Ceyhun Məmmədov-“Üçüncü şəxs”(hekayə)
-Alo , Sofi ?! Nə olub sənə? Niyə ağlayırsan? -Artur , mən özümü piss hiss edirəm. Sən hardasan? Görüşə bilərik? -Əlbəttə, harda görüşək? -Həmişəki yerdə. -Oldu. Sərin bir külək əsirdi. Səmada ağlayan buludlar artıq görünməyə başlayırdı. Addımlarımı sürətləndirirdim. Arabir daşa ilişib büdrəyirdim. Tez-tez çiynimdəki çantamı düzəldərək, yoluma davam edirdim. Günəş hardasa batmaq üzərə idi. Havada bir kədər qoxusu gəzirdi. Sahilə çatmağa artıq az qalmışdı. Yoxuşdan, aşağı enən zaman az qala yıxılacaqdım. Gözlərimi dənizə doğru zillədim. Aman Tanrım, bu necə havadır belə?! Duman, dənizi büs-bütün örtməyə çalışırdı. Dalğalar, yenə əsəbi idilər. Nostlaji hisslər yaşamıram desəydim yalan olacaqdı. Sofi, sahil kənarında əyləşmiş vəziyyətdə yenə özünü tüstüyə boğurdu. Başında papaq, yanında isə içki şişəsi var idi. Və o, yenə kədərə bürünmüşdü. Yavaş addımlarla gəlib, yanında əyləşdim. Mənə baxmadan, “bu gün buludlar ağlayacaq” deyə danışmağa başladı. -So...