Ceyhun Məmmədov-“Səhərlərə düşmən”(hekayə)
Saatlarca bir nöqtəyə baxmaq gücünə malikəm. 50 dəfə xəyallarda ölüb, dirilmişəm. Həyatda belə bir şeyin mümkün olacağını bilsəydim, çox şeylərdə risklər edərdim. Və birdə dirildikdən sonra öncəki həyatımdan fərqli yaşayardım. Xəyallarda fərqli yaşayıram. Gah bir gün biznesmen oluram, gah da yazıçı, jurnalist, mühəndis bu sahələrə də sahib olmuş oluram. Xəyallar sərhədsizdir. Həyatım boyunca orda yaşaya bilərəm. Heç qayıtmaram bu dünyaya. Mən Tanrıyam. Ancaq öz dünyamda. Burda insanları yaratmışam. Müxtəlif cür parkları, mağazaları, binaları və.s yerləri mən inşa etmişəm. Orası dağıla bilərmi?! Dağıla bilər. Mən istədiyim təqdirdə. İstədiyimi edirəm burda. Adam öldürməkdən tutmuş, insanları çoxaltmağa qədər. İstədiyim an yağış yağdırıram. Və mən istədikcə qar da yağa bilər. Burası çox təmizdir. Çünki şəhərin mərkəzində göyərçinlər çoxdur. Dünyamın özü sülh dünyasıdır. Burda dövlətlər yoxdur, müharibələr heç zaman keçirilməyib və keçirilməyəcək də. Ac körpə deyi...