Kayıtlar

Haziran, 2016 tarihine ait yayınlar gösteriliyor

Ceyhun Məmmədov-“Pəncərə”(hekayə)

Resim
   Mən insanların təbəssümünü görürəm. Onların əllərini, gözlərini izləyə bilirəm. Bütün görüntü gözümün qabağındadır. Pəncərə, mən hamınızı burdan izləyirəm. Amma izləməklə tamamlanmırsan. Mənim həyatımda tək bir şey çatışmırdı. Ancaq o, mənə mane ola bilmədi. Kiçik bir hekayəm var. Pəncərəmdən baxaraq bunu sizin üçün yazmaq istəyirəm.   Adım Emilia, 18 yaşım var. Mən kimsəsizlər yurdun da böyümüşəm. İndi tək-tənha bir evdə yaşayıram. Kiçik bir dünyam da böyük bir kitabxanam var. Mən dünyamı kitablarla qurdum. Hə, unutmamış onu da deyim. Dünyamın qurulmasında rəqs etməyimində rolu böyük oldu. Sanki yerimdə dövr edərək dünyamın kənarlarını qurdum. Və kitablarla isə dünyamın içini rənglədim. Dağıldımı heç o, dünya?! Əlbəttə dağıldı. Dəfələrcə zərbə altında oldu dünyam. Amma mən yenidən onu inşa etdim. Bir çox hadisələrlə qarşılaşdım. İnsanları təəccübləndirdim. Bilmirəm necə bacardım bunu. Amma məndə çatışmayan bir xüsusiyyətimlə hər kəsi təəccübləndirdim.   B...