Kayıtlar

Mart, 2016 tarihine ait yayınlar gösteriliyor

"Keçmişin nöqtəsi"(hekayə)

Resim
Yadıma düşür çantamı yığmağım. Çiynimə taxıb səssiz evə əlvida deməyim. Heç kimin olmamasına, boş qalacaq evə əlimi qaldırıb sağol deməyim. Qəribədir, görəsən birdə bu evə nə vaxt qayıdacam. Bəlkə də heç qayıtmadım kim bilir. Amma fərqi nədir qayıtsamda yenə də boş olacaq ev. Məndən başqa heç kimin səsi gəlmiyəcək bu evdə. Çünki təkcə mən və birdə divarlar var idi. Bunları indi çox aydın xatırlayıram. Öncə qapını bağlamağım və sonra pilləkənlərlə düşməyim, arada çiynimdən düşən çantanı düzəltməyim, maşına əyləşib məzarlığa doğru getməyim, anama və atama çiçək qoyub buralardan getməyim. Çox aydın və net yadımdadır hamısı. Mən hal-hazırda sanki keçmişdə baş vermiş bir filmə baxıram beynimdə. Xəyallar gözümün qabağında canlanır. Hava limanına çatmağım, bircə çanta ilə yoxlanışdan keçməyim və sonda arxaya dönüb baxmağım. Hamısı yadımdadır. Amma niyə arxaya döndüm?! Axı bilirəm o gəlmiyəcəkdi. Bilirəm ki, onu necə sevdiyimi ona deməmişdim. Cəsarətsiz oldum yoxsa xəyallarımın puça çıxması...

"Karikaturaçı"(hekayə)

Resim
   Mənim adım Turqut, sadəcə Turqut. Adımı qısaldan olmayıb, çünki mənim heç dostum yoxdur. İnsanlardan qaçmağı sevirəm, tək-tənha, cəmiyyətdən uzaq da qalmaq mənə daha xoş təəssürat bəxş edir. Ancaq hələ cəmiyyətdən tam uzaq deyiləm. Ona görə ki, tələbəyəm. Amma heç bəyənmədim mən tələbəlik illərini. Müəllimlər çoxlu sözlər deyirlər. Onlardan bəziləri mənasız sözlər işlədirlər. Zamanımı o bəzi müəllimlərə xərcləmək məni çox üzür. Qrup yoldaşlarımla ünsiyyətdə olmuram. Çünki məni anlayan yoxdur. Mənə dəli deyirlər. Əslində heç məni sevmirlər. Əlimdə telefon əvəzi kitab olur. Bilirsiz, əslində mənim heç telefonum olmayıb. Heç vaxt da olmayacaq, çünki əlaqə saxlamaq istədiyim birisi yoxdur. Nə ailəm var, nə dostum, nə də sevgilim. Ailəmi heç vaxt görməmişəm. Yetimlər evində böyüdüm. Ancaq bir gün ordan qaçmağı bacardım. Orda mənə yaxşı baxmırdılar. Qışqırırdılar, təhqir edirdilər. Bütün psixologiyamı pozublar. Qaçdığım günün axşamı məni bir baba tapdı. Üşüyürdüm, noyabr ayın...