Ceyhun Məmmədov-Noyabr üçün darıxmaq
+ Noyabr , həmin ay üçün darıxmaq hissi keçir daxilimdən. İnsan niyə təqvimdə qeyd olunan bir ay üçün darıxsın ki?! Hərçənd ki, möcüzələrə inanacaq fikrə sahib deyiləm. Səncə Zero, möcüzələrə inananlar huzurlu yaşayırlar ? -Huzurlu olmaq üçün hər bir insan özünə görə müxtəlif vasitələr seçə bilər. Kimisi musiqini, kimlərsə yemək yeməyi , kim isə möcüzələrə inanaraq huzurlu olar. +Və yaxudda kimlər isə sevdiyi şəxsinə sarılaraq huzurun daxilinə düşər. -Noyabr ayı üçün daha çox darıxanlar, tənha olanlardır. Təqvimdə həmin ayı qırmızı işarəyə almaq lazımdır. Tənha insanlar üçün həmin ay bir bayram kimi qeyd olunmalıdır. +Zero, özümüzü çoxmu aldadırıq? Göy üzünə baxarkən düşündüyüm tək bir şey var. Nə zaman bu yer kürəsindən ayrılacam deyə , fikirləşirəm. Səncə yalnız ölərkənmi bu istəyim reallaşacaq? -Bəzi istəklər ölərək reallaşır. Çox da üzmə qəlbini. O ki, qaldı özümüzü aldatmağa. Bu qətiyyən pis bir xüsusiyyət deyil. Əgər insanlar özünü aldatmasa onda səh...