni? Əks cinsivizdə olan bir şəxsi görürsüz həmin zaman feromon kimyəvi maddə burnuvuza daxil olur və orqanizmin bütün nöqtələrinə yayılır həmçinin beyinədə gedir. Bu zaman hormon ifrazı başlanılır və beləliklə sevgi ya da ehtiraz yaranır. Bundan sonra bağlılıq yaranmadan siz hətta sevgini məhv edə bilərsiz. Bağlılıq yaranmayana qədər sevgi sizin əlivizdə olur. İstəsəs hormon ifrazını artıraraq sevgivizi artırasız ya da hormon ifrazını zəiflədərək sevgini məhv edə bilərsiz. Bunun üçün əks cinsdə və özüvü...

Pirallahı rayonu-Ceyhun Məmmədov-"Ağ-Qara" adlı kitabın qısa metrajlı filmi

Resim

19.05.2015 faciəsi

Resim
19.05.2015 faciəsi...

"Biri yox biri var"

Resim
Biri var, biri yox Tənhalıq adlı dərya isə hər zaman var. Nağıllardan öyrəndik, yaxşılar hər zaman qalib olur Eh, sadəcə nağıldır deyə-deyə qaldıq. Unut, unut sözləri deyir içimdən bir səs Səssiz qal, bəzən bir küncdə otur və sadəcə izləyici ol deyir. İyrənc görsənir, yalançı insanlar Bu qədər doğru heç cavan qalarmı, heyif. Saatları qırmağım sadəcə əlimdən gəlir Kaş zamanı qıra bilərdim ya da yandırardım Külünü isə heç saxlamazdım, zibil qutularına atardım Çünki, şəhər zamandan təmizlənərdi. Zamansız olmaq istədim, güləndə heç tərpənməsin əqrəblər Tələsmədən, məqsədsiz yaşamaq Niyə zamanı vecimizə alırıq ki?! Bax və gör, əqrəblər heç insanı vecinə almır. Biri yox, biri var Hər zaman belədir, boş ver...

"Bəxt üzüyü" filmindən Hüseyn...

Resim

Müəllim və Rüşvət

Resim
Müəllim və rüşvət bir-birinə yaraşmayan sözlərdir. Amma bəzi müəllimlər deyəsən rüşvət sözünü özlərinə yaraşdırıblar. Tələbələrin bəziləri də "şirinlik verirəm" deyərək, deyəsən özlərinə təsəlli verməyə çalışırlar. Əslində müəllimi şirinləşdirən tələbələr olur. Heç bir tələbə müəllimə rüşvət verməsəydi, şirinləşmədə baş tutmayacaqdı. Rüşvət alan müəllimin, dərs demə dərəcəsi də çox aşağı olur. Elə aşağıdaki karikatura rüşvət alan müəllimlərə uyğun gəlir. Müəllimin vəzifəsi almaq deyil. Heç bir müəllim kağız pullar üçün biliyini satmamalıdır. Biliyivizi 5-10 manatlıq etməyin. Rüşvət alaraq bilik paylaşmaq olmur...

"Filmin sonu"

Resim
Hərdən səssiz qalmaq istəyirsən, avtobusun bir kənarında əyləşib yolu tamaşa edərək, xəyali dünya da öz filmivə baxırsan, həyatın senaryosunda bəzən roluvu tək oynayırsan. Bilirsiz roluvuzu nə zaman tərk edirsiz? İntihar edəndə. Rolu tərk etməklə, rolu bitirmək arasında fərq var. Rolu bitirmək, gözlənilmədən ölmək deməkdir. Amma intihar edirsənsə, deməli istəyərək, gözdüyərək ölürsən, onda rolu tərk etmək sayılır. Təsəvvür edin ki, tavana asdığıvız ipə möhtac olaraq, aciz bir şəkildə ipin sizi öldürməsini gözdəyirsiz. Ona görə də ən yaxşısı gözlənilmədən ölməkdir. Bəs bilirsiz roluvuz nədən ibarətdir? Hər kəsin rolu bir tərəfdən eynidir. Bu rol yaşamaqdan, normal nəfəs almağa çalışmaqdan, məntiqli bir həyatı oynamaqdan ibarətdir. Bu sadaladıqlarım hər kəsin oynamalı olduğu ümumi rollardır. Sonra fərdi rollar var. Bu hər bir insana görə dəyişir. Fərdi rolları insan özü seçir. Heçnə və heç kim fərdi rollara qarışa bilməz. Sonda pərdələr bağlanır. O, pərdələrin bağlanmasını gözləməlisi...