Ceyhun Məmmədov-Danış Zero
+Həyata səslənmək deyə bir şey vardır. Və o, sənə cavab verəcəkdi. Eyni ilə Tanrı kimi. Halbuki cavab verən həmişə özün olursan. İllərcə də bu davam edəcək. Çünki hələ anlamamısınız! +Zero, səmaya baxanda düşündüyün nə olur? -Böyük bir səssizlik. +Çox ciddiyə alırıq hər şeyi. Ancaq bu sıxıntılar yaradır. Ciddiyə alınacaq bir şeylər yoxdur ortada. Vecsizliyin dibində üzə bilmək üçün bağlılığın olmamalıdır heç nəyə və heç kəsə. +Zero danış. -Həyatı ələ salmaq mühüm şərtdir. Ona görə ki, eyni ilə həyat da bizə qarşı bunu edir. Bizə öyrədilənlərin çoxu səhvdir. Universiteddə işləyən bir müəllimin sizdən ağıllı olduğunu heç zaman düşünməyin. Əslində düşüncə tərzi ancaq fərqli olur. Ağıllılıq üstünlüyünü müqayisə etmək deyə bir şey yoxdur. Çünki sadəcə fərqli yönlərdə düşünmək deyə bir şey vardır. Yaş fərqi rol oynamır. Ağıllı və ya ağılsız deyə varlıq mövcud deyil. Burda rol oynayan sadəcə seçdiyin yoldur: 1) Sürü psixologiya...